Microsoft Word s?may?kitab?sas doc


partiyaları da öz sıralarını yenidən qurdular. İtaliya kommunist



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə25/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyaları da öz sıralarını yenidən qurdular. İtaliya kommunist 
partiyası kapitalist ölkələri içərisində ən çoxsaylı və nüfuzlu bir 
partiya idi. 1945-ci ildə onun üzvlərinin sayı 1,7 milyon nəfər 
idi. Rəhbəri isə «mütərəqqi demokratiya» şüarını irəli sürən 
Palmiro Tolyatti idi.
İtaliya sosialist partiyası da kütlələr içərisində rəğbət 
qazanmışdı. Onun üzvlərinin sayı 7.00 min nəfər idi. İtaliya 
sosialist partiyasına Petro Nenni başçılıq edirdi. İtaliya sosialist 
partiyası ilə İtaliya kommunist partiyası arasında 1934, 1937-ci 
illərdə birgə hərəkat haqqında bağlanan saziş 1946-cı ildə 
yenidən təkrar edildi.
Müharibə dövründə, yəni 1942-ci ildə yaranmış 
partiyalardan biri də demokratik istiqamətdə olan İtaliya 
hərəkat partiyası idi. Onun sosial bazasını ziyalılar və xırda 
burjuaziya təşkil edirdi. Onun lideri F.Parre idi.
İtaliyada 1947-ci ildə faşistpərəst İtaliya sosial hərəkat 
partiyası da yaranıb fəaliyyət göstərməyə başladı.
Avropada müharibə qurtardıqdan sonra İtaliyanın 
şimalında milli-azadlıq komitələri, cənubu və mərkəzində isə 
amerikanların rəhbərlik etdiyi inzibati idarə hökm sürürdü.
1945-ci ilin iyunun 21-də Hərəkat partiyasının rəhbəri 
Parrinin başçılığı altında İtaliyada müvəqqəti hökumət təşkil 
edildi. Onun tərkibinə xristian-demokratlar, kommunistlər, 
sosialistlər daxil oldular. Bir sıra, o cümlədən, aqrar sahədə 
zəhmətkeşlərin mənafeyini müdafiə edən dəyişiklər edildi. 
Mülkədarların becərmədikləri torpaqlar əllərindən alınaraq 
kəndlilərə verildi. Mütəhərrik, yəni qiymətlərin qalxmasına 
uyğun olaraq əmək haqqlarının qalxması şkalası tətbiq edildi. 
Sahibkarlara qəti tapşırıq verildi ki, həmkarlar ittifaqının 
icazəsi olmadan heç kəs işdən kənarlaşdırılmasınlar. 
Müəssisələrdə müdriyyətin fəaliyyətinə nəzarət etmək üçün 
fəhlə şuraları yaradıldı. 


204
1945-ci ilin dekabrında başda de Qasperi (XDP) olmaqla 
yeni koalisiyalı hökumət təşkil edildi. 1946-cı ilin əvvəllərində 
yerli hakimiyyət orqanlarına seçkilər keçirildi. Bu seçkilərdə 
xristian-demokratlar 40% səs qazanmaqla öz sosial bazalarını 
möhkəmlətmiş oldular. Sol partiyalar hamısı birlikdə səslərin 
50%-ni topladılar. Bununla da, milli-azadlıq komitələrinin 
fəaliyyəti dayandırıldı. Lakin demokratik dəyişikliklər prosesi 
xeyli yavaş gedirdi. Bu dövrdə İtaliya monarxiya idi. Burada 
Savoyya sülaləsi hökmranlıq sürürdü. Lakin xalq 1922-ci ildə 
İtaliyada hakimiyyəti faşistlərə vermiş monarxiyadan narazı 
idi. 
İtaliyanın respublika elan edilməsi. İtaliya 
müharibədən sonrakı ilk illərdə (1945-1950-ci illər). 
İtaliyanın qarşısında duran əsas siyasi məsələ onun dövlət 
quruluşu məsələsi idi. Müəssislər məclisinə seçkilərə hazırlıqla 
əlaqədar olaraq siyasi partiyaların fəaliyyəti xeyli artdı. 
Xristian-demokratlar partiyasının (XDP) 1946-cı ilin aprelində 
olan I qurultayı ölkədə respublika quruluşunu bəyəndi. Bütün 
mütərəqqi qüvvələr İtaliyanın respublika elan edilməsini 
istəyirdilər. Katolik kilsəsinin yüksək iyerarxları, habelə 
xristian demokratların bir hissəsi seçiciləri başda kralın oğlu 
olmaqla monarxiyaya səs verməyə çağırdılar. 1946-cı ilin 
iyunun 2-də ölkədə referendum - ümumi rəy sorğusu 
keçirilərkən 10,7 milyon adam monarxiyaya, 12,7 milyon adam 
isə respublikaya səs verdi. Monarxiyaya səs verənlər əsasən 
kilsənin iradəsini yerinə yetirən cənubun əhalisi idi. İtaliya 
respublika oldu. Kral II Umberto ölkəni tərk etdi. 1946-cı ilin 
iyunun 13-də keçirilən parlament seçkilərində Xristian-
demokratlar partiyası 8,1 milyon, sosialist partiyası 4,7 milyon, 
kommunist partiyası isə 4,3 milyon səs aldı. Nəticədə Xristian 
demokratların, sosialistlərin və kommunistlərin koalisiyalı 
hökuməti təşkil edildi. Respublikanın birinci hökumətinə 
Xristian-demokratların lideri Alçide de Qasperi başçılıq etdi.


205
İtaliyanın siyasi həyatının fərqləndirici cəhəti iki iri sol 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin