Microsoft Word s?may?kitab?sas doc


partiyaların nümayəndələri səsə qoyulmuşdu. İkinci tura ancaq



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə18/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyaların nümayəndələri səsə qoyulmuşdu. İkinci tura ancaq 
Mitteran və Şirak çıxdı. Əhəmiyyətli səs üstünlüyü ilə (46%-ə 
qarşı 54%) Mitteran qələbə qazandı. İkinci yeddi ili üçün o, 
prezident seçildi. FKP-nin namizədi ən az səs aldı (6,8%) MC-
nin lideri Le Pen isə 14,4% səs topladı. 
Mitteran yenidən prezident seçiləndən sonra Milli 
məclisə vaxtından əvvəl seçkilər keçirdi. Onun tərəfdarları 
yenidən sağ partiyalar üzərində qələbə çaldılar.
Fransada 1988-ci ilin baharında və yayında keçirilmiş 
prezident və parlament seçkilərindən sonra yeni siyasi vəziyyət 
yarandı. Baş nazir vəzifəsini FSP-dan olan M.Rokar tutdu. Bu 
hökumət «heç-heçə» siyasəti yeritməyə başladı. Belə ki, nə 
biznesin hədsiz genişlənməsinə, nə də dövlət bölməsinin tam 
bərpasına qayıdıldı. Bazar infrastrukturunun və dövlət 
müəssisələrinin saxlanılması xətti yeridilməyə başlandı. 
Hökumət böyük gəlirlər üzərində vergini bərpa etdi. Bununla 
belə, sosial proqramı genişləndirmədi və əmək haqqının 
səviyyəsini artırmadı. Rokar belə hesab edirdi ki, inflyasiyanın 
aşağı həddinin saxlanılması iqtisadi artımın ən mühüm 
amillərindəndir. Lakin o, bu siyasətlə işsilzik problemini həll 
etmədi. Ölkədə işsizlərin sayı 8 milyondan çox idi.
1990-cı ilin payızında FSP-də Rokara qarşı müxalifət 
gücləndi. Müxalifətə isə başçılığı Edit Kresson edirdi. 1991-ci 
ilin may ayının 15-də Mitteran Rokarın istefasına və Kressonun 
baş nazir təyin edilməsinə nail oldu. Kresson Fransada yüksək 
texnologiya sahəsini müdafiə etmək üçün proteksionizmin 
vacibliyini və ticarətdə Avropa və üçüncü dünya ölkələrinə 
müdaxilənin zəruriliyini elan etdi. Əslində onun siyasəti 
qollistlərin iqtisadi siyasəti ilə eyniyyət təşkil edirdi. O, 
özəlləşdirmə ideyasını müdafiə edirdi və bunu reallaşdırmaq 
sahəsində müəyyən tədbirlər görüldü. Baş nazirin xırda və orta 
müəssisələri inkişaf etdirmək planı Tetçer və Reyqanın bu 


156
məsələdəki xəttindən heç də fərqlənmirdi. Lakin, o, fransız 
«dəmir ledisi» kimi Fransada və dünyada tanına bilmədi. 
FSP-nin populyarlığının azalması özünü 1992-ci ilin 
martında keçirilən bölgələr üzrə seçkilərdə daha aydın göstərdi. 
1992-ci ilin aprelində Mitteran Pyer Bereqornanı baş nazir 
təyin etdi. O əvvəlki sosialist baş nazirlərdən fərqli olaraq 
işsizliyə qarşı mübarizəni, dövlətin maliyyə bazasını 
möhkəmləndirməyi, nisbi özəlləşdirmənin davam etdirilməsini, 
Maastrixt müqaviləsinin ratifikasiya edilməsinə hazırlaşmağı 
öz hökumətinin başlıca vəzifələri elan etdi. Lakin bu vəzifələr 
yerinə yetirilə bilmədi. Sənayedə isə heç bir artım müşahidə 
edilmədi. Ölkədə yenə də işsizlik qalırdı və artırdı. Mitteranın 
prezidentliyinin son üç ilində dövlət büdcəsinin kəsiri 90 
milyard frankdan 165 milyard franka qalxdı. 
1993-cü ilin martında keçirilən parlament seçkilərində 
«məsuliyyət və etibar» devizini irəli sürən düşünülmüş 
islahatlar keçirməyi, cinayətkarlıq, terrorizm, sosial ədalətsizlik 
və işsizliyə qarşı mübarizə aparmağı vəd edən sağlar qələbə 
çaldılar. Parlamentdə 577 yerdən 448-ni onlar tutdular. 
Sosialistlər cəmi 54, kommunistlər isə 26 mandat qazandılar. 
Mojaritar sistem Le Penin partiyasına və ekoloqistlərə 
(«yaşıllar» partiyasına) parlamentdə yer tutmağa imkan 
vermədi. Sağların çoxluq təşkil etdiyi hökumətə Eduard 
Balladur başçılıq etdi. O, Şirakın on ildən artıq seçki 
kampaniyasının keçirilməsi üzrə məsləhətçisi olmuşdu. Şirak 
koalisiyanın lideri kimi qalaraq prezident seçkilərinə 
hazırlaşmağa başladı. Balladur hökuməti iflas həddində olan 
sosial təminat sistemini xilas etməyi və işsizliyə qarşı 
mübarizəni özünün prioritet (yəni ən mühüm, ən başlıca) 
vəzifəsi elan etdi. Bu siyasətin maliyyə bazasını təmin etmək 
üçün hökumət 100 milyard frank həcmində dövlət istiqrazları 
buraxdı, dolayı vergiləri, benzin və spirtin qiymətini artırdı. 
Həmçinin dövlət aparatının xərclərini azaltmaq üçün qənaət 
kampaniyası başladı. Büdcə gəlirlərinin artırılmasında 


157
özəlləşdirmənin ikinci dalğası mühüm rol oynadı. Görülən 
tədbirlər büdcə kəsirini azaltmağa və yeni iş yerləri təşkil 
etməyə imkan verdi. Məşqulluq səviyyəsini artırmaq üçün 
hökumət əmək haqqı fondlarından alınan vergini də xeyli 
ixtisar etdi. Hökumət immiqrasiyanı xeyli məhdudlaşdırdı, 
qanunsuz immiqrantların işlə təmin edilməsinə qarşı mübarizə 
apardı. Bütün bu tədbirlər xalq tərəfindən bəyənildi. İnflyasiya 
1,8%-ə qədər endi, büdcə kəsiri azaldı, iqtisadi artım müşahidə 
olundu. Baş nazirin imici artdı. Fransız xalqı onu gələcək 
prezidentliyə əsas namizəd kimi görməyə başladı. Lakin bu 
Şirakı çox narahat etdi. 1995-ci ilin fevralında keçirilən 
prezident seçkiləri bunu bir daha nümayiş etdirdi. Şirak 
koalisiyası tərəfindən hökumətin siyasətinin tənqidi öz işini 
gördü. Şirak çox çətinliklə prezident seçkilərində (Balladur – 
18,5%, Le Pen – 15%, Robber – 8,7% səs aldılar) 20,6% səs 
alaraq qələbə qazandı. Sosialist və kommunist partiyasının 
böhran keçirməsi də 1995-ci ildə J.Şirakın prezident 
seçilməsinə şərait yaratdı. J.Şirak Alen Jüppeni baş nazir təyin 
etdi. Hökumət büdcə kəsirinin və dövlət borclarının ləğv 
edilməsinə çalışacağını, valyuta-maliyyə sistemini sabitləşdir-
məyin, dövlət bölməsini yenidən təşkil etməyin vacibliyini elan 
etdi. Lakin onun sosial xərcləri azaltması ictimaiyyət tərəfindən 
böyük narazılıqla qarşılandı. Hökumət xalqın təzyiqi altında 
güzəştə getməyə məcbur oldu. Belə bir şəraitdə J.Şirak 
vaxtından əvvəl parlamenti buraxdı. 1997-ci ilin may-iyun 
aylarında keçirilən yeni parlament seçkilərində sağ partiyalar 
ciddi məğlubiyyətə uğradılar, cəmi 250 mandat ala bildilər. 
Sosialist partiyası 252, kommunistlər 39, yaşıllar isə 7 mandat 
qazandılar. Sosialist partiyasının lideri Lionel Jospen bütün sol 
qüvvələrin konsilidasiyasına (siyasi əməkdaşlığına) nail olmağı 
bacardı və baş nazir oldu. «Qırmızımtıl-qırmızı-yaşıl» alyansın 
təşkil etdiyi yeni hökumət özünün son dərəcə işgüzarlığı və 
fəallığı ilə fərqlənirdi. Jospen özünü həm sərt, qətiyyətli, həm 
də mühakiməli, ehtiyatlı bir siyasətçi kimi göstərə bildi. 


158
Hökumətin siyasəti «sol realizm» adını aldı. Jospen ağrılı 
problemlərin həllini tarazlaşdırmaq üçün yol tapmağı bacardı. 
Gəlmələrlə əlaqədar olan qanunvericiliyə yenidən baxıldı, 
minimum əmək haqqının artırılması və məşğulluq səviyyəsinin 
yüksəldliməsi məsələsinə diqqət artırıldı. Yaranmış mürəkkəb 
vəziyyətdən çıxmaq üçün konstruktiv variantlar işlənib 
hazırlandı. Mətbuat bu siyasəti «insan simasında modernləş-
dirmə» adlandırdı. 
Sağların müqavimətinə baxmayaraq Jospen 1997-ci ildə 
iri müəssisələrindən alınan vergiləri 15% artırdı. Bu tədbir 
büdcə kəsirini azaltmağa imkan verdi. Lakin 1998-ci ildə 
yenidən vergi yükü bir qədər azaldıldı. Məhz bütün bunların 
nəticəsində sənaye məhsulu istehsalı 1996-cı ildəki 1,7%-ə 
qarşı 1997-ci ildə 6,7% artdı. Xoşagələn dünya konyukturası 
yaranmış oldu. Belə şəraitdə hökumət işsizliyə qarşı 
mübarizəyə başladı. İctimai işlər genişləndirildi. 2000-ci ildən 
35 saatlıq iş həftəsi haqqında qanun qüvvəyə mindi. İşsizlik 
10%-ə qədər azaldı. 
İqtisadi vəziyyətin sabitləşməsi, J.Şirakla L.Jospen 
arasında qarşılıqlı anlaşmanın olması ölkədəki siyasi gər-
ginliyin zəifləməsinə səbəb oldu. Ancaq «ənənəvi partiyaların» 
böhranı davam etməkdə idi. Milli ziddiyyətlər də getdikcə 
kəskinləşirdi. Korsika adasında münaqişə xüsusilə genişlən-
mişdi. Burada güclü seperat qruplar fəaliyyət göstərirdi. 
Hökumət və parlament Korsika üçün xüsusi qanun işləyib 
hazırladı. Bu qanun yerli idarə orqanlarına geniş səlahiyyətlər 
verirdi. Lakin korsikalıları tamamilə sakitləşdirmək mümkün 
olmadı.
Muxtariyyət əhvali-ruhiyyəsi Bretan yarımadaşında, 
baskların İspaniya ilə sərhədboyu məskunlaşdıqları rayonlarda 
və xarici departamentlərdə, Komor adalarında və Yeni 
Kaledoniya arxipelaqında da özünü göstərdi. Biri istisna 
olmaqla Komor adalarına istiqlaliyyət verildi. Yeni 


159
Kaledoniyanın taleyi isə 1998-ci ildə keçirilən yerli 
referendumla həll edilmiş oldu. Baskların tələbi ödənilmədi. 
2000-ci il sentyabrın 24-də Şirakın təşəbbüsü ilə 
prezidentin səlahiyyətlərinin 7 ildən 5 ilə endirilməsi haqqında 
keçirilən referendumda iştirak edənlərin 73%-i hökumətin bu 
təklifini bəyəndi. 
2002-ci ilin yazında keçirilən prezident seçkilərində yenə 
də J.Şirak qələbə çaldı. Həmin ildə keçirilən parlament 
seçkilərində isə yenə də sosialistlər qələbə çaldılar. Lionel 
Jospen yenə də baş nazir oldu. Daxili siyasətdə onlar yenə də 
əvvəlki xətti davam etdirməyə başladılar. 
Seçkilərin I turunda MC-nin lideri Le Penin J.Şiraka 
yaxın səs toplaması fransız xalqını çox narahat etdi. II turda 
xalq öz müdrikliyini nümayiş etdirdi. 
J.Şirakı Jan Pyer Raffareni prezident seçkilərindən sonra 
baş nazir təyin etdi. J.P.Raffaren hökuməti təhsil, sığorta, 
səhiyyə və təqaüd təminatı sahəsində islahatlar keçirdi. 
Hökumət dövlət qulluqçüları üçün minimum iş stajını artırdı. 
Bu staj 37,5 ildən 40 ilə qaldırıldı. Məhkəmə, ordu və polis 
sistemində də islahatlar aparıldı. Yerli orqanların hüquqları 
genişləndirildi. 
2002-ci ilin noyabr ayında Xalq hərəkatı uğrunda ititfaq 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin