Microsoft Word s?may?kitab?sas doc


partiyasının “yeni leyborizm” xətti irəli sürməsinə səbəb oldu



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə24/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyasının “yeni leyborizm” xətti irəli sürməsinə səbəb oldu. 
Nəticədə partiya bütün cəmiyyətlə əlaqə yaratmağa başladı, 
fəhlə sinfinin partiyasından “bir millətin” partiyasına çevrildi. 
Bütün bunlar 2005-ci ilin mayında parlament seçkilərində 
onların qələbəsini təmin etdi. Ingiltərə tarixində leyboristlər üç 
dəfə dalbadal qələbə çaldılar. E.Bleer üçüncü dəfə hökumməti 
təşkil etdi. Hökumət öz fəaliyyətini səhiyyə, təhsil, küçə 
cinayətləri ilə mübarizə, ailəni müdafiə, immiqrasiya ilə 
əlaqədar məsələlər istiqamətinə yönəltdi. 
2005-ci ilin iyulun 7-də olmuş üç metro qatarında və bir 
avtobusda 32 nəfərin həlak olması ilə nəticələnən terror aktı 
leyboristlərin nüfuzuna mənfi təsir etdi. Narazılığı aradan 
qaldırmaq üçün hökumət 2005-ci ilin noyabrında onillik 
ərzində AES tikilməsi haqqında plan qəbul etdi. Bu plan 
ölkənin enerji təhlükəsizliyini təmin etməli idi. Atom 
reaktorlarının təşkili üçün 12 mlrd f.st.pul ayrılmalı idi. 


198
2007-ci ilin iyunun 27-də E.Bleer istefa verdi. Onu 
E.Bleer hökumətində maliyyə naziri vəzifəsini tutmuş Qordon 
Braun əvəz etdi. Braun hökuməti ucuz və ekoloji mənzillər 
tikintisinə diqqəti artırdı, hakimiyyətin xalq qarşısında 
məsuliyyətini yüksəltdi. İmmiqrasiya üzərində nəzarət 
qoyuldu. 
2007-ci ilin payızında ölkənin maliyyə-iqtisadi 
göstəriciləri aşağı düşməyə başladı. Inflyasiya yüksəldi, işsizlik 
artdı. Ölkəni kredit böhranı bürüdü. İki böyük bank 
milliləşdirildi. Coutts bankı da milliəşdirildi. Orada kraliça II 
Yelizavetanın şəxsi hesabı saxlanırdı. 2008-ci ilin aprelində 
gəlir vergisinin islahatı keçirildi. Vergilər 22%-dən 20%-ə 
qədər azaldı.
1997-2007-ci illərdə ölkəyə xarici vətəndaşların axını 9% 
artmışdı. 2008-ci ildə Q.Braun hökuməti mühacirlər üzərində 
sərt nəzarətə dair bir plan hazırladı. Vətəndaşlıq almaq müddəti 
beş ildən altı ilə qaldırıldı. Bu müddətdə mühacir üç 
mərhələdən keçməli idi, müvəqqəti sığınacaq statusu, sınaq 
müddəti ilə əlaqədar vətəndaş statusu, “Britaniya həyat tərzi” 
mövzu üzrə test vermək. 
1997-ci ilin noyabrın 11-də E.Bleer xarici siyasətə dair 
proqram xarakterli nitqində fəal Avropa siyasəti, güclü 
transatlantika alyansı, sərbəst ticarət, millətlərarası bir sıra 
problemlərin həllini ən mühüm məsələlər kimi qarşıya qoydu.
Bleer hökumətinin xarici siyasətində ABŞ-la yaxınlıq 
əsas yer tuturdu. London hökuməti ABŞ-ın Əfqanıstanı 
bombardman etməsini müdafiə etdi. 2001-ci ilin sentyabrında 
baş verən Nyu-Yorkdakı terror aktından sonra ABŞ
-
ın 
Əfqanıstandakı taliban rejimini devirmək üçün oraya, 2003-cü 
ilin martında isə İraqa qarşı müdaxiləsində İngiltərə də iştirak 
etdi. 
1997-ci ilin iyununda Böyük Britaniya Amsterdam 
müqaviləsini imzalayaraq Aİ-nin sosial xartiyasına qoşuldu. 


199
2007-ci ilin dekabrında Böyük Britaniya Aİ-nin islahatı 
haqqında Lissabon müqaviləsini imzaladı. 
Böyük Britaniya NATO-nu Şərqə doğru genişlənməsini 
bəyəndi. 2002-ci ildə NATO-ya Pribaltika respublikaları, 
Rumıniya, Sloveniya, Slovakiya, Bolqarıstan dəvət olunmasını 
dəstəklədi. 1998-ci ilin dekabrında Böyük Britaniya ABŞ-la 
birlikdə İraqa qarşı “Səhrada tülkü”, 1999-cu ilin mart-
aprelində Kosova problemi ilə əlaqədar Serbiyaya qarşı 
aparılan hərbi əməliyyatlarda iştirak etdi. 2001-ci ilin 
oktyabrında Əfqanıstana qarşı çevrilmiş antiterror 
əməliyyatında iştirak etdi. 2003-cü ilin martın 20-də Böyük 
Britaniya parlamenti İraqla müharibəyə girmək haqqında qərar 
qəbul etdi. İraka 45 minlik ordu göndərildi. 
2008-ci ilin fevralında Böyük Britaniya Kosovanın 
müstəqilliyini tanıdı. 
Böyük Britaniiyanın Rusiyaya münasibəti bu dövrdə də 
sabit deyildi. Litvinskinin işi ilə əlaqədar 2007-ci ildə 
münasibətlər gərginləşdi. 2008-ci ilin avqustun 8-12-də olan 
rus-gürcü müharibəsindən sonra Rusiyaya etimadsızlıq 
gücləndi. 
Bu dövrdə Cəbəllütariq boğazı ilə əlaqədar İspaniya ilə 
Böyük Britaniya arasında olan mübahisə qismən həll edildi. 
2001-ci ilin oktyabrında bağlanan sazişə görə hər iki dövlətin 
burada suverenliyi təmin edilmiş oldu. 
Leyboristlər hökuməti Azərbaycan Respublikası ilə də 
münasibətləri inkişaf etdirməkdə maraqlıdır. 1998-ci ilin 
iyulunda prezident H.Əliyevin, 2004-cü ilin dekabrında 
prezident İ.Əliyevin bu ölkəyə rəsmi səfərləri zamanı Böyük 
Britaniya Azərbaycan Respublikasının ərazi bütövlüyünü 
müdafiə etmiş, Dağlıq Qarabağ probleminin dinc yolla həlli 
tərəfdarı olduğunu bildirmişdir. 
Müasir Böyük Britaniya. İngiltərənin hazırkı adı Böyük 
Britaniya və Şimali İrlandiya birləşmiş krallığıdır ki, ona 
İngiltərə, Şotlandiya, Olster və Uels daxildir. İngiltərənin 


200
şahzadəsi Uels şahzadəsidir. Hazırda İngiltərə dünyanın və 
Avropanın aparıcı dövlətlərindən biridir. Böyük Britaniya 
dünyada insan embrionunu açıq şəkildə klonlaşdıran ilk 
ölkələrdən biridir. 2001-ci il 31 yanvar tarixli qanuna əsasən 
uşaqların klonlaşdırılması qeyri-qanuni hesab edilir. Embrion 
iki həftə inkişaf etdikdən sonra məhv edilir və ondan müxtəlif 
xəstəliklərin müalicəsində istifadə edilir. Avropada fəaliyyət 
göstərən 500 inhisarın, demək olar ki, yarısı Böyük Britaniyaya 
məxsusdur. Böyük Britaniya Millətlər Birliyi vaxtı ilə 
İngiltərənin müstəmləkəsi olmuş və hazırda müstəqil olan 49 
dövləti birləşdirir. Bu dövlətlərin hamısında dövlətin başçısı 
İngiltərə kraliçasıdır.


201
VI. İTALİYA 
İtaliya üçün İkinci dünya müharibəsinin nəticələri 
«Ox» dövlətlərindən biri olan İtaliya 1940-cı ilin iyunun 10-da 
İkinci cahan savaşına qoşuldu və 1943-cü ilin sentyabrında 
müharibədən məğlub dövlət kimi çıxdı. Müharibə nəticəsində 
İtaliyada 500 min adam öldü, 3 milyon adam evsiz-eşiksiz 
qaldı. Ölkə öz milli sərvətinin 1/3 hissəsini itirdi. Sənaye 
məhsulu istehsalı 1945-ci ildə müharibədən əvvəlkinə nisbətən 
iki dəfə aşağı düşdü. Kənd təsərrüfatı məhsulları istehsalı 60%ə 
endi. Çox işlənən ərzaq məhsulları çatışmırdı. Ölkədə 2 milyon 
adam işsiz idi. Kartoçka sistemi ilə hərəyə 200 qram çörək 
verilirdi. İnflyasiya artdı, lirin dəyəri 14 dəfə aşağı düşdü. 
Alman faşistləri ölkədən ən yaxşı incəsənət əsərlərini, sənaye 
avadanlığının əksəriyyətini aparmışdılar. Müharibə nəticəsində 
bütün sənaye müəssisələrinin, körpülərin 1/3-i, dəmiryolların 
¼-i sıradan çıxmış, İtaliya ticarət donanmasının 90%-dən 
məhrum edilmişdi. Bir sözlə, müharibə İtaliyanın 
iqtisadiyyatına, mədəniyyətinə böyük zərbə vurmuşdu. Ölkəyə 
10 milyard lir ziyan dəymişdi. 
Faşizm darmadağın edildikdən sonra inhisarçı dairələr 
siyasi hakimiyyətdə daha çox yer tutdular. İqtisadiyyat yenə də 
sənaye və maliyyə kapitalının əlində idi. Ölkənin cənubunda 
baronlar, knyazlar, iri torpaq sahiblərinin nüfuzu güclü idi. 
Faşistlərin hakimiyyəti dövründə istehsalın və kapitalın güclü 
mərkəzləşməsi və təmərküzləşməsi getdi və bu, müharibədən 
sonra da İtaliyanın iqtisadi inkişafında mühüm rol oynayan 
amillərdən biri oldu. Müharibədən sonra səhmdar 
cəmiyyətlərinin 15,8%-i 91,6% səhm kapitalına nəzarət edirdi. 
Avtomobil, kimya, energetika, rezin, sement sənayesində 
inhisarlar onlara məxsus idi. Maliyyə sahəsində üç iri bank: 
İtaliya kommersiya bankı, İtaliya kredit bankı, Roma bankı 
hökmran idi. İtaliyanın iqtisadiyyatına 50 varlı ailə ağalıq 
edirdi. İri sahibkarlar İtaliya sənayeçilərinin konfe-


202
derasiyasında, iri torpaq sahibləri isə Kənd sahibkarları 
konfederasiyasında birləşmişdilər. İri latifundiyalar Cənubi 
İtaliya və Siciliyada hələ də qalırdı.
Müharibədən dərhal sonra sinfi qüvvələrin yenidən 
qruplaşması və yeni siyasi partiyaların yaranması prosesi 
başlandı. 1944-cü ildə Vatikan kitabxanasının müdiri Alçide de 
Qasperi tərəfindən keçmiş xalq partiyasının yerində sosial 
dayağı xırda burjuaziya olan, əslində isə iri burjuaziya və 
burujalaşmış mülkədarların mənafeyini müdafiə edən Xristian-
demokratlar partiyası yarandı. Bu partiya Vatikanla əlaqə 
yaradaraq dindarları öz tərəfinə çəkməklə güclü sosial və 
mənəvi dayaq yarada bildi. O, kənd və şəhər xırda 
burjuaziyasının mənafeyini müdafiə edən proqram qəbul etdi. 
Bu partiya kütlələrin əhval-ruhiyyəsini nəzərə alaraq sinfi 
əməkdaşlıq, respublika, milliləşdirmə, muxtariyyət və geniş 
demokratiya şüarlarını irəli sürdü. Tezliklə bu partiya özünə 
xeyli tərəfdar topladı və onun üzvlərinin sayı 1945-ci ildə 1 
milyonu ötüb keçdi. Xristian-demokratlar partiyasının 
timsalında iri burjuaziya və torpaq sahibləri öz 
hakimiyyətlərini qoruyub saxlamaqda onlara kömək edə 
biləcək bir qüvvə görürdülər.
1945-ci ildə yaranan partiyalardan biri də monarxist 
burjuaziyasının və iri mülkədarların mənafeyini müdafiə edən 
liberallar partiyası idi. Onlar monarxiyanı bərpa etmək istəyir, 
sosial, milli və aqrar islahatlar əleyhinə çıxırdılar. Onun sosial 
bazası güclü deyildi.
İtaliyada fəaliyyət göstərən digər bir partiya isə əsası hələ 
1832-ci ildə Cuzeppe Madzini tərəfindən qoyulmuş və xırda 
burjuaziyanın mənafeyini müdafiə edən respublika partiyası 
idi. Bu partiya demokratik respublika, sosial islahatlar tərəfdarı 
idi.
Müharibədən sonra İtaliyada siyasi şərait köklü şəkildə 
dəyişdi. Siyasi həyata kütləvi fəhlə partiya və təşkilatları çıxdı. 
Bütün müharibə dövründə antifaşist siyasət yeridən və kütlələr 


203
içərisində böyük nüfuz qazanan kommunist və sosialist 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin