232
350, yuxarı palata olan senat isə 208 nəfəri əhatə etməli idi.
Həmçinin
ölkədə fikir plüralizminə, əqidə azadlığına geniş yer
verilirdi. Əhalinin ümumi seçki hüququ qanunla təsbit olundu.
1977-ci il iyunun 15-ində ölkədə ilk dəfə Xalq cəbhəsi
dövründə olduğu kimi, parlament seçkiləri keçirildi. Seçicilərin
90%-i frankizmin ədeyhinə olduğunu bildirdilər. Demokratik
mərkəz ittifaqı 33,9%, İSFP-i 29,2%, İKP 9,2%, Sosialist Xalq
partiyası 4,3%, «Xalq alyansı» 8,2% səs aldılar. Adolfo
Suaresin başçılığı altında yeni hökumət təşkil edildi. 1977-ci
ildə ölkənin iqtisadi vəziyyəti birdən-birə pisləşdi. İşsizlərin
sayı 1,3 milyona çatdı. İqtisadi inkişaf 6,6%-dən 1%-ə endi.
Bu, hökuməti qəti addımlar atmağa məcbur etdi. 1977-ci ilin
oktyabrında Nazirlər Kabinetinin
yerləşdiyi bina olan
Madriddəki Monkloada həmkarlar ittifaqının və sol partiyaların
nümayəndələri ilə hökumət arasında qarşılıqlı razılıq haqqında
pakt imzalandı. Bu pakt tarixə Monkloa paktı kimi daxil oldu.
Sənədə görə həmkarlar ittifaqı və sol partiyalar tətillərin
azalmasını, hökumət isə qiymətlərin artmasının qarşısını
almağı öhdəsinə götürdü. Ümumi amnistiya haqqında qanun
verildi. 1977-ci idə müəssisələrin istehsal komitələrinə seçkilər
keçirildi. Fəhlə komissiyaları bu seçkilərdə səslərin 43%-ni
aldı.
1978-ci ildə yeni konstitusiya layihəsi hazırlanmağa
başladı. 1978-ci il dekabrın 6-da konstitusiya referendum yolu
ilə 88% səslə bəyənildi. 1979-cu ilin yanvarında o, qüvvəyə
mindi. Konstitusiyaya görə İspaniya konstitusiyalı monarxiya
elan
olundu və onun hüquqi, demokratik və muxtar qurumları
əhatə edən bir dövlət olduğu göstərildi. Ali qanunverici orqan
olan kortes iki palatadan – deputatlar palatası və senatdan
ibarət idi. Konstitusiyaya görə kral dövlətin, hökumətin başçısı,
İspaniya silahlı qüvvələrinin baş komandanı idi. O, kortesi
buraxa və senatın üzvlərinin 1/5 hissəsini özü təyin edə bilərdi.
Konstitusiyaya əsasən Katoloniya, Bakslar ölkəsinə və
Qalisiyaya muxtariyyət verildi. Onların öz parlamentləri və
233
hökuməti fəaliyyət göstərməyə başladı.
Konstitusiya bütün
demokratik azadlıqları, mülkiyyətin və şəxsiyyətin toxunul-
mazlığını özündə təsbit etdi. Xuan Karlos isə demokratik
dövlətin kralı oldu. 1980-ci ilin yanvarında Katoloniya və
Bakslar ölkəsinin, 1981-ci ildə isə Qalisiya və Andoluziyanın
daimi muxtariyyəti haqqında status qüvvəyə mindi. Lakin
Konstitusiya qüvvəyə minəndən sonra Bask millətçiləri
içərisində baskların əyalətində ispan əsgər və polislərinə işğalçı
kimi baxan və onların buradan çıxarılmasını
və burada
müstəqil dövlət yaradılmasını tələb edən ekstremist qanad
meydana gəldi. Ekstremistlər terror yolunu tutdular. Onların
terrorçu «Eta» təşkilatı fəallaşdı.
İspaniya XX əsrin 80-90-cı illərində. Konstitusiya
qüvvəyə minəndən sonra qarşıda yeni seçkilər dururdu. Buna
hazırlaşan İSFP öz qurultayında marksizmdən imtina etmək
niyyətində olduğunu bildirdi. Karillo başda olmaqla İKP də
«avrokommunizm» tərəfdarı olduğunu göstərərək, hökumətlə
əməkdaşlıq etməyə hazır olduğunu elan etdi. 1979-cu ilin
martındakı seçkilərdən sonra kortesdə qüvvələr nisbəti az
dəyişildi. Keçid dövrü qurtardı. 1979-cu il seçkilərindən sonra
DMİ və onun lideri A.Suaresin nüfuzu sürətlə aşağı
düşməyə
başladı. Şərait mürəkkəbləşdi. 1980-ci il bask speratizminin
terrorçuluğunun kulminasiyası oldu. İşsizlik 2,8 milyon adamı
əhatə etdi. Baş nazir isə zəif fəaliyyət göstərirdi. İqtisadi
inkişaf ləngidi. 1980-ci ilin sentyabrında qəbul edilən «Məş-
ğulluq vəzifələri haqqında» qanun da gözlənilən nəticəni
vermədi. Əmək haqları və pul nişanları buraxılışı üzərindəki
nəzarət də inflyasiyanın qarşısını ala bilmədi. Dövlət istehsal
investisiyasını stimullaşdırdı. Xüsusilə energetika və tikinti
sahəsinə daha çox vəasit ayrıldı. Lakin bütün bu tədbirlər çox
az səmərə verdi.
Qara metallurgiya, gəmiqayırma, toxuculuq və
ayaqqabı sənayesində durğunluq özünü daha çox göstərdi.
Baş verən iqtisadi və siyasi böhran nəticəsində A.Suares
1981-ci ilin yanvarın 29-da istefaya getməyə məcbur oldu.
234
Yeni hökumətin baş naziri Sosial Demokrat Mərkəz parti-
yasının lideri olan Kolvo Sotelo oldu. Lakin «bunkerdən olan
adamlar» təslim olmurdular. Onlar öz təbliğatlarında bu
faktlardan istifadə edirdlilər ki, ölkədə frankizm dövründə
olmayan kütləvi işsizlik, milli azlıqların muxtariyyət iddiası və
terrorizm kimi hadisələr baş verir. Generalitet və jandarm (İs-
paniyada o, «mülki qvardiya» adlanır) dairələrində hökuməti
devirmək və hərbi diktatura qurmaq məqsədilə qəsd hazırlan-
mışdı. Hökumətin bu barədə məlumatı olsa da, təhlükəni
zərərsizləşdirmədi.
1981-ci il fevralın 23-də korteslərin iclası
gedən zaman
polkovnik-leytenant Texero-Molina başda olmaqla qvardiya-
çılar iclas zalına soxuldular. Onlar general X.Milans de Baskla
razılaşaraq dövlət çevrilişi etmək istədilər. Lakin qornizonun
əksər hissəsi onları müdafiə etmədi. Kral televiziya ilə bildirdi
ki, o, Konstitusiyada nəzərdə tutulmuş və xalq tərəfindən
referendumla bəyənilmiş demokratik prosesi zorla dayandır-
maq üçün heç bir təşəbbüsə yol verməyəcəkdir. Xuan Karlosun
qəti mövqeyi qəsdçiləri dayandırdı. Onlar öz planlarının
icrasını davam
etdirməyə cəsarət etmədilər, qoşunlar Madrid
üzərinə yerimədi. 1981-ci il fevralın 27-də bütün siyasi
Dostları ilə paylaş: