partiyası» mühüm rol oynamağa başlamışdı. Parlamentdə iki
partiya Şarl de Qoll tərəfindən yaradılmış «Yeni Respublikanın
Müdafiə birliyi» və Jiskar D`Esten tərəfindən təşkil edilmiş
«Fransa demokratiyası naminə ittifaq» partiyası əsas yer tutur.
169
Müasir Fransada əhalinin ancaq 6%-i kənd təsərrüfatı ilə
məşğul olur. Yaxşı təchiz edilmiş texnika və aqronomiya
elminin nailiyyətlərinin tətbiqi sayəsində onlar əhalini kənd
təsərrüfatı məhsulları ilə təmin edirlər. Fermerlərin cəmi 10%-i
iri korporasiyalarda birləşir, digər hissəsi ailə fermaları üsulu
ilə işləyir. Kənd əhalisinin hamısı fermerdir.
Əhalinin böyük əksəriyyəti şəhərlərdə yaşayır və işləyir.
Fransa özünün elmi-texniki nailiyyətləri – müasir aviasiyası,
itisürətli qatarları, birinci dərəcəli «Reno», «Sitroen», «Pejo»
avtomobilləri, gəmi inşaatı və digərləri ilə fəxr edir.
170
V. BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA
BİRLƏŞMİŞ KRALLIĞI
İkinci Dünya müharibəsinin Böyük Britaniya üçün
nəticələri. Böyük Britaniya İkinci Dünya müharibəsindən qalib
dövlət kimi çıxsa da, müharibənin nəticələri onun üçün o qədər
də fərəhləndirici deyildi. 244 min nəfərdən çox adam ölmüş, 53
mindən çox adam itkin düşmüş, 277 min adam isə yaralanmış
və şikəst olmuşdur. Birbaşa və dolayı yolla ölkəyə dəyən zərər
8,5 milyard funtsterlinq həcmində idi. İngiltərənin mühabirəyə
çəkdiyi xərc 25 milyard funtsterlinqdən çox idi. İngiltərə
dənizlər hökmdarı rolunu da itirərək, bu sahədə birinciliyi
ABŞ-a verməli oldu. Kapital ixracına görə isə ikinci yerə
keçdi. Müharibə dövründə İngiltərənin qızıl ehtiyatları xeyli
azaldı. Müharibə ölkəni qızıl ehtiyatlarının xeyli hissəsini
xərcləməyə məcbur etdi. Zəruri ərzaq məhsulları çatışmırdı.
Müharibə dövründə ənənəvi sənaye sahələri, məsələn, pambıq-
parça istehsalı – 50%, kömür çıxarılması – 16%, ayaqqabı
istehsalı 13% azalmışdı. Dövlət borcları 1939-cu ildəki 7,2
milyard funt-sterlinqdən 1946-cı ildə 23,7 milyard funt-
sterlinqə çatdı ki, bunun da 3 milyard funt-sterlinqi xarici
borclar idi. Böyük Britaniya müharibə dövründə ABŞ-ın
göndərdiyi hərbi malların dəyərini öləmək üçün xaricə
qoyduğu kapital qoyuluşunun 1 milyard funt sterlinqini ona
verməli oldu. Böyük Britaniyanın 1938-ci ildə kapital ixracı
471 mln. funt sterlinq təşkil edirdisə, 1944-cü ildə bu rəqəm
266 mln. funt sterlinqə endi. İngitlərə öz ticarət donanmasının
xeyli hissəsini itirdi. Müharibə dövründə dənizçilərin və
balıqçıların 1/3 hissəsi həlak oldu. Müstəmləkələrlə əlaqələr
zəiflədi. Bundan istifadə edən Britaniya dominionları özlərinin
iqtisadi və siyasi müstəqilliklərini artırdılar. İngiltərənin Yaxın
və Orta Şərqdə nüfuzu zəiflədi. Dünya ticarətində İngiltərənin
payı 1937-ci ildəki 11,3%-dən 1947-ci ildə 9,8%-ə düşdü.
171
Bütövlükdə İkinci dünya müharibəsində Böyük Britaniya öz
milli sərvətinin 25%-ni itirdi.
Müharibə dövründə İngiltərə dominionlarının və
müstəmləkələrinin inkişafı və onların bəzilərinin (Kanada)
İngiltərəni ötüb keçməsi Böyük Britaniya müstəmləkə
imperiyasının dağılmasını sürətləndirdi. Müharibə İngiltərəni
ABŞ-dan asılı vəziyyətə saldı.
Müharibə dövründə İngiltərə həmkarlar ittifaqı üzvlərinin
sayı 4 milyondan 7 milyona çatdı. Leyboristlər partiyası
üzvlərinin sayı da 3 milyonu ötüb keçdi. Müharibə ilə əlaqədar
İngiltərədə yeni sənaye sahələri: kimya, eletrotexnika,
maşınqayırma, aviasiya, matorqayırma və başqa sahələr inkişaf
etdi. 30 iri inhisar ölkənin iqtisadi və siyasi həyatında əsas rol
oynayırdı.
Böyük Britaniya leyboristlərin hakimiyyəti dövründə
(1945-1951-ci illər). 1940-cı ilin mayından 1945-ci ilin iyuluna
qədər İngiltərədə U.Çörçillin başçılıq etdiyi mühafizəkarlar
hökuməti hakimiyyətdə idi. 1945-ci ilin iyulun 26-da
İngiltərədə parlament seçkiləri keçirildi. Seçkiqabağı
kampaniyada leyboristlər xalqa vəd etdilər ki, hakimiyyətə
gəlsələr, Böyük Britaniyada «firavanlıq dövləti» yaradacaqlar.
Bu təbliğat öz işini gördü. Leyboristlər – 393, mühafizəkarlar –
189, liberallar – 12 yer aldılar. İki kommunist – Uilyam
Qallaxer v Filipp Pirettin də parlamentə deputat seçildi.
Müharibə dövründə xalq içərisində böyük nüfuz qazanmış
leyboristlər ölkə tarixində ilk dəfə olaraq icma palatasında
mütləq əksəriyyət qazandılar. Leyboristlər partiyasının lideri
Klement Ettlinin başçılığı altında hökumət təşkil edildi.
Burjuaziyanın və iri torpaq aristokratiyasının mənayefini
müdafiə edən və İngiltərənin keçmiş tarixi ənənələri çərçivə-
sində qalmasına çalışan mühafizəkarlardan fərqli olaraq əsas
sosial bazası həmkarlar ittifaqının üzvləri olan leyboristlər par-
tiyası İngiltərəni «demokratik sosializm» yoluna çıxarmaq uğ-
runda mübarizə aparacağını elan etdi. Bu dövrdə ölkə qarşısı-
172
nda ciddi iqtisadi, siyasi və maliyyə problemləri dururdu. ABŞ
1945-ci ilin avqustunda lend-liz qanunu üzrə İngiltərəyə
məhsul göndərilməsini dayandırdı. Belə olduqda leyboristlər
hökuməti ABŞ və Kanadadan istiqraz istəməyə məcbur oldu.
ABŞ və Kanada 1946-cı ilin martında ona 5,6 milyard dollar
dəyərində istiqraz verdi. 1947, 1949, 1951-ci illərdə İngiltərə
maliyyə böhranı keçirdi.
Leyboristlər hakimiyyətə gəldikdən sonra iqtisadi sahədə
müəssisələrin bir çoxunun zərərlə işləməsini əsas götürərək
geniş milliləşdirməyə keçdilər. 1946-cı ilin fevralında İngiltərə
bankı, 1946-1947-ci illərdə dəmir yollar, mülki aviasiya,
nəqliyyat, kabel və teleqraf rabitəsi, həmçinin kömürçıxarma
və elektrotexnika sənayesi, 1948-ci ildə qaz sənayesi, 1949-cu
ildə isə polad və dəmir istehsalı milliləşdirildi. Milliləşdirilmiş
müəssisələrin sahiblərinə kompensasiya verildi, özlərini isə
həmin müəssisələrə direktor təyin etdilər. Bu müəssisələrdə
fəhlələrin 20%-i çalışırdı. Ölkədə iqtisadiyyatın dövlət bölməsi
20-25% təşkil edirdi. Bütün bunların nəticəsində İngiltərə
1948-ci ildə sənaye məhsulu istehsalına görə müharibədən
əvvəlki səviyyəyə çatdı. Kapital icraçı 1951-ci ildə 1937-ci illə
müqayisədə 53% artdı. Lakin İngiltərədə talon sistemi 50-ci
illərin ortalarına qədər qaldı. Bu isə ölkədə iqtisadi inkişafın
zəif getməsinin təzahürlərindən idi. İkinci dünya
müharibəsindən sonrakı illərdə İngiltərə Qərbin qabaqcıl
dövlətlərindən biri, çox zəngin inhisarları olan, elm və
texnikanın sürətlə inkişaf etdiyi ölkə, «nüvə klubu»nun üzvü
olsa da, öz inkişaf sürətinə görə Qərbi Avropanın digər
qabaqcıl ölkələrindən, ABŞ və Yaponiyadan geri qalırdı.
Bunun səbəbləri təkcə müharibədə verdiyi itkilər, müstəmləkə
imperiyasının dağılması, ABŞ-ın kapitalist dünyasının aparıcı
siyasi və hərbi qüvvəsi kimi irəli çıxması, rəqabət mübarizəsinə
yenidən başlamış AFR və Yaponiyanın sürətli dirçəlişi deyil,
həm də Böyük Britaniya hakim sinfinin lazımi daxili
yenidənqurma iqtidarında olmaması idi.
173
1949-cu ildə lordlar palatasının islahatı keçirildi. Maliyyə
məsələsinə onun «veto» qoymaq hüququ iki ildən bir ilə
endirildi. Həmçinin Lordlar palatası icmalar palatasının qəbul
etdiyi qərarları artıq rədd edə bilməzdi.
Dövlət həmçinin sosial sahədə geniş tədbirlər həyata
keçirdi, pulsuz tibbi xidmət tətbiq etdi. 1927-ci ildə verilmiş
həmkarlar ittifaqlarının hüquqlarını məhdudlaşdıran qanun ləğv
edildi. 1946-cı ildə qanunlar paketi qəbul edildi ki, ona
sığortanın milliləşdirilməsi, sənaye işçilərinin müdafiəsi və
milli səhiyyə haqqında aktlar daxil idi. Paket 1948-ci ildə Milli
sosial müdafiə nazirliyinin təşkili ilə tamamlandı. Həmin
qanunlar əsasında, bütün əhalinin yaşına görə (kişilər 65,
qadınlar 60 yaşdan) pensiya ilə təmin edilməsi, işsizlərə
müavinat verilməsi, hamiləlik, ölüm və xəstəlik zamanı maddi
yardım göstərilməsi qanuniləşdirildi. Sığorta fondunun 35%-i
sığorta edilənlərin özünün hesabına, qalanı isə sahibkarlar və
dövlətin hesabına maliyyələşdirilməli idi. Bütün bu islahatlar
nəticəsində sosial müdafiəyə dövlət xərcləri 2,5 dəfə artdı.
Leyboristlərin hakimiyyəti dövründə zəhmətkeşlərin real
əmək haqqı müharibədən əvvəlkinin 80%-ni təşkil edirdi.
1945-ci ildə ölkənin 60 limanında fəhlələrin tətili qələbə ilə
nəticələndi. Həmkarlar ittifaqları istehsalat prinsipi üzrə
yenidən qurulmağa başladı. Lakin Britaniya tred-yunion
konqresi əvvəlki sağ mövqedə qalırdı. 1948-ci ildə
kommunistlər ölkədəki antisovet əhval-ruhiyyə ilə əlaqədar
olaraq dövlət aparatından kənarlaşdırıldılar.
1948-ci ildə İngiltərədə sülh tərəfdarlarının hərəkatı
başlandı. 1949-cu ilin iyununda İngiltərə sülhü müdafiə
komitəsi yaradıldı. Bu hərəkatda ən çox həmkarlar ittifaqlarının
üzvləri iştirak edirdilər.
Xarici siyasət sahəsində leyboristlər mühafizəkarların
xəttini davam etdirdilər. Leyboristlərin hakimiyyəti dövründə
İngiltərə «soyuq» müharibəyə qoşulan ilk dövlətlərdən biri
oldu. Müstəmləkələrə münasibətdə İngiltərə ikili siyasət
174
yeridirdi. O ölkədə ki milli-azadlıq hərəkatının öhdəsindən gələ
bilməyəcəyini dərk edirdi, onlara dominionluq hüququ və ya
müstəqillik verirdi. 1947-ci ildə Birmaya və 1948-ci ildə
Seylona müstəqillik verdi. 1947-ci ildə dini əlamətlərə görə
Hindistanı iki yerə – Hindistan və Pakistana parçalayaraq
onlara dominion hüququ verdi. 1950-ci ildə isə Hindistanın
müstəqilliyini tanıdı. 1949-cu ildə Olsterdən başqa İrlandiyaya
müstəqillik verdi. 1948-1951-ci illərdə İngiltərə «Marşall
planı»na qoşularaq bu layihə əsasında 2,3 milyard dollar aldı.
1945-1950-ci illərdə Uqanda, Malayziya, Nigeriya, Keniyada
milli-azadlıq hərəkatını zor gücünə yatırtdı. 1949-cu ildə
NATO-nun təşkilində iştirak etdi. 1950-ci ildə Koreya
müharibəsində ABŞ-ın tərəfində çıxış etdi. 1951-ci ildə
ANZYUS-un yaranmasını bəyəndi. Yunanıstanda hərbi-faşist
rejiminə kömək etdi. Leyboristlər xarici siyasətdə antisovetizm
mövqeyi tutdular.
Böyük Britaniya mühafizəkarların hakimiyyəti
dövründə (1951-1964-cü illər). 1950-ci ilin fevralında
keçirilən seçkilərində leyboristlər çox cüzi üstünlüklə qalib
gəlsələr də, ölkədəki enerji və maliyyə böhranı leyboristləri
parlamenti buraxmağa və yeni seçkilər keçirməyə vadar etdi.
1951-ci ilin oktyabrın 25-də keçirilən seçkilərdə leyboristlər
məğlub oldular. Bu seçkilərdə mühafizəkarlar 321, leyboristlər
295 yer aldılar. yenidən mühafizəkarlar hakimiyyətə gəldilər.
77 yaşlı Uinston Çörçill ikinci dəfə baş nazir kürsüsündə
əyləşdi. 1964-cü ilə qədər mühafizəkarlar İngiltərədə
hakimiyyətdə oldu. Bəzən leyboristlər bunu «hədər getmiş 13
il»də adlandırırlar. Mühafizəkarlar partiyasının liderlərindən
olan Çörçill 1951-1955, müharibə dövründə xarici işlər naziri
işləmiş Antoni İden 1955-1957, Harold Makmillan 1957-1963,
Duklas Hyum isə 1963-1964-cü illərdə İngiltərənin baş naziri
oldular. Mühafizəkarlar hakimiyyətə gəldikdən sonra əvvəlki
səhvlərini təkrar etməyərək sosial sığorta və tibbi xidmət
sahələrinə toxunmadılar. Mühafizəkarlar ilk növbədə yaranmış
175
böhrandan çıxış yolu axtardılar. Onlar sənaye və ərzaq
məhsullarından idxalı azaltdılar. Bu da ərzaq məhsullarının
qiymətinin artmasına səbəb oldu. Eyni zamanda onlar səhiyyə,
xalq təhsili, mənzil tikintisi, sosial sığortaya olan xərcləri də bir
qədər azaltdılar. 50-ci illərin ortalarında İngiltərənin iqtisadi
vəziyyəti bir qədər yaxşılaşdı.
Sənayenin inkişafı ən çox özünü yeni sahələrdə –
elektroenergetika, aviasiya, matorqayırma, avtomobil,
maşınqayırma, kimya və digər sahələrdə göstərdi. Bununla belə
İngiltərənin kapitalizm dünyasının sənaye məhsulu istehsalında
payı əgər 1948-ci ildə 11,2% idisə, 1962-ci ildə 8,8%-ə düşdü.
Xalqın həyat səviyyəsi də aşağı endi. Mühafizəkarlar
iqtisadiyyatı sabitləşdirmək üçün istehsalın və kapitalın
mərkəzləşməsini və təmərküzləşməsini gücləndirdilər.
Proqramlaşdırılmış iqtisadiyyata keçildi. Dövlət əmək
münasibətlərinə daha çox qarışmağa başladı. Vergilər artırıldı,
əmək haqqının artırılması isə məhdudlaşdırıldı. Onlar yenidən
poladtökmə sənayesini və yük nəqliyyatını özəlləşdirdilər.
XX əsrin 50-ci illərndə Avropanın digər ölkələri kimi
İngiltərədə də iqtisadi inkişaf müşahidə edilsə də, lakin o, bu
sahədə Almaniya və Fransadan geridə qalırdı. Buna səbəb,
ingilis burjuaziyasının daxildə istehsalı yenidən durmağa
lazımi qədər təşəbbüs göstərməməsi idi. Bu həlledici səbəbdən
başqa, 50-ci illərdə meydana çıxan və 80-ci illərin ortalarına
qədər hökm sürən iqtisadi geriliyin - «ingilis xəstəliyi»nin
digər səbəbləri də var idi. Belə ki, vaxtilə öz ərazisindən
dəfələrlə böyük müstəmləkə ərazisinə malik olan İngiltərə
İkinci dünya müharibəsindən sonra onların bir çoxuna
müstəqillik verdiyi üçün indi onlardan lazım olan məhsulları
pulla almalı olurdu. Sinqapurdan Cəbəllütariqə qədər olan
ərazidə hərbi qarnizon saxlaması da dövlətə baha başa gəlirdi.
1952-ci ildə İngiltərə kralı VI Georq öldü. Taxta onun 26
yaşlı qızı II Yelizaveta çıxdı. Bu hadisə ilə əlaqədar İngiltərə
hökuməti ABŞ-dan xahiş etdi ki, ABŞ ona nüvə silahı
176
yaratmaqda kömək etsin. 1952-ci ildə İngiltərə atom silahına
sahib olmaqla nüvə klubunun üzvü oldu. 50-ci illərdə yeganə
artım kapital ixracında nəzərə çarpırdı. 1945-ci ildə İngiltərədə
2,4 milyard funt-sterlinq kapital ixrac edilirdisə, 1960-cı ildə
bu rəqəm 11 milyard funt-sterlinqə çatdı. Mühafizəkarlar
hökuməti idxalı xeyli azaltmaqla ənənəvi siyasət olan
proteksionizm siyasətini yenidən tətbiq etdilər.
XX əsrin 50-60-cı illərində İngiltərədə fəhlə hərəkatı
yenidən yüksəldi. 1952-1960-cı illərdə tətil hərəkatı 1948-
1952-ci illərə nisbətən 64% artmışdı. Tətilçilər öz tələblərinin
ödənilməsinə nail oldular. 1956-cı ildə 12,5 milyon fəhlənin
əmək haqqı artırıldı. Fəhlə sinfi öz mübarizəsində təkcə iqtisadi
tələblərlə kifayətlənmir, sülhü, milli-azadlıq hərəkatlarını
müdafiə edir, Qərbi Almaniyanın yenidən silahlanmasına qarşı
çıxır, Misirə təcavüzü pisləyirdi. 60-cı illərin birinci yarısında
tətil hərəkatı yenidən yüksəldi. Fəhlələr daha çox sosial və
siyasi tələblər irəli sürürdülər. 1962-ci ildə 800 min işsiz
parlamentə yürüş təşkil etdi.
Elmi-texniki inqilab cəmiyyətin sosial strukturunda dərin
dəyişkliklər yaratdı. Yüksək ixtisaslı mütəxəssislər 1935-ci ildə
13% təşkil edirdilərsə, 1960-cı ildə 22% təşkil etdilər. Qeyri-
istehsal sahələrində muzdlu işçilərin sayı artdı. 1961-ci ildə ağ
qalstuklular muzdlu əməklə məşğul olan şəxslərin 35,9%-ni
təşkil edirdilər.
Mühafizəkarların hakimiyyəti dövründə xarici siyasətdə
aşağıdakı amillər özünü nümayiş etdirirdi: Çörçill müstəmləkə
imperiyasını qoruyub saxlamağı öz üzərinə götürsə də, bunu
bacarmadı. Ona görə də o, «üç dairə» konsepsiyasını irəli
sürdü. Bu konsepsiya İngiltərənin üç rolda özünü göstərə
bilməsini nəzərdə tuturdu. Qərbi Arvopada o, lider, Qərbi
Arvopa ilə ABŞ-ı əlaqələndirən əsas halqa, Millətlər birliyinin
ənənəvi mərkəzi olmalı idi. 1954-cü ildə İngiltərənin başçılığı
altında SEATO, 1956-cı ildə Bağdad paktı yaradıldı. 1955-ci
ildə Çörçilli əvəz edən və «Hər bir diplomatiyanın arxasında
177
güc durur» prinsipini əsas götürən baş nazir Antoni İden
İngiltərənin Fransa və İsraillə birlikdə Misirə qarşı müharibəyə
başlamasına razılıq verdi. Bu hadisə onu nüfuzdan saldı. Çünki
Misir qələbə çaldı. Antoni İden istefa verməli oldu. Onun
yerinə gələn Makmillan isə məcbur oldu ki, müstəmləkələrin
çoxuna azadlıq versin. 1960-cı ildə İngiltərənin Afrikada ən
böyük müstəmləkəsi olan Nigeriya müstəqillik qazandı,
Cənubu Afrika İttifaqının CAR adlanmasına razılıq verildi.
Bununla belə, bu hökumət Malayziya xalqına qarşı müstəmləkə
müharibəsi apardı. Keniyanın zənci əhalisinə qarşı amansız
tədbirlər gördü. İngiltərə 1878-ci il Berlin konfransının
qərarına əsasən Türkiyədən alınaraq ona verilmiş Kiprin
müstəqilliyini 1960-cı ildə tanımalı oldu. Ümumiyyətlə, 60-cı
illərin əvvəllərində İngiltərənin əlində çox az yer – Cəbəllütariq
(1704-cü ildən İngiltərənin tabeliyində idi) və okeanda bir sıra
xırda adalar qaldı.
İngiltərə hökuməti bu dövrdə Avropa və Amerika ilə
münasibətlərini yaxşılaşdırmağa daha çox üstünlük verirdi. O,
Avropa qitəsinə aid olsa da, özünü avropalı hesab etmirdi.
Məhz bunun nəticəsi idi ki, 1951-ci ildə Avropa polad və
kömür birliyi, 1957-ci ildə Avropa İqtisadi Birliyi yaradılarkən
İngiltərə onun tərkibinə daxil olmadı. 1960-cı ildə öz rəhbərliyi
altında Avropa azad ticarət assosiasiyasını təşkil etdi. Onun
üzvləri İngiltərə, Portuqaliya, Yunanıstan, İsveç idi. Lakin bu
assosiasiya özünə möhkəm mövqe qazana bilmədi. Fövqəl
dövlətlərin Avropada ağalıq etmələrinin qarşısını almaq üçün
təşkil edilmiş Avropa İqtisadi Birliyi zamanın sınağından daha
məharətlə çıxdı. Makmillanın baş nazir olduğu dövrdə SSRİ ilə
münasibətdə mülayimlləşmə hiss olunurdu. Makmillan 1959-
cu ildə SSRİ-yə səfər etdi. 1963-cü ildə Makmillan istefa
verməli oldu. Onun əsas səbəbi hərbi nazir Prafyumonun
şübhəli hərəkəti oldu. Makmillanı Duklas Hyum əvəz etdi.
Onun dövründə atom silahının sınaqdan keçirilməsinin
qadağan edilməsi ilə əlaqədar Moskvada bağlanan sazişə
178
İngiltərə də imzasını qoydu. Bu dövrdə İngiltərə hökuməti
Yaxın Şərqdə yenə də İsraili müdafiə edirdi. Mühafizəkarların
hakimiyyəti dövründə İngiltərənin dominionları olan Kanada,
Avstraliya, Yeni Zelandiya ilə əlaqələri daha da möhkəmləndi.
Böyük Britaniya bu dövrdə ABŞ yönümlü xarici siyasət
yeridirdi.
Böyük Britaniya leyboristlər hökuməti dövründə
(1964-1970-ci illər). 1964-cü ilin oktyabrında keçirilən
parlament seçkilərində mühafizəkarların hakimiyyətdə olduğu
dövrü «havayı getmiş 13 il» hesab edən leyboristlər qələbə
qazandılar. Leyboristlər partiyasının lideri Harold Vilsonun
başçılığı altında yeni hökumət təşkil edildi. Bu hökumət
İngiltərə tarixinə «texnokrat hökuməti» adı ilə daxil oldu.
Leyboristlər hakimiyyətə gələn kimi yenə də poladtökmə
sənayesini milliləşdirdilər. Sənayenin bu sahəsində istehsalın
90%-i dövlət müəssisələrinə məxsus idi. 1969-cu ildə Qərbi
Avropada 20 iri kampaniya fəaliyyət göstərirdi ki, onun 8-i
Böyük Britaniyaya məxsus idi. Sosial sahədə də bir sıra
tədbirlər görüldü. Təqaüdlər 20% artırıldı, ev sahiblərinin
mənzil kirayəsini əsassız surətdə artırmaları məhdudlaşdırıldı,
həmkarlar ittifaqı ilə belə bir razılıq əldə edildi ki, əmək haqqı
ildə 3,5% artırılsın. Lakin tezliklə Vilson hökuməti belə bir xətt
götürdü ki, əmək haqlarının artırılmasını və tətilləri
məhdudlaşdırsın. Gəlir və qiymətlər üzrə milli idarə təşkil
edildi. Bu idarə əmək haqları məsələsinə həmkarlar ittifaqları
ilə razılaşmaq şərti ilə baxa bilərdi. 1966-cı ildə hökumət funt-
sterlinqin dəyərinin 14,3% bərpa edilməsinə nail oldu. 60-cı
illərdə seçki yaşı 21-dən 18-ə endirildi. 1968-ci ildən sosial
tədbirlərə - təhsil, mənzil tikintisinə çəkilən xərclər ixtisar
edilməyə başladı. Hökumət fəhlələr əleyhinə bir sıra qanun
layihələri də hazırladı, lakin bunların heç biri parlament
tərəfindən qəbul edilmədi. 1965-ci ildə irqi mənsubiyyət
haqqında qəbul edilən qanun kommunal xidmət və nəqliyyatda
irqlərin bərabərliyini nəzərdə tutulurdu. 1968-ci ildə qəbul
179
edilən mühacirət haqqında qanunvericiliyə əsasən işə
götürülmədə və mənzil almaqda ayrı-seçkilik ləğv edilirdi.
1969-cu ildə Böyük Britaniya tarixində birinci dəfə olaraq
narkomaniyaya qarşı mübarizə haqqında qanun qəbul edildi.
Bu dövrdə İngiltərənin daimi problemi olan Şimali
İrlandiya problemi yenidən meydana çıxdı. Belə ki,
İrlandiyanın şimalındankı Olsterdə yaşayan əhalinin 2/3 hissəsi
protestant-ingilislərdən ibarət olduğuna görə, onlar Olsterin
müstəqil İrland dövlətinin tərkibnə daxil olmasına maneçilik
törədirdilər. Bu problem 60-cı illərin II yarısında daha da
kəskinləşdi. Hətta katoliklər «İrlandiya Respublikası ordusu»
adlı xüsusi dəstələr təşkil etdilər İngiltərə hökumətinə onlar
təzyiq göstərərək şimalı cənubla birləşdirmək istədilər. Onlar
həm İrlandiyadakı ingilislərə qarşı, həm də İngiltərənin bir sıra
şəhərlərində terror aktı törətdilər. İrlandlar tələb edirdilər ki,
Şimali İrlandiyada onlara bütün sahələrdə – işə götürülmədə,
mağazalarda, məktəblərdə və s.-də ingilislərlə bərabər hüquq
verilsin. Hadisələrin gedişi onunla nəticələndi ki, 1969-cu ildə
leyborist hökuməti İrlandiyaya qoşun yeritməli oldu.
Leyboristlər hökumətinin dövründə İngiltərə öz xarici
siyasətində əslində mühafizəkarların xəttini davam etdirirdi.
ABŞ-ın Hind-Çindəki siyasətinə haqq qazandırırdı. 1967-ci
ildə ərəblərə qarşı başlanan müharibədə İsraili müdafiə edirdi.
Sürətlə silahlanmanı gücləndirdi. İngilətərə bu dövrdə NATO-
da fəaliyyətini artırdı. Cənubi Afrika və Rodeziyada irqçilik
rejimini bəyəndi. 1968-ci il Çexoslovakiya hadisələri zamanı
ölkədə antisovet kampaniya genişləndirildi. Bütün bunlar
leyboristləri ölkə daxilində nüfuzdan saldı. Leyboristlər
hökuməti dövründə tətil mübarizəsi kəskinləşdi. 1968-ci ildə
maşınqayıranlar və gəmi inşaatçıları 24 saatlıq tətil keçirdilər
və əmək haqlarının artırılmasına nail oldular. 1969-cu ilin
fevral ayının 27-də hökumətin siyasətinə qarşı ölkənin hər
yerində tətil hərəkatı başlandı. Antihəmkarlar ittifaqı haqqında
qanun layihəsinə qarşı fəhlələr qəti etirazlarını bildirdilər.
180
Həmkarlar ittifaqının 2,5 milyondan artıq üzvü leyboristlər
hökumətindən narazı olduğunu bildirdi. Leyboristlərin sosial
xərcləri azaltması və əmək haqqlarını dondurması da ingilis
xalqının xoşuna gəlmədi.
Böyük Britaniya mühafizəkarların hakimiyyəti
dövründə (1970-1974-cü illər). 1970-ci ilin iyun ayının 18-də
leyboristlər partiyası təcili seçkilər keçirdi ki, öz vəziyyətini
möhkəmlətsin. Lakin yenidən mühafizəkarlar 46,4% səs alaraq
əksəriyyət qazandılar. Edvard-Hitin başçılığı altında «Yeni
mühafizəkarlar hökuməti» təşkil edildi. Bu hökumət
milliləşdirilmiş müəssisələri sahiblərinə qaytardı.
Mühafizəkarlar «infilyasiya üzərindən istehsalın artımı»
siyasətini irəli sürdülər. Onlar xüsusi kapitalist bölməsini
möhkəmlətməyə çalışırdılar. Lakin ölkədə infilyasiyanın
qarşısını almaq mümkün olmadı, enerji böhranı gücləndi.
1971-ci ildə «Sənayedə münasibətlər haqqında» qanuna əsasən
tətillər haqqında 60 gün əvvəldən hökumətə xəbər verilməli idi.
Qeyri-rəsmi tətillər qadağan edilirdi. Əmək münasibətlərinə
baxmaq üçün xüsusi məhkəmə yaradıldı. Hökumətin həmkarlar
ittifaqı üzərində nəzarəti gücləndirildi. Edvard Hitin dövründə
İngiltərə də başqa kapitalist ölkələri kimi 1973-74-cü illərdə
ciddi energetika böhranı ilə qarşılaşdı. 1977-ci ilə qədər
İngiltərədə bu fasilələrlə davam etdi. Hər il (bu illər ərzində)
İngiltərədə sənaye istehsalı 4,6% aşağı düşdü. Bu dövrdə
inflyasiya 30% artdı. Ölkədə işsizlərin sayı 1 milyon 211 min
nəfər idi. Qızıl ehtiyatı sürətlə tükənməyə başladı. İngiltərə
maliyyə köməyi üçün Beynəlxalq valyuta fonduna müraciət
etməyə məcbur oldu. Hökumət əmək haqlarının artmasını
«dondurdu». Zəruri ərzaq mallarının qiyməti artırıldı. Əmək
haqlarının dondurulması müəllimlər, tələbələr, poçt və kantor
işçiləri, tibb bacılarına da aid edildi. Sənaye məhsulu istehsalı
üzrə kapitalizm dünyasında İngiltərənin payı 1973-cü ildə
5,4%-ə düşdü. 70-ci illərin ortalarında sənaye məhsulu
181
istehsalına görə o, kapitalist ölkələri içərisində 5-ci yeri
tuturdu.
E.Xitin «yeni müzafizəkarlar hökuməti» 1973-cü ildə
səhiyyə və təhsil sistemində islahatlar keçirdi. «Mənzil
tikintisində ədalətli xətt» adı altında islahatlar proqramı dərc
edildi. Gəlir vergisi hər funt-sterlinq üçün 6 pens aşağı salındı.
Böyük Britaniya Əmək Konfederasiyası konqresinin 1973-cü
ilin martında keçirilən qurultayında hökumətin siyasəti kəskin
tənqid edildi. 1972-ci ildə konqres kommunistlərin həmkarlar
ittifaqlarında rəhbər vəzifələrə seçilməsi haqqında qadağanı
götürdü. 1972-ci ildə qəbul edilmiş qanuna əsasən yerli icra
hakimiyyətlərinin rəhbərlik funksiyaları bir qədər
yeniləşdirildi. E.Hit Şotlandiya və Şimali İrlandiyanın
özünüidarəsinin genişlənməsi məsələsini müdafiə etdi.
Birləşmiş krallıqda terrorizmə qarşı mübarizə gücləndi. Lakin
1973-cü ilin martında Şimali İrlandiya ilə birləşmək təklifi
ortaya çıxdı. «Bir millət» ideyası genişləndi. E.Hitin baş nazir
olduğu dövrdə İngiltərə hökuməti Olsterin muxtariyyətini ləğv
edərək onun idarə edilməsini 1973-cü ildə birbaşa Londona
tapşırdı. Lakin bütün bunlar Olsterdəki hadisələrin səngiməsinə
gətirib çıxartmadı. 1974-cü ilin iyulunda «Şimali İrlandiya
konstitusiya aktı» qəbul edildi. İngiltərə öz yaxınlığındakı
Avropa bazarlarına ehtiyacı olduğunu dərk edərək iki dəfə
Avropa İqtisadi Birliyinə girmək istəsə də, hər dəfə Şarl de
Qoll bu məsələ üzərinə veto qoyurdu. Şarl de Qollun
ölümündən sonra 1973-cü ilin yanvarında İngiltərə AİB-ə daxil
oldu.
Böyük Britaniya leyboristlər hökumətinin
hakimiyyəti dövründə (1974-1979-cu illər). 1974-cü ildə
ölkədə tətil hərəkatı xeyli gücləndi. Böhranla, xüsusilə yanacaq
və xammal çatışmamazlığı ilə əlaqədar olaraq Edvard Hit
hökuməti fövqəladə vəziyyət elan etdi. Bir sıra müəssisələrdə
üç günlük iş həftəsinə keçildi. Ölkədə sənaye istehsalı 30%
aşağı düşdü. İşsizlik artdı. Bütün bunlar 1974-cü ilin oktyabr
182
ayının 10-da keçirilən parlament seçkilərində leyboristlərin
əksəriyyət qazanmasına və yenidən Harold Vilsonun başçılığı
altında leyboristlər hökumətinin təşkilinə gətirib çıxardı.
Hökumət yenə də milliləşdirməni tətbiq etdi, əmək haqqlarını
20% artırdı, fövqəladə vəziyyəti ləğv etdi, normal iş həftəsinə
keçirildi. 1974-cü ildə leyboristlər «Sənayedə münasibətlər
haqqında» qanunu ləğv etdilər, haqqı ödənilən məzuniyyətə
üçüncü həftə də əlavə olundu. Hökumət infilyasiyaya qarşı fəal
mübarizəyə başladı. «Gəlir siyasəti» könüllü xarakter aldı.
Pensiyalar və işsizlərə yardım artırıldı. Hər il mənzil haqlarının
artması «donduruldu». Bununla belə, hökumət milli sənaye və
ərzaq məhsulları üzərində qiyməti artırdı. Gəlir vergisi və
dolayı vergilər də artırıldı. Ərzaq məhsulları üzərində dövlət
subsidiyaları ixtisar edildi. Mənzil tikintisi üçün ayrılan
təxsisatlar azadıldı. 1975-ci ilin iyulunda antiinfilyasiya
haqqında proqram qəbul edildi. Əmək haqlarının artırılması
məhdudlaşdırıldı. 1976-cı ildə həmkarlar ittifaqları ilə
sahibkarlar arasında qarşılıqlı güzəştlər haqqında «sosial
kontrakt» bağlandı və 1978-ci ilə qədər o, qüvvədə oldu.
Hökumət öhdəsinə götürdü ki, əmək haqqlarını
azaltmayacaqdır.
Leyboristlər hökuməti də ölkədəki iqtisadi böhranı
aradan qaldırmağı bacarmadı. Ona görə də, 1976-cı ilin
martında baş nazir Vilson həm hökumətin, həm də leyboristlər
Dostları ilə paylaş: |