Microsoft Word s?may?kitab?sas doc


partiyasının da nüfuzu ölkədə güclənməkdə idi



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə36/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyasının da nüfuzu ölkədə güclənməkdə idi.
Tətillər nəticəsində zəhmətkeşlər bir sıra tələblərinin 
yerinə yetirilməsinə nail oldular. 


246
50-60-cı illərdə xarici siyasət. 50-60-cı illərdə Kanada 
ABŞ-la hərbi, iqtisadi və xarici siyasətdə əməkdaşlığı 
genişləndirdi. 1950-ci ildə ABŞ-la Kanada arasında iqtisadi 
əməkdaşlıq, 1951-ci ildə mülki müdafiənin koordinasiya 
edilməsi, 1951-1954-cü illərdə üçxətli radar qurğularının 
tikilməsi haqqında saziş bağlandı. 1950-1959-cu illərdə 
Kanadanın hərbi xərcləri 15,3 milyard dollar təşkil edirdi. 
1950-1953-cü illərdə ABŞ-ın Kanadada 8 min əsgəri var idi. 
Mühafizəkarlar partiyasının hakimiyyəti dövründə ABŞ-la 
Kanada arasında Şimali Amerika kontingentinin hava 
hücumuna qarşı müdafiədə birləşməsi ilə əlaqədar birgə 
komandanlığın təşkili haqqında saziş bağlanıldı. 1963-cü ildə 
Kanadada yerləşən raketlərə ABŞ-ın nüvə başlıqları verməsi 
haqqında saziş imzalandı. 1956-cı ildə Kanada ilə SSRİ 
arasında da ticarət sazişi bağlandı. 
Kanada Latın Amerikası ölkələri ilə də əməkdaşlığın 
inkişafına xüsusi diqqət yetirirdi. 
XX əsrin 70-90-cı illərində Kanadanın daxili və xarici 
siyasəti. 70-ci illərdə Kanada yüksək inkişaf etmiş sənaye-
aqrar ölkəyə çevrildi. 70-ci illərin əvvəllərində də 
iqtisadiyyatın xüsusi artımı müşahidə edilirdi. Tryudo 
höküməti Kanadada «ədalətli cəmiyyət» qurmaq proqramını 
elan etdi 1971-ci ildə bu məqsədlə ölkədə yerli istehsalı 
artırmaq üçün Kanada korporasiyası təşkil edildi. Həmçinin 
işsizliyin qarşısını almaq üçün immiqrasiya haqqında yeni 
qanun qəbul edildi. Həmin qanuna əsasən Kanadaya xaricilərin 
gəlməsi məhdudlaşdırıldı. 1973-cü ildə Tryudo hökuməti 
iqtisadi və sosial sahədə tədbirlər proqramı elan etdi. 1974-cü 
ildə verilən qanuna görə iri firmaların direktorları ancaq 
kanadalılar olmalı idi. Qiymətlər və gəlirlər üzərində dövlət 
nəzarəti qoyuldu. Tryudo hökuməti Kanadanın özü özünü neft 
məhsulları ilə təmin etməsi haqqında qanunun qəbul 
edilməsinə də nail oldu.


247
1974-1975-ci illərin dünya energetika böhranı Kanadaya 
da öz təsirini göstərdi. 1975-ci ildə sənaye məhsulu istehsalı 
5% azaldı. Ölkədə 697 min işsiz var idi. 70-ci illərin ikinci 
yarısında ölkədə iqtisadi durğunluq başlandı. Tryudo hökuməti 
iqtisadi siyasətində birinci yerə ölkənin neftlə öz-özünü təmin 
etməsini qoydu. Bu məqsədlə 1976-cı ildə neft məhsulları 
göndərilməsinin yenidən bölgüsü haqqında məsələ ön sıraya 
keçdi. «Petrol Kanada» neft firması fəallaşdı. 70-ci illərdə 
Kanada inkişaf etmiş kapitalist ölkələri sırasına daxil oldu. 
1975-ci ildə “Yeddilər qrupu”nun üzvü oldu.
1970-ci ildə Kvebekdə milli münasibətlər son dərəcə 
kəskinləşdi. Kvebek Azadlıq cəbhəsi bu dövrdə Kvebeki 
Kanadadan ayırmağa cəhd göstərdi. Tryudo hökuməti bu 
məsələdə qətiyyətli mövqe tutdu. Kvebekə hökumət qoşunları 
yeridildi. Ayrılmaq cəhdlərinin qarşısı alındı. 1974-cü ildə 
qəbul edilən yeni qanuna əsasən fransız dili Kvebek əhalisinin 
rəsmi dili oldu.
1979-cu ildə Tryudo hökuməti Kanada ərazisindən 
«Bomar» raket hərbi bazasını çıxarmasını ABŞ-dan tələb etdi. 
Bu məsələ hakim dairələr arasında kəskin fikir ixtilafına səbəb 
oldu. 1979-cu ildə keçirilən parlament seçkilərində 
mühafizəkarlar qələbə çaldılar və Klarkın baçılığı altında yeni 
hökümət təşkil edildi. Bu hökümət ABŞ-ın dedikləri ilə 
razılaşdı. Öz ərazisində əlavə nüvə başlıqlarını yerləşdirdi. 
Radar qurğuları yenə də qaldı. Kanadada ABŞ nümunələri 
əsasında silah istehsalı artdı. Bütün bunlar Klark hökümətinin 
nüfuzunu zəiflətdi.
1980-ci ildə Kanadada növbədənkənar parlament 
seçkiləri keçirildi və liberallar qələbə çaldılar. Yenidən Tryudo 
hökumətin başçısı oldu. Bu hökumət “1981-ci il konstitusiyası 
aktı” adlı yeni konstitusiya qanununun 1982-ci ilin aprelin 17-
də qüvvəyə minməsinə nail oldu. Həmin qanuna görə 1867-ci il 
konstitusiya aktı təxirə salınır və Kanada suveren dövlət 
olurdu. O, daxili və xarici siyasətdə müstəqil idi. Lakin buna 


248
baxmayaraq Kanada Böyük Britaniya Millətlər birliyində 
qalmağı qərara aldı. Onun dövlət başçısı yenə də İngiltərə 
kraliçası idi. Ölkəni baş nazir idarə edirdi. Əyalətlərə general 
və general-leytenant qubernatorları İngiltərə kraliçası təyin 
edirdi.
Ağır iqtisadi çətinlik liberallardan narazılığı gücləndirdi. 
1984-cü ilin sentyabrında ölkədə keçirilən yeni parlament 
seçkilərində mühafizəkarlar qələbə çaldılar. Malruninin 
başçılığı altında yeni hökumət təşkil edildi. Bu hökumət 
iqtisadiyyatın yüksəlişini təmin etmək üçün «açıq qapı» 
siyasəti yeritdi. Yenidən xarici inhisarlar üçün Kanada açıq 
elan olundu. 1989-cu ildə Kanada ilə ABŞ arasında azad ticarət 
haqqında saziş bağlandı. 1992-ci ildə ABŞ, Kanada və Meksika 
arasında sərbəst ticarət zonasının yaradılması haqqında saziş 
imzalandı. Vahid Şimali Amerika iqtisadi ərazisi formalaşmağa 
başladı.
1993-cü ildə keçirilən parlament seçkilərində liberallar 
yenidən qələbə qazandılar. Y.Kretyenin başçılığı altında yeni 
hökümət yarandı. 1994-1996-cı illərdə əsas diqqət büdcə 
kəsirinin ləğv edilməsinə yönəldildi. İqtisadiyyatın inkişafı və 
sosial sahəyə çəkilən xərclər ixtisar edildi. Bir sıra iri dövlət 
müəssisələri xüsusi şəxslərə satıldı. Müavinət və təqaüdlərin 
həcmi 3,5 mlrd. dollar azaldıldı. Əyalətlərdə səhiyyə və təhsilə 
ayrılan xərclər də ixtisar edildi. 1995-ci ildə büdcədənkənar 
ehtiyat fondu yaradıldı. Nəticədə 1997-ci ilin sentyabrında 
federal büdcə kəsirini ləğv etmək mümkün oldu. Kanada 1998-
ci ildə «Yeddilər qrupu»nda federal büdcə kəsiri olmayan 
yeganə ölkə idi. 
Kretyenin sosial-iqtisadi proqramı iki məsələni əhatə 
edirdi. Bunlardan biri «Bərabər imkanlar strategiyası» idi ki, 
burada əsas diqqət ali təhsilin, elmi tədqiqatların inkişafına 
yönəldilirdi. Əhalinin aztəminatlı təbəqəsinin təhsil alması 
vacib hesab edilirdi. İkincisi «Cəmiyyətin təhlükəsizliyini 


249
təmin etmək» adlanırdı. Burada əsas vəzifə əyalətlərdə sosial 
proqramların həyata keçirilməsi idi.
Hökumət elan etdi ki, onun məqsədi aztəminatlı ailələrin 
uşaqlarla birlikdə müdafiəsinin ümummilli sistemini təşkil 
etmək, valideynlərə vergi və digər məsələlərdə güzəştlərə 
getməkdir. Həmçinin aborigen əhali (hindular və eskimoslar) 
üçün sosial proqram tərtib olundu və buna xüsusi vəsait ayrıldı. 
Planauyğun şəkildə vergilər aşağı salındı.
90-cı illərin əvvəllərində Kanadada işsizlik yenə də 
qalırdı. Lakin 1997-ci ildə bu vəziyyət əsaslı şəkildə dəyişdi. 
Buna səbəb əmək məhsuldarlığının artması və yeni 
texnologiyanın tətbiqi idi. Kretyen hökuməti dövründə 
iqtisadiyyatın əsas strukturlarında yenidənqurma başa çatdı. 
Avtomobilqayırma, kimya sənayesi, tikinti materialları 
istehsalında yüksəliş baş verdi. Xidmət sahəsi genişləndi. 
Kanadada istehsal edilən məhsulun 40%-i ixraca gedirdi ki, 
onda da ABŞ-ın payı 80% təşkil edirdi. 
90-cı illərdə Kvebekdə hadisələr yenidən kəskinləşdi. 
1995-ci ildə Kvebekin müstəqilliyi haqqında ölkədə 
referendum keçirildi. Həmin referendumda federasiya tərəfdarı 
olan qüvvələr qalib gəldi. Kvebek yenə də Kanadanın 
tərkibində qaldı.
90-cı illərdə də Kanada öz xarici siyasətində ABŞ-ı 
dəstəkləməkdə davam edirdi. ABŞ-Kanada ticarət dövriyyəsi 
gündə 1 milyard dollar təşkil edirdi. ABŞ-la əməkdaşlıq 
Kanadanın çiçəklənmə mənbələrindən biri oldu. «Yeddilər 
qrupu» ndan ancaq Kanada istifadə etdiyi texnologiyanın 40%-
ini idxal edirdi. 1997-ci ildə Kanada iqtisadiyyatının rəqabət 
qabiliyyəti dünyada dördüncü yeri tuturdu. Liberalların 
hakimiyyəti dövründə Kanadanın hərbi büdcəsi NATO ölkələri 
içərisində həcminə görə sonuncu yeri tuturdu. 
2000-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri 
də liberallara uğur gətirdi. Yenə də Kretyen hökuməti ölkəyə 
rəhbərlik etməyə başladı. Bu hökumət ABŞ-ın Əfqanistana, 


250
İraqaolan təcavüzünü bəyəndi. Azərbaycan və Ermənistan 
arasında olan münaqişədə Ermənistanı dəstəklədi və müdafiə 
etdi. 2004-ci il aprelin 22-də Kanada parlamenti qondarma “er-
məni soyqırımını” tanıdı.
Hazırda Kanadanın 31,5 milyon əhalisi var. Kanada qəzet 
kağızı istehsalına və gömrüksüz ticarətə görə dünyada birinci 
yeri tutur. Dünya meşə ehtiyatının 10%-i Kanadada yerləşir. 
Kosmetika və diş müalicəsindən başqa ölkədə bütün tibbi 
xidmət növləri pulsuzdur. Kanadanın müstəqilliyi günü 1 
iyundur.


251
IX. LATIN AMERİKASI ÖLKƏLƏRİ 
Latın Amerikası ölkələri hələ XIX əsrin 20-ci illərində 
müstəqillik qazansa da, lakin kapitalist təsərrüfatının 
inkişafında gecikdiklərinə görə qabaqcıl ölkələrin xammal 
əlavəsinə çevrildilər və əyalət kapitalizmi vəziyyətinə düşdülər.
İkinci Dünya müharibəsindən sonra Latın Amerikası 
dövlətləri güclü iqtisadi və siyasi vulkanlar zəncirinə çevrildi. 
Müharibə nəticəsində Latın Amerikası ölkələrində baş verən 
mühüm dəyişikliklərdən biri kapitalizm və milli sənayenin 
inkişafının sürətlənməsi idi. Bu ölkələrdə fəhlələrin sayı 14-15 
milyona çatdı. Müharibədən sonra bu ölkələrdə demoqrafiq 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin