Microsoft Word s?may?kitab?sas doc


partiyalar ölkədəki demokratik dəyişiklikləri müdafiə etdikləri



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə35/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyalar ölkədəki demokratik dəyişiklikləri müdafiə etdikləri 
barədə manifest verdilər. 32 hərbi qulluqçu mühakimə olundu. 
Qəsdin başçıları isə 30 il azadlıqdan məhrum edildilər.
1981-ci ilin xoşa gəlməyən hava şəraiti nəticəsində kənd 
təsərrüfatı məhsullarının istehsalı 8,5% aşağı düşdü. 1982-ci 
ildə sənaye məhsullarının həcmi də 1,1% aşağı düşdü. Lakin 
1983-cü ildə iqtisadiyyatda canlanma başlandı. 1984-1986-cı 
illərdə vacib sahələrin inkişafı ilə əlaqədar proqram tərtib 
olundu.
80-ci illərdə ölkədə siyasi terrorizm dalğası davam 
edirdi. Siyasi qeyri-sabitlikdən istifadə edən sağ qüvvələr 
İspaniyanın 1982-ci ildə NATO-ya daxil olmasına nail oldular. 
Sabitliyin pozulması partiyalar arasında da özünü göstərdi. 


235
1982-ci ildə Sosial-demokrat mərkəz partiyasında parçalanma 
baş verdi. Onların bir qrupu Demokratik hərəkat partiyası ilə 
birləşdilər. Bir qrupu isə Xalq Demokratik partiyasını təşkil 
etdilər. 
1982-ci il oktyabrın 28-də keçirilən seçkilər nəticəsində 
İSFP 10 milyon 27 min səs toplayaraq bütün səslərin 47,6%-ni 
almış oldu. DMİ partiyası faktiki olaraq dağıldı. Kommunistlər 
parlamentdə tutduqları 23 yerin 19-dan məhrum oldular. İfrat 
sağlar bir yer də ala bilmədilər. Mötədil sağ Xalq Alyansı 
ölkədə ikinci partiya oldu. O, 5,5 milyon səs və 106 yer aldı. 
İSFP-nin lideri Filippe Qonsales baş nazir oldu. Hökumət 
ehtiyatla hərəkət edirdi. İlk növbədə iqtisadiyyatın inkişafına 
fikir verilirdi. Metallurgiya, gəmiqayırma, elektrotexnika 
sənayesinin modernləşdirilməsi həyata keiçrilməyə başlandı. 
Sosial sahədə 40 saatlıq iş həftəsi tətbiq edildi. Pensiya yaşı 64-
ə endirildi, sosial təminat xərcləri artırıldı. Tətil hüququ 
qanunvericiliklə əsaslandırıldı. Haqqı ödənilməklə aylıq 
məzuniyyət müəyyən edildi. Təqaüdlər və müavinət artırıldı. 
Hərbi qüvvələr hökumətin nəzarətinə verildi. Hökumət 
işsizliyin yüksək səviyyəsini və inflyasiyanı azaltmağa qismən 
müvəffəq oldu. 1986-cı ilin sonunda ölkədə yenə də 3 
milyondan artıq işsiz var idi. Hökumətin həyata keçirdiyi «sərt 
qənaət» xətti zəhmətkeşlərin böyük narazılığına səbəb oldu. 
1986-cı il seçkilərində İSFP yenidən qələbə qazandı və 
F.Qansales yenidən baş nazir kürsüsündə əyləşdi. 1996-cı ilə 
qədər İspaniyada ölkəni sosialistlər idarə etdilər. Konstitu-
siyaya görə, İspaniya «muxtariyyətlər dövləti» elan olunmuşdu. 
Uzun sürən mübarizədən sonra 17 vilayətin hamısına 
muxtəriyyət verildi. Sosialistlərin dövründə «milli dirçəliş» 
ideyası gücləndi. Keçirilən sosial islahatların möhkəmlən-
dirilməsi xətti yeridildi. İqtisadiyyatda «Sənayenin yenidən 
qurulması» siyasəti yeridildi. ETİ-nin nailiyyətlərinin istehsala 
tətbiqi genişləndirildi. Turizm sənayesinin inkişafına xüsusi 
diqqət yetirildi. Sağ təmayüllü partiyalar bloku Qansales 


236
hökuməti ilə müxalifətdə idi. 1982-ci ildə Xalq koalisiyası 
bloku (xalq alyansı, xalq demokratik və liberal partiyalarından) 
yaradıldı. Onlar iri və orta burjuaziyanı, sağ klerikalları təmsil 
edirdi. 
XX əsrin 70-90-cı illərində İspaniyanın xarici siyasəti. 
İspaniya 1970-ci ildə Rio-Muni və Fernando adalarına 
müsiəqillik verdi. 1975-ci ildə o, Helsinki müşavirəsində 
iştirak etdi və ATƏT-in üzvü oldü. 1976-cı ildə o, İspaniya 
Saxarasından öz qoşunlarını çıxartdı. 1973-cü illdə İspaniya ilə 
Çin arasında diplomatik münasibətlər yarandı. 70-ci illərin 
ikinci yarısında da İspaniya xarici siyasətində yenə də frankist 
rejimdə olduğu kimi, ABŞ və Qərbi Avropa ölkələri ilə normal 
münasibətlərin saxlanılmasına xüsusi əhəmiyyət verirdi. 1976-
cı ildə ABŞ-la İspaniya arasında dostluq və əməkdaşlıq 
haqqında müqavilə bağlandı. Hərbi bazalarının saxlanılması 
müqabilində ABŞ İspaniyaya 1 milyard 250 milyon dollar 
həcmində hərbi-iqtisadi kömək göstərdi. İspaniya Almaniya 
Demokratik Respublikasını tanıdı. Franko rejimi devrildikdən 
sonra İspaniyanın inkişaf etməkdə olan ölkələrlə münasibətləri 
daha da yaxşılaşdı. O, Fələstin Azadlıq təşkilatına 1977-ci ildə 
Madriddə öz nümayəndələyini açmağa icazə verdi. 1977-ci ildə 
İspaniya və SSRİ arasında diplomatik münasibətlər yaradıldı. 
1982-ci ildə İspaniya NATO-nun üzvü oldu. İSFP müxalifətdə 
olarkən İspaniyanın NATO-dan çıxmasını tələb edirdi. Lakin 
hakimiyyət başına gələn kimi öz mövqeyini dəyişərək ona nail 
oldu ki, 1986-cı il referendumunda ölkə əhalisinin 52,5%-i 
ölkənin NATO üzvlüyündə qalmasına səs versin. Bununla 
bərabər, ABŞ-la saziş bağlandı ki, 3 il ərzində 79 amerikan 
təyyarəsi özünün İspaniyadakı bazasını tərk etsin. 
İspaniya Qərb ölkələri ilə iqtisadi əlaqələri inkişaf 
etdirmək siyasəti yeridərək 1986-cı il yanvarın 1-də Avropa 
İqtisadi Birliyinin üzvü oldu. 
İspaniya XX əsrin 80-ci və 90-cı illərin I yarısında 
inkişaf etməkdə olan ölkələrlə münasibətlərin inkişafına xüsusi 


237
diqqət yetirirdi. O, həm qərb, həm də şərq yönümlü xarici 
siyasət yeridirdi. İspandilli ölkələrlə iqtisadi əlaqələrin 
inkişafına daha çox qayğı göstərilirdi.
İspaniya 1996-2008-ci illərdə. X.M.Asnarın hökuməti 
(1996-2004-cü illər). 1996-cı ilin martında İspaniyada 
keçirilən parlament seçkilərində Xalq partiyası qələbə çaldı və 
onun lideri Xose Mariya Asnarın başçılığı altında hökumət 
təşkil edildi. Bu dövrdə İspaniya artıq Avropa 
demokratiyasının xüsusiyyətlərini kəsb etmiş, iqtisadiyyatda 
canlanma başlamış, siyasi şərait sabitləşmişdi. Bu hökumətin 
fəaliyyəti dövründə iqtisadi inkişaf sürətinə görə İspaniya 
2000-ci ildə Aİ-də ikinci yerə çıxdı. ÜDM-un artım surəti iki 
dəfə artaraq, ildə 3-3.5% təşkil etdi, işsizlik 15%-ə qədər ixtisar 
edildi, inflyasiya orta Avropa səviyyəsinə qədər (2-3%) aşağı 
düşdü, büdcə kəsiri 4 dəfə ixtisar edildi. Dövlət borcları azaldı. 
İspanların xeyli hissəsinin həyat səviyyəsi yüksəldi. Sosial 
sahədə hökumət sosial sülh yaratmağa nail oldu, tətillər 
dayandırıldı. Sosial təminat sisteminin maliyyələşdirilməsi 3 
dəfə artdı. Yaşlı əhalinin 98.3%-i pensiya aldı.. Onlardan 70%-
i sonuncu əmək haqqı miqdarında təqaüd alırdı. Bütün əhaliyə 
pulsuz tibbi xidmət göstərilirdi. Ailələrin 80%-nin xüsusi evi 
var idi. Lakin əhalinin 20%-i yenə də yoxsulluq həddində idi.
Siyasi şərait sabitləşdi. Korrupsiya cəhdinin qarşısı 
alındı. Gəlir vergisinin mütərəqqi şkalası əsasında vergi islahatı 
keçirildi. X.M.Asnarın yeritdiyi xətt Böyük Britaniyanın baş 
naziri E.Bleerin yeritdiyi “üçüncü yol” konsepsiyasına uyğun 
gəlirdi. İspaniyada bazarın liberallaşdırılması həyata keçirildi. 
2000-ci ilin martında keçirilən parlament seçkilərində də 
Xalq partiyası qələbə qazandı və Asnar ikinci dəfə hökumət 
təşkil etdi. O, öz daxili və xarici siyasətində əvvəlki xəttini 
davam etdirməyə başladı. İqtisadi artım davam edirdi. Həyat 
səviyyəsi yüksəldi. Daşınmaz əmlak bazarı və kredit bankları 
fəallaşdı. Bu hökuməti, peşəkar, mütəxəssizlərin hökuməti 
adlandırdılar. 


238
Lakin bütün bunların kifayət etmədiyini 2004-cü ilin 
əvvəllərində keçirilən əyalət və bələdiyyə seçkilərində İSFR 
qələbə çalması göstərdi. Asnar hökumətinin nüfuzdandüşməsi-
nin səbəblərindən biri İspaniyanın İraq müharibəsində iştirak 
etməsi və İspaniyadakı müsəlman ekstremistlərinə qarşı 
mübarizədə onun daha qətiyyətli olmaması idi. 
2001-ci ilin 11 sentyabr hadisələrindən sonra İspaniya da 
beynəlxalq terrorizmə qarşı mübarizəyə qoşuldu. Terror 
aktından iki gün sonra İspaniyada “Finik” əməliyyatı keçirildi. 
Ben Ladenin 20 tərəfdarı həbs edildi. İspaniyada bu dövrdə 600 
min nəfəri əhatə edən müsəlman icması mövcud idi. İspaniyada 
müsəlman ekstremistlərindən istirahət yerlərində, terror 
aktlarının hazırlanmasında istifadə edildiyi məlum idi. Lakin 
Asnar hökuməti bu məsələyə ciddi diqqət yetirmədi. Parlament 
seçkiləri ərəfəsində, yəni 2004-cü ilin mart ayının 11-də 
Madrid və onun ətrafında terror nəticəsində 191 adam həlak 
oldu. Asnar hökuməti bunun günahını ETA-nın (1959-cu ildə 
Frankonun antiərəb siyasətinə cavab olaraq gizli şəkildə təşkil 
edilmişdir. Genişlənmiş adı “Baskalar ölkəsi və azadlıq” 
deməkdir. O, XX əsrin 60-cı illərindən başlayaraq terror aktları 
həyata keçirməyə başlamışdı. Onun məqsədi İspaniya və 
Fransanın basklar yaşayan ərazisində müstəqil Bask dövləti 
yaratmaqdır) üstünə atdı. Lakin məlum idi ki, ETA-da belə 
terror üçün təcrübəli şəxslər yox idi, digər tərəfdən ETA 
dəfələrlə bildirmişdi o, günahsız adamlara qarşı belə hərəkətə 
yol verməyəcəkdir. Terrorun “Əl-Qaida”-nın yaxınlarından 
təşkil edilmiş qrup vasitəsi ilə həyata keçirildiyi məlum oldu. 
Ölkədə yaranan mürəkkəb şəraitdən çıxmaq üçün hökumət 
fövqaladə vəziyyət elan etmək, parlament seçkilərinin 
ləngitmək istədi. Lakin kral bununla razılaşmadı. 
İspaniyanın xarici siyasətinin bu dövrdə də əsas 
istiqamətləri Ai və NATO, Aralıq dənizi və Ərəb Şərqi, Latın 
Amerikası idi, 2002-ci ilin yanvarından bütün pul hesablarında 
avroya keçildi. 1997-ci ilin dekabrında İspaniya NATO-nun 


239
hərbi təşkilatına (1982-ci ilin mayından ancaq siyasi 
strukturlarında iştirak edirdi) daxil oldu. 
İspaniya hökuməti Cəbəllütariq məsələsi ilə əlaqədar 
olaraq Böyük Britaniya ilə mövcud ixtilafların aradan 
qaldırılmasına nail oldu. 1998-ci ilin noyabr ayında 
Cəbəlütariqə geniş səlahiyyətlər vermək və hər iki dövlətin ona 
himayədarlıq etməsi barədə razılıq alındı. 
İspaniya NATO-nun Serbiyadakı hərbi əməliyyatlarında 
iştirak etdi. ABŞ-ın İraqdakı əməliyyatlarını müdafiə etdi. 
BMT TŞ-nın daimi olmayan üzvlərindən ancaq İspaniya və 
Bolqarıstan bu məsələdə ABŞ-ı müdafiə etdilər. İspaniya 
birinci olaraq İraqa 1300 ispan hərbi qulluqçusu göndərdi. 
İspan əsgərlərindən orada 11 nəfər həlak oldu. İslam konfransı 
təşkilatı İspaniyanı müsəlman dünyasının “başlıca 
düşmən”lərindən biri elan etdi. 
1999-cu ildə İspaniya-Rusiya münasibətlərində olan 
duman keçdi. Asnar Moskvaya rəsmi səfər etdi. Lakin 
prezident Yeltsin İspaniyanın Balkanlardakı əməliyyatlarda 
iştirakına görə Asnarı qəbul etmədi. Lakin 2000-ci ildə 
münasibətlər normaya düşdü. Putin prezident seçildikdən sonra 
ilk dəfə İspaniyaya səfər etdi. 
İspaniya bu dövrdə Azərbaycan Respublikası ilə kənd 
təsərrüfatı, energetika, nəqliyyat, səhiyyə, turizm sahəsində 
əməkdaşlıq edirdi. 
L.Sapatero hökuməti (2004-2008-ci illər). 2004-cü ilin 
martın 14-də İspaniyada parlament seçkilərində İSFR qələbə 
qazandı. Onun lideri Luis Rodriqes Sapatero hökumət təşkil 
etdi. Bu Frankodan sonra beşinci baş nazir idi. 2007-ci ilin 
sonunda İspaniya Aİ-də iqtisadi artım sürətinə, yeni iş 
yerlərinin miqdarına, mədaxilinə və məxaricin müsbət balan-
sına, sosial təminat fondunun artımına görə (4%-dən artıq) 
birinci yeri tuturdu. İqtisadi artım əsasən tikintilər hesabına idi. 
İspaniyada Fransa, Böyük Britaniya və Almaniya birlikdə 
götürüldükdə daha çox, yəni tələb olunandan 2 dəfə çox bu 


240
dövrdə mənzil tikilmişdi. Lakin 2008-ci ildən iqtisadiyyatda 
enmə başladı. İpoteka böhranı bu ölkəyə də təsir göstərdi. Böh-
ran tikintidə fəhlələrin sayının 40% ixtisar edilməsinə səbəb ol-
du. Avropanın digər ölkələri ilə müqayisədə ən çox işsiz İs-
paniyada (9%) idi. Sapateronun sosialist hökuməti mərkəzin 
muxtar vilayətlərlə münasibətini yaxşılaşdırdı. Kataloniya və 
Bask ölkəsi geniş hüquqlar aldı. Kender probleminin həlli real-
laşdı. Sapatero hökumətinin tərkibinin yarısı qadınlar idi. 
2007-ci ilin martında kişilərin və qadınların bərabərliyi 
haqqında, ailə zorakılığına, boşanma prosesinin sürətləndiril-
məsinə, homoseksual nikaha icazə verilməsinə dair qanunlar 
qəbul edildi.
2004-2008-ci illərdə minimum əmək haqqı, minimum 
pensiya və təqaüd alan tələbələrin sayı artırıldı. Katolik dini 
məktəblərində məcburi təhsil təxirə salındı. Yüz minlərlə gizli 
yaşayan mühacirin kütləvi leqallaşması haqqında qərar verildi. 
Onlar ölkə əhalisinin 11%-ni təşkil edirdilər. Hökumət ETA 
təşkilatı ilə danışıqlar apardı ki, silahı yerə qoysalar, onlarla 
dialoqa girəcək. Lakin danışıqlar uğursuz oldu. Çünki 2006-cı 
ilin dekabrında onlar hökumətin şərtinə əməl etməyərək yenə 
terror törətdilər. Ümumiyyətlə, fəaliyyət göstərdiyi 40 il 
ərzində 800 adam ETA-nın terror aktının qurbanı olmuşdu. 
Sosialist hökuməti İspaniyanın İraqa qoşun göndərməsini 
səhv addım hesab etdi və 2004-cü ilin iyunun 30-dək İraqdan 
qoşunların çıxarılmasına nail oldu. 
İspaniya Almaniya və Fransa ilə münasibətləri daha da 
yaxşılaşdırdı. 2005-ci ilin fevralında Avropa Konstitusiyasının 
qəbulunda daha fəal iştirak etdi. İspaniya Aİ-yə yeni üzvlər 
qəbul edilməsini, Şengen və avro zonasının genişlənməsini 
dəstəklədi. Bununla belə, İspaniya Kosovanın dövlət 
müstəqilliyini tanımadı. 
2008-ci ilin martın 9-da keçirilən növbəti parlament 
seçkilərində yenə də İSFR qalib gəldi və Sapateronun başçılığı 
altında hökumət təşkil edildi. Hökumətin 17 üzvündən 9-u 


241
qadın idi. Sapatero hökuməti iqtisadiyyatı stimullaşdırmaq 
üçün vergi ilə əlaqədar keçirilən tədbirlərin köməyi ilə 18 mlrd. 
avro ayırdı. Dövlət bölməsində iş yerlərinin 30% ixtisarı, 
aparıcı məmurların əmək haqlarının dondurulması barədə 
qərarlar qəbul edildi. Hökumət sosial xərcləri ixtisar etmədən 
2008-2009-cu illərdə büdcədən dövlət xərclərinin 250 milyon 
avro ixtisar ediləcəyini elan etdi. 
İspaniya ilə Azərbaycan Respublikası arasında da bu 
dövrdə münasibətlər yeni mərhələyə qədəm qoydu. 2005-ci ilin 
avqustunda Madriddə Azərbaycan səfirliyi açıldı. 


242
VIII. KANADA 
Kanada ikinci dünya müharibəsindən sonrakı ilk 
illərdə. Kanada İkinci Dünya müharibəsində Antihitler 
koalisiyasının tərəfində iştirak etsə də, onun ərazisi heç bir 
hərbi əməliyyat görmədi. Müharibə Kanadanın ərazisinə və 
iqtisadiyyatına ziyan vurmadı.
İkinci Dünya müharibəsi nəticəsində Kanada öz 
inkişafının yeni mərhələsinə qədəm qoydu. Kanada 
müharibədə öz milli gəlirini iki dəfə artırdı 1945-ci ildə sənaye 
məhsulu istehsalına görə o, artıq dünya kapitalist ölkələri 
arasında üçüncü yeri tuturdu. Müharibənin Kanada üçün 
mühüm nəticələrindən biri də o idi ki, onun ABŞ, Latın 
Amerikası və Avropa ölkələrinə kapital ixracı gücləndi. 1945-
1956-cı illərdə Kanadanın bu ölkələrə kapital ixracı 7 milyard 
dolları ötüb keçdi.
Müharibədən sonra Kanada-Böyük Britaniya əməkdaşlığı 
qalmaqla bərabər, ABŞ-la da əməkdaşlıq genişləndi. ABŞ-ın 
bu ölkəyə müdaxiləsi gücləndi. 
Kanadada bu dövrdə liberallar partiyası hakimiyyətdə idi. 
Hökumətə liberallar partiyasının lideri Makkenzi Kinq başçılıq 
edirdi. Liberalların 1935-1957-ci illərdə hakimiyyətdə 
qalmasının əsas səbəbi onların siyasi manevrlər etmək bacarığı 
və lazım gəldikdə mühafizəkarların fikri ilə hesablaşmaları idi. 
Müharibədən sonra əsas diqqət ABŞ-la iqtisadi əməkdaşlığa 
yönəldildi. 1947-ci ildə Kanadanın maliyyə naziri Ebbot 
tərəfindən tarixə “Ebbot planı” kimi daxil olan yeni bir plan 
hazırlandı. Həmin plan nəzərdə tuturdu ki, ölkənin özündə 
sənayedə son məhsul istehsalı ixtisar edilsin, Kanadanın 
xammal və yarımfabrikat məhsulları ABŞ-a göndərilsin.
Müharibədən sonra Kanadada İngiltərənin mövqeyi 
zəiflədi, ABŞ-ın mövqeyi isə gücləndi. Əgər 1945-ci ildə ABŞ-
ın Kanadaya kapital qoyuluşu 4 milyard 990 milyon dollar 
idisə, bu rəqəm 1955-ci ildə 12 milyard 900 milyon dollara 


243
çatdı. Kanadada meşə massivlərinin xeyli hissəsi, neft, qızıl, 
gümüş, nikel, mis mədənlərinin əksəriyyəti ABŞ inhisarçılarına 
məxsus idi. Kanadanın bu dövrdə ABŞ-dan xarici ticarətdə də 
asılılığı gücləndi.
Tədricən Kanada parlamentində qəbul edilən bir sıra 
qanunlar İngiltərənin nüfuzunu sarsıtdı. Belə ki, 1947-ci ildə 
parlamentdə Kanada vətəndaşlığı haqqında qanun qəbul edildi. 
1949-cu ildə qəbul edilən qanunla İngiltərə Kanadanın 
konstitusiyasının dəyişilməsinə təsir göstərmək imkanından 
məhrum edilirdi. Yenə həmin ildə keçmiş İngiltərə 
müstəmləkəsi olan Nyufaundlend adası Kanadaya verilmiş 
oldu.
Kanada vaxtilə Fransanın müstəmləkəsi olmuş və 1756-
1763-cü illərdəki yeddiillik müharibə zamanı İngiltərə onu 
Fransanın əlindən alınmışdi. Bu isə Kanadada ingilislərlə 
bərabər fransızların da yaşamasına gətirib çıxarmışdı. Ona görə 
də Kanadanın əsas problemlərindən biri ingilis mənşəli 
kanadalılar (bunlar ölkə əhalisinin 59,1% təşkil edirdi) və 
fransız mənşəli kanadalılar (bunlar əhalinin 29,1%-ni təşkil 
edirdi) arasında münasibətləri normal məcraya yönəltmək idi. 
Ölkənin iqtisadi və siyasi həyatında ingilis mənşəli kanadalılar 
əsas rol oynayırdılar. Fransız mənşəli kanadalıların 77%-i, 
əsasən, Kvebekdə yaşayırdılar. Kvebekin heç bir muxtariyyəti 
yox idi. Dini zəmində də onların arasında münaqişə hökm 
sürürdü. İngilislər protestant, fransızlar isə katolik idilər. 
Kanadada hökm sürən dini və milli zəmindəki parçalanma 
inhisarlara qarşı mübarizəni zəiflədirdi.
Müharibədən sonrakı ilk illərdə xarici siyasət. İkinci 
Dünya müharibəsindən sonra Kanada dünya siyasətində daha 
mühüm rol oynamağa başladı. Müharibədən sonrakı ilk illərdə 
ölkə öz xarici siyasətində ABŞ-a söykənirdi.1946-cı ildə 
Kanada SSRİ-yə qarşı kampaniyaya başlayaraq ABŞ-la birgə 
“soyuq müharibə”də iştirak etdi. SSRİ-ni atom şpionajında 
günahlandırdı. 1947-ci ildə ABŞ-la Kanada arasında bağlanmış 


244
hərbi əməkdaşlıq haqqında sazişə əsasən onun ərazisində ABŞ-
ın hərbi bazalarının yaranmasına icazə verilirdi. Hələ müharibə 
dövründə ABŞ-la Kanada arasında yaranmış birgə müdafiə 
şurası müharibədən sonar da öz fəaliyyətini davam etdirirdi. 
1947-ci ildə Kanada Qərb yarımkürəsinin müdafiəsi haqqında 
pakta qoşuldu. 1948-ci ildə Amerika Dövlətləri Təşkilatının 
(ADT) yaranmasında iştirak etdi. 1949-cu ildə o, NATO-ya 
üzv oldu. 
50-60-cı illərdə Kanada iqtisadiyyatı. 50-60-cı illərdə 
Kanada inkişaf etmiş kapitalist ölkələri qrupunda olduğunu 
təsdiq etdi. Bu dövrdə Kanadada iqtisadiyyatın inkişafı çox 
sürətlə gedirdi. Belə ki, sənaye məhsulu istehsalına görə 
Kanada kapitalizm dünyasında 5-7-ci yerləri bölüşürdü. Lakin 
adambaşına düşən sənaye məhsulu istehsalının həcminə, əmək 
məhsuldarlığına və milli gəlirə görə isə ABŞ-dan sonra II yeri 
tuturdu. Ölkədə neft emalı, dağ-mədən, neft kimyası, 
elektronika, aviasiya sənayesi inkişaf etdi. Kanada kapitalist 
ölkələri içərisində nikel, asbest, uran, dəmir filizi, sink, qızıl, 
platin, gümüş, mis, qurğuşun, alüminium, qəzet kağızı, ağac 
kütləsi istehsalına görə ilk yerlərdən birini tuturdu. Kanada-
ABŞ inteqrasiya sistemində Kanada tabe tərəf olaraq qalırdı. 
Gəlir verən sahələrə ABŞ daha çox nüfuz edirdi.
Liberalların 22 illik fəaliyyəti, xüsusilə son dövrlərdə 
onların yeritdiyi siyasət ölkədə müəyyən narazılığa səbəb oldu. 
Belə ki, xalq Kanadada ABŞ-ın hökmranlığı ilə razılaşa 
bilmirdi. Liberallarla rəqabətdə olan mühafizəkarlar partiyası 
bundan çox məharətlə istifadə etdi. Onlar özlərini sadə 
kanadalıların müdafiəçisi kimi göstərərək liberalları tənqid 
etməyə başladılar ki, onlar Kanadanı ABŞ-ın 49-cu ştatına 
çeviriblər. Bunun nəticəsi idi ki, 1957-ci ilin iyunun 10-da 
keçirilmiş parlament seçkilərində mühafizəkarlar qələbə 
çaldılar, və onların lideri Difenbeykerin başçılığı altında yeni 
hökümət təşkil edildi. Mühafizəkarlar vergiləri azaltdılar, sosial 
təminat sistemini yaxşılaşdırdılar, fermerlərə kredit verdilər, 


245
işsizliyin qarşısını almaq üçün ictimai işlər komitəsi yaratdılar, 
ictimai işlər üzrə proqramın həyata keçirilməsi üçün 1 milyard 
dollar vəsait ayırdılar. Lakin bütün bu tədbirlər ölkədə 
iqtisadiyyatın enməsinə gətirib çıxardı. Valyuta ehtiyatları 
azaldı. Nəticədə hökümət Kanada dollarının devalvasiyasını 
tətbiq etməyə məcbur oldu. Mühafizəkarlar höküməti ilə ABŞ 
arasındakı münasibətlər kəskinləşdi. Belə ki, ABŞ-ın nüvə 
raketlərini Kanadada yerləşdirməsinə hökumət razı olmadı. 
Lakin Kanada inhisarçı dairələri ABŞ-ı müdafiə etdilər. Senat 
Difenbeyker hökümətinə etimad göstərmədi.
1963-cü il aprelin 8-də keçirilən növbədənkənar 
parlament seçkilərində liberallar yenidən qələbə çaldılar və 
Lestor Pirsonun başçılığı altında yeni liberallar höküməti təşkil 
edildi. Bu hökumət Kanada ərazisində ABŞ raketlərinin 
yerləşdirilməsinə razılıq verdi. Həmçinin 1964-cü il dekabrın 
15-də müstəqil Kanada bayrağının təsis edilməsi haqqında 
qanun qəbul edildi. Lestor Pirson 1968-ci ildə istefa verdi. 
Onun yerini mənşəcə fransız kanadalı Pyer Elliot Tryudo tutdu. 
O, hakimiyyətə gələn kimi öz siyasətində qətiyyətli mövqe 
tutdu. 1969-cu ildə parlament Kanadada ingilis dili ilə bərabər 
fransız dilinin də eyni hüquqa malik olması haqqında qanun 
qəbul etdi. Bu hökumət həmçinin durğunluq keçirən rayonlara, 
o cümlədən Kvebekə maliyyə yardımını gücləndirdi.
Müharibədən sonrakı ilk illərdə sosial-siyasi həyat. 
Müharibədən sonra Kanada xalqının şüurluluq səviyyəsi artdı. 
1946-cı ildə Kanadada 3245 min fəhlə vardısa, 1960-cı ildə 
onların sayı 5154 minə çatdı. İstehsalda yeni texnologiyanın 
tətbiqi işsizliyin artmasına gətirib çıxartdı. 1957-ci ildə ölkədə 
340 min işsiz var idi. Həmkarlar ittifaqları özlərini Kooperativ 
Əməkdaşlıq Federasiyası adlandırdılar. Sosial-demokrat 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin