Microsoft Word s?may?kitab?sas doc


partiyası 1948-ci ilin aprelində keçirilən parlament seçkilərində



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə27/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyası 1948-ci ilin aprelində keçirilən parlament seçkilərində 
12,7 milyon səs aldı. Kommunistlər, sosialistlər və digər sol 
qruplar isə birləşərək Xalq demokratik cəbhəsini təşkil etdilər 
və cəmi 8 milyon səs aldılar. Yenə də de Qasperi sosialistlərsiz 
və kommunistlərsiz hökumət təşkil etdi. İtaliya respublikasının 
qurulması prosesi başa çatdı.


207
İtaliya XX əsrin 50-60-cı illərində. 1950-ci ildə İtaliya 
sənaye məhsulu istehsalına görə müharibədən əvvəlki 
səviyyəyə çatdı. XX əsrin 50-ci illərdə İtaliya sənayesində 
yüksəliş baş verdi və bu, fasilələrlə 1964-cü ilə qədər davam 
etdi. Yeni sənaye sahələri – elektronika, neft kimyası, 
maşınqayırma, avtomobil sənayesi yarandı. Hər il ölkədə 
sənaye məhsulu istehsalı 10% artdı. 1960-cı ildə isə bu artım 
15,2% oldu. 1950-ci illə müqayisədə 1970-ci ildə İtaliyada 
sənaye məhsulu istehsalı və xarici ticarət 3 dəfədən çox artdı. 
Bu dövr ərzində ölkədə milli gəlir 2,5 dəfə, əmək məhsuldarlığı 
2 dəfə çoxaldı. İnkişaf etmiş ölkələrin ümumi sənaye məhsulu 
istehsalında ölkənin payı çoxaldı. İtaliya bu cəhətdən dünya 
kapitalist ölkələri içərisində 6-cı yeri, Avropada isə 4-cü yeri 
tutdu. ETİ genişləndi. İtaliya daha çox inkişaf etmiş yeddi 
sənaye ölkəsinin siyahısına daxil oldu. Kimya sənayesində 
«Montekatini», elektroenergetikada «Edison», elektronikada 
«Olivetti», avtomobil sənayesində «Fiat», rezin-polimer 
sənayesində «Pirelli» kimi böyük inhisar qrupları ölkənin 
iqtisadi həyatında mühüm rol oynayırdılar. Ölkədə istehsal 
edilən avtomobillərin 80%-ni «Fiat» verirdi. 1963-cü ildə 
«Montekatini» ilə «Edison» birləşərək «Montedison» adlandı. 
«Montedison» düynyada 4-cü kimya inhisari idi. «Pirelli» rezin 
konserni beynəlxalq xarakter daşıyırdı.
İkinci Dünya müharibəsinə qədər İtaliyada neft və qaz 
sənayesi zəif inkişaf etmişdi və neft kənardan gətirilirdi. Lakin 
müharibədən sonra Siciliyada zəngin neft yataqlarının olduğu 
aşkara çıxdı. ABŞ-ın «Yeddi bacı» firması isə qəfildən aşkara 
çıxartdı ki, Şimali İtaliyada zəngin qaz yataqları vardır. Ölkədə 
neft və qaz sənayesi sənaye sahələri içərisində inkişafına görə 
üçüncü yeri tutdu. Ən böyük artım isə polimer və 
maşınqayırma sənayesində idi. İtaliyanın dəmir filizi ehtiyatları 
olmadığına görə xaricdən gələn qırıntılar hesabına metallurgiya 
sənayesi inkişaf edirdi. Polad istehsalı da bu dövrdə artdı. 


208
Məsələn, əgər 1963-cü ildə ölkədə 10 milyon ton polad istehsal 
edilirdisə, 1966-cı ildə bu rəqəm 16 milyona çatdı. 
1957-ci ildə çuqunun 82%-i, poladın 51%-i Dövlət 
sənayesinin yenidən qurulması institutunun nəzarəti altında idi. 
1958-ci ildə İtaliyada iqtisadiyyatın dövlət bölməsinə rəhbərlik 
etmək üçün Milli nazirlik təşkil edildi. İtaliyada 1968-ci ildə 
bütün istehsal aparatının 30-35%-i, sərnişin donanmasının isə 
65%-i dövlətə məxsus idi. 
50-ci illərin sonunda İtaliya iqtisadiyyatı əsasən öz 
müstəqilliyini təmin etdi. İtaliya kapitalı Asiya, Afrika, Latın 
Amerikasına çıxmağa başladı. İtaliyada zəngin qızıl və valyuta 
ehtiyatı yarandı. Bununla belə yenə də onun iqtisadiyyatında 
ingilis, amerikan, İsveçrə inhisarlarının güclü mövqeyi vardı.
İtaliyada «iqtisadi möcüzə»nin baş verməsi səbəblərindən 
biri İtaliyada faşistlərin hakimiyyəti dövründə güclü dövlət 
inhisarçı kapitalizminin yaranması, digəri isə ETİ 
nailiyyətlərinin istehsala dərhal tətbiqi idi. 1948-ci ildə İtaliya 
«Marşal planı» əsasında ABŞ-dan 1,3 milyard dollar 
miqdarında yardım aldı ki, bu da onun sənayesinin inkişafında 
mühüm rol oynadı. İtaliyanın iqtisadi inkişafında mühüm rolu 
olan səbəblərdən biri də ölkə əhalisindən müəyyən illərdə 
İtaliyadan xaricə, yəni Almaniya, Fransa, Belçikaya işləməyə 
gedənlərin ölkəyə pul göndərməsi idi. XX əsrin 50-60-cı 
illərində İtaliyadan xaricə gedənlərin sayı 5 milyondan artıq 
idi. Yüksək sürətli inkişafın səbəblərindən biri də turizmlə 
bağlı idi. İtaliyaya 1968-ci ildə 27 milyon, 1970-ci ildə isə 32 
milyona qədər turist gəlmişdi və bu ölkə iqtisadiyyatına xeyli 
gəlir gətirmişdi.
İtaliyada sənayenin inkişafı ziddiyyətli və qeyri-bərabər 
olması ilə fərqlənirdi: Cənub əslində şimalın müstəmləkəsi 
olaraq qalırdı. Oradan milyonlarla adam iş tapmaq üçün şimala 
köçürdü. Hətta iqtisadi inkişafın daha çox yüksəlişi dövründə 
işsizlərin sayı 1 milyonu keçirdi. Hər il 200 mindən çox adam 


209
isə hər cür iş və əmək şəraiti ilə razılaşaraq AFR, İsveçrə, 
Fransaya mühacirət etməyə məcbur olurdu.
İtaliya adambaşına düşən milli gəlirə görə bu illərdə 
qabaqcıl kapitalist ölkələrindən geridə qalırdı. 1968-ci ildə 
adambaşına düşən milli gəlirə görə İtaliya ABŞ-dan – 3 dəfə, 
Fransadan – 2 dəfə, Belçika və AFR-dən 1,5 dəfə, İsveçdən 2,5 
dəfə geri qalırdı. İtaliyada sənayenin inkişafının mühüm 
xüsusiyyətlərindən biri də digər kapitalist ölkələrində olduğu 
kimi ən çox xidmət sənayesinə diqqət yetirilməsi idi. 
İtaliyada bu dövrdə kənd təsərrüfatı 1/3 dəfə artdı. 1949-
cu ildə mərkəz, cənub və Siciliyada kənd təsərrüfatını inkişaf 
etdirmək haqqında xüsusi planlar hazırlandı. 1961-ci ildə 
İtaliya parlamenti «yaşıl plan» adlı plan tərtib etdi ki, həmin 
plana görə ölkədə kənd təsərrüfatının inkişafına 550 milyard lir 
ayrılırdı. XX əsrin 50-60-cı illərdə İtaliyada kənd təsərrüfatının 
intensivləşməsi prosesi sürətləndi. Belə ki, bu dövrdə kənd 
təsərrüfatında yalnız traktorların sayı 10 dəfə artdı. Lakin bu 
dövrdə də İtaliyada kəndlilərin orta illik gəliri 300 dollardan 
yuxarı deyildi. Halbuki kəndlilərin illik gəliri Lüksemburqda – 
2330, Fransada – 2160, Belçikada – 1616, AFR-də 1300, 
Niderlandda 1040 dollar idi. Həmin dövrdə İtaliya Avropa 
ölkələrinə meyvə və tərəvəz ixracını artırdı. Təsadüfi deyildir 
ki, onu «Avropanın bostanı»da adlandırırlar. Lakin İtaliyada bu 
dövrdə heyvandarlıq zəif inkişaf etmişdi. İtaliya ancaq quş əti 
ilə öz əhalisinin tələbatını ödəyə bilirdi. 
İtaliyada XX əsrin 50-60-cı illərində sosial-siyasi 
həyat. XX əsrin 50-60-cı illərində ölkənin iqtisadi inkişafı 
onun sosial quruluşunda da dəyişlikliklər yaratdı. 1951-1961-ci 
illərdə fəhlə sinfinin sayı 1,8 milyon nəfərdən 7,6, 1970-ci ildə 
isə 19,1 milyon nəfərə çatdı. Bu müstəqil fəaliyyət göstərən 
əhalinin 38%-ini təşkil edirdi. Şəhərlərdə cəmləşmə başlandı. 
Bu illərdə fəhlə hərəkatının ən mühüm xüsusiyyəti onun böyük 
vüsəti və hökuməti güzəştə getməyə məcbur etməsi idi. Fəhlə 
sinfi İtaliyadakı qədər dünyada heç yerdə müxtəlif tətil 


210
növlərindən istifadə etməmiş və ciddi müvəffəqiyyətlər 
qazanmamışdır. «İşğal tətilləri» zamanı fəhlələr müəssisələri 
tutur, «şahmat tətil»ləri zamanı isə onlar müəssisədəki sexlərin 
bəzilərini işlədir, bəzilərini isə işlətmirdilər. «Tətilin tərsi» 
zamanı ictimai işlərlə məşğul olur, hökuməti məcbur edirdilər 
ki, onların haqqını ödəsin.
1951-ci ildə İtaliya sosialist partiyası iki hissəyə İtaliya 
sosialist və İtaliya sosial-demokrat partiyasına bölündü. 
1945-1953-cü illərdə İtaliyanın baş naziri Xristian-
demokratlar partiyasının lideri de Qasperi oldu. İtaliyanın 
siyasi həyatının mühüm xüsusiyyətlərindən biri o idi ki, burada 
qabaqcıl kapitalist ölkələrindən fərqli olaraq çoxpartiyalı 
sistem formalaşmışdı. 9 ölkə miqyaslı və çoxlu məhəlli 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin