Microsoft Word s?may?kitab?sas doc


partiyalar mövcud idi. 1952-ci ilin sonunda xristian-



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə28/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyalar mövcud idi. 1952-ci ilin sonunda xristian-
demokratlar hökuməti yeni seçki qanunu layihəsi ilə çıxış etdi. 
Həmin qanuna görə seçkilərdə 50%+1 səs toplayan partiya 
parlamentdə yerlərin 2/3 hissəsini tuturdu. Buna qarşı 1953-cü 
ilin martın 30-da ümummilli siyasi tətil oldu. Fəhlələr bu 
qanunu «fırıldaq qanun» adlandırdılar. 1953-cü ilin iyununda 
xristian-demokratlar hökuməti parlament seçkiləri keçirdi. 
Lakin hakim partiya, yəni xristian-demokratlar seçkilərdə bu 
səsi yığa bilmədiyinə görə de Qasperi baş nazir vəzifəsindən 
istefa verdi. 1954-cü ilin avqustunda o vəfat etdi. Xalq 
tərəfindən «fırıldaq qanun» adlanmış bu qanun 1953-cü ildə 
ləğv edildi. Fəhlə sinfinin sayının artması həmkarlar ittifaqının 
rolunun yüksəlməsinə gətirib çıxardı.
İtaliyanın siyasi həyatının xüsusiyyətlərindən biri də 
orada tez-tez hökumət dəyişikliyinin olması idi. 1955-1957-ci 
illərdə İtaliyada hökumətə xristian-demokratlardan olan 
A.Senye, 1958-60-cı illərdə isə Tambroni başçılıq edirdi. 50-ci 
illərin sonlarına doğru İtaliyada neofaşist təşkilatları yenidən 
canlanmağa başladı. Hələ 1947-ci ildə yaranmış faşistpərəst 
təşkilat olan İtaliya sosial hərəkat partiyası öz fəaliyyətini 
artırdı. Tambroni hökuməti zamanında icazə verildi ki, 1960-cı 


211
ildə Genuyada faşistlər öz qurultaylarını çağırsınlar. Lakin 
fəhlə sinfi buna imkan vermədi. Fəhlə hərəkatının ən böyük 
nailiyyətlərindən biri Tambroninin baş nazir vəzifəsindən istefa 
verməsi idi. Ümumiyyətlə, İtaliyada 1945-ci ildən 1981-ci ilə 
qədər həmişə baş nazir vəzifəsini xristian-demokratlar 
tutmuşdu.
60-cı illərin sonunda İtaliyada «sol» və «sağ» ekstremist 
terrorçu təşkilatlar meydana gəlmişdi. «Sol»çu qruplar ayrı-
ayrı adamlara qarşı qəsd təşkil edən «Qırmızı briqadalar» 
yaratmışdılar. «Sağ» neofaşistlər işə hökuməti qorxutmaq və 
demokratiyaya qarşı hücuma keçmək taktikasından istifadə 
edirdilər. Hər iki qrup gizli fəaliyyət göstərirdi.
Ölkənin cənubunda – Siciliya və Neapol vilayətlərində 
mafioz qruplar qarət və qətllər törədirdilər. O vaxt belə 
qruplara qarşı mübarizə aparmaq çox çətin idi. Çünki onların 
çoxunun dövlət məmurları ilə əlaqəsi vardı.
1960-1962-ci illərdə İtaliya hökumətinə xristian 
demokratların sol qanadına mənsub olan Qranki rəhbərlik 
edirdi. 1962-ci ilin fevralında isə baş nazir təyin edilmiş 
Fonfanii ilk dəfə hökumətin tərkibinə sosialist partiyasının sol 
qanadının nümayəndələrini də daxil etdi. İtaliyada yaranmış bu 
hökumət tarixə «sol mərkəz hökuməti» kimi düşdü. 1963-cü 
ilin aprelində hökumətə Aldo Moro rəhbərlik etməyə başlandı. 
«Sol mərkəz hökuməti» öz tərkibini saxlamaq etibarilə 
İtaliyada 1976-cı ilə qədər hakimiyyətdə qaldı. 
«Sol mərkəz hökumətin»nin dövründə elektroenergetika 
müəssisələrinin milliləşdirilməsi haqqında qanun qəbul edildi. 
Zəhmətkeşlərin bəzi kateqoriyalarının əmək haqqı artırıldı. 
Sahibkarlar müəssisələrdə paternalist ölçülər sisteminə 
keçdilər. Ucuz evlər, uşaq müəssisələri təşkil edildi. 1956-cı 
ildə Macarıstan hadisələri ilə əlaqədar olaraq sosialistlər 
kommunistlərlə ittifaqdan imtina etdilər. İSP və İSDP ölkənin 
siyasi həyatında öz mövqelərini möhkəmləndirmək üçün 1966-
cı ildə birləşib İtaliya Vahid Sosialist partiyasını yaratdılar. 


212
Lakin aralarındakı ixtilaflara görə onlar 1969-cu ildə yenidən 
ayrıldılar. 
1968-1969-cu illərin tətilləri nəticəsində 5 milyon adamın 
əmək haqları artırıldı, iş həftəsi 44 saatdan 40 saata endirildi. 
1969-cu ildə həmkarlar ittifaqları əmək şəraiti üzərində nəzarət 
hüququ əldə etdilər. 1969-cu ildə 20 milyon adamın tətili 
nəticəsində pensiyalar da 10% artırıldı. 1969-cu ildə parlament 
zəhmətkeşlərin hüquqları haqqında status qəbul etdi. 
60-cı illərdə Cənubi İtaliyada tətil xüsusilə kəskin 
xarakter aldı. Nəticədə hökumət məcbur oldu ki, Şimalda və 
Cənubda əmək haqlarını eyniləşdirsin. 
1968-ci ilin fevralında zəhmətkeşlərin təzyiqi altında 
vilayət və yerli özünüidarə orqanlarının yenidən təşkili 
haqqında qanun qəbul edildi ki, bununla da onların vilayət 
muxtariyyəti təmin edilmiş oldu. Vilayətlərin qanunverici-
inzibati, siyasi, sosial-iqtisadi hüquqları əhəmiyyətli dərəcədə 
genişləndi. 1970-ci ildə uzun müddətli mübarizədən sonra 
ölkənin bütün ərazisində vilayət özünüidarəsinə keçirilməsi 
haqqında demokratik qanun qəbul edildi. 1870-ci ilin iyunun 7-
8-də vilayət özünüidarə orqanlarına-cuntalarına seçkilər 
keçirildi. 
60-cı illərdə gənclər, xüsusilə tələbələr faşizmə qarşı 
mübarizədə fəal iştirak edirdilər. 1968-ci ilin sonunda faşist 
xadim, knyaz Borqeze hərbi təşkilat olan «Milli cəbhə» təşkil 
etdi. O, 1970-ci ilin dekabrında hakimiyyəti zəbt etmək üçün 
«Antarktida» planı tərtib etdi, lakin baş tutmadı. 
XX əsrin 50-60-cı illərində İtaliyanın xarici siyasəti: 
İtaliya 1954-cü ildə Qərb müdafiə ittifaqının üzvü oldu. 1949-
cu ildə NATO və Avropa Şurasına, 1951-ci ildə isə Avropa 
kömür və polad birliyinə daxil oldu. Ümumiyyətlə, İtaliya 50-
ci illərin birinci yarısına qədər öz xarici siyasətində müstəqil 
deyildi və o ABŞ-ın təsiri altında idi. ABŞ bu dövrdə İtaliyanın 
bir çox şəhərlərində – Toronto, Liverno, Neapolda öz hərbi 
bazarlarını yaratmışdı. Lakin iqtisadi inkişaf və fəhlə 


213
hərəkatının güclənməsi ilə əlaqədər olaraq artıq 50-ci illərin 
ikinci yarısında İtaliya öz xarici siyasətində müstəqil xətt 
yeritməyə başladı. O Yaxın Şərqdə ərəbləri müdafiə etdi. 60-cı 
illərdə İtaliya ABŞ-ın Vyetnama təcavüzünü pislədi.
Sosialist ölkələri ilə əlaqələr genişləndi. 1959-1961-ci 
illərdə uzunmüddətli – SSRİ-İtaliya ticarət müqavilələri bağ-
landı. 1967-ci ildə isə onlar arasında elmi-texniki və iqtisadi 
əməkdaşlıq haqqında müqavilə bağlandı. SSRİ İtaliyaya təbii 
qaz verməyə başladı. 60-cı illərdə NATO-ya daxil olan digər 
ölkələrlə müqayisədə İtaliyanın hərbi xərcləri azlıq təşkil 
edirdi. Belə ki, İtaliyada 1967-ci ildə hərbi xərclər dövlət 
büdcəsinin 2,9%-ni təşkil etdiyi halda, Fransada 5,3%-ni, 
Portuqaliyada 6,7%-ni, ABŞ-da isə 9,8%-ni təşkil edirdi. 
İtaliyanın XX əsrin 70-ci illərində daxili və xarici 
siyasəti. İtaliyada iqtisadi inkişaf sürətinə görə 70-ci illərdə 
qabaqcıl kapitalist ölkələrindən geri qalmağa başladı. Xüsusilə, 
1973-1974-cü illərdə olan dünya energetika böhranı İtaliyaya 
mənfi təsir göstərdi. 1973-cü ildə ölkədə sənaye məhsulu 
istehsalı 10% aşağı düşdü. İşsizlərin sayı 2,5 milyonu ötüb 
keçdi. İtaliyanın xarici borcları 1973-cü ildəki 7 milyard 
dollardan 1975-ci ildə 17 milyard dollara çatdı. Hər il kənddən 
şəhərə 200 min adam gəlirdi ki, bu da şəhərlərdə mənzil və iş 
problemini çətinləşdirirdi. Hökumət dövlət xərclərini artırmaq 
yolu ilə ölkənin təsərrüfatını canlandırmaq istədi. Dolayı 
vergilər artdı. Əmək haqları ixtisar edildi. Lakin tətil 
hərəkatının artması bu siyasətin uğursuzluğunu nümayiş 
etdirdi. 1970-1972-ci illərdə İtaliya hökumətinə İtaliya 
siyasətinin aparıcı liderlərindən olan Andreotte başçılıq edirdi. 
1972-1976-cı ilərdə isə İtaliyada hökumətin başçısı yenidən 
Fonfani oldu. 1976-cı ildə olan parlament seçkilərində 
komunistlər ilk dəfə öz tarixlərində ən çox - 34,4% səs 
topladılar. Lakin təşkil edilən hökumətin tərkibinə onlar daxil 
edilmədilər. Bu ölkədə böyük narazılığa səbəb oldu. 1978-ci 
ilin fevralında hökumət təşkil edən Aldo Moro həmin ilin mart 


214
ayında birgə fəaliyyət göstərmək haqqında komunistlərlə saziş 
bağladı. Səhəri gün Aldo Moro oğurlandı və mayın 9-da isə 
onun meyidi tapıldı. Meyid Xristian-demokratlar və 
kommunistlərin yerləşdikləri binaların arasında qoyulan 
avtomobildə idi. Aldo Moro komunistlərin ən ifrat qanadına 
mənsub olan «qırmzı briqada» adlanan təşkilatın üzvləri 
tərəfindən qətlə yetirilmişdi. Bundan sonra Xristian-
demokratlarla kommunistlər arasındakı saziş pozuldu. 1979-cu 
ilin iyununda keçirilən parlament seçkilərdən sonra İtaliya 
hökumətinə Korsiqa başçılıq edirdi. Hökumət 1979-cu ildən 
antinflyasiya tədbirləri keçirməyə başladı. Hökumət «qiymətli 
pullar» siyasətinə keçdi. Kredit və idxal məhdudlaşdı. 
Qiymətlərə məhdudiyyət qoyuldu. Əmək haqlarının artırılması 
donduruldu, sosial ehtiyaclara sərf edilən vəsait azaldıldı. Bu 
isə sosial vəziyyəti gərginləşdirdi. 1978-1985-ci illərdə 
İtaliyanın prezidenti partizan hərəkatının görkəmli xadim-
lərindən olan Aleksandro Pertini oldu. O, dekorativ xarakter 
daşıyan prezident vəzifəsinə çox böyük şöhrət gətirdi. Onun 
mühüm xidmətlərindən biri baş nazir vəzifəsində xristian-
demokratların inhisarına son qoyması oldu.
1974-cü ildə katolisizm prinsipinə zidd olsa da, boşan-
maq azadlığının verilməsi haqqında referendum keçirildi. 
Keçirilən referenduma əsasən ölkə əhalisinin yarıdan çoxu 
boşanma azadlığının tərəfdarı olduğunu bildirdi və bu qanunla 
rəsmiləşdirildi. 1974-cü ildə parlament seçkiləri kampaniyası 
zamanı partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi 
haqqında qanun qəbul edildi. Bu məsələ üçün 60 milyard lir 
ayrıldı. Qadınlarla kişilər əmək bazarında bərabər mövqe 
tutdular. 1975-ci ildə dövlət tezeviliyazsı ilə əlaqədar keçirilən 
islahatlar nəticəsində dövlət televiziyasında xristian-
demokratlarn inhisarına son qoyuldu. Televiziyada 
zəhmətkeşlərin iştirakı qanuniləşdirildi. 1977-ci ildə parlament 
ixtisas təhsili gənclərin işlə təmin edilməsi, dövlətin öz 
səlahiyyətlərinin müəyyən hissəsini yerli hakimiyət orqanlarına 


215
verməsi, silahlı qüvvələrin demokratikləşdirilməsi, hərbi 
qulluqçulara siyasi həyatda iştiraka icazə verilməsi haqqında 
qanunlar qəbul etdi. Mənzil haqqı qanunvericiliklə nizama 
salındı. 
70-ci illərdə islahatların keçirilməsindən məqsəd 
italyanların ölkəni tərk etməsinin qarşısını almaq, əhalinin 
kütləvi surətdə kənddən şəhərə axını nəticəsində kəskinləşən 
mənzil problemini həll etmək idi. Bu dövrdə İtaliyanın 
«Olivetti» inhisarı tərəfindən fəhlələr üçün çoxlu mənzillər və 
fəhlələrin uşaqları üçün çoxlu uşaq evləri tikildi.
Bu dövrdə İtaliya tarazlaşdırılmış xarici siyasət yeridirdi. 
1975-ci ildə İtaliya «Yeddilər qrupu»nun üzvü oldu. O həm 
qərb, həm də SSRİ və sosialist ölkələri ilə əməkdaşlıq edirdi. 
1975-ci ildə İtaliya Helsinki müşavirəsinin iştirakçısı oldu. 
İtaliya SSRİ-də Tolyatti adına avtomobil zavodunun, SSRİ-dən 
Avropaya uzunan «Dostluq» qaz kəmərinin tikintisində iştirak 
etdi.
1978-ci ilin sentyabrında İtaliya ilə ABŞ arasında 20 il 
müddətinə hərbi sahədə əməkdaşlıq haqqında müqavilə bağ-
landı. 1979-cu ilin dekabrında İtaliya NATO-nun sessiyasında 
ABŞ raketlərinin Avropada yerləşdirilməsinə razılıq verdi.
İtaliya XX əsrin 80-ci illərində. 80-ci illərin əvvəl-
lərində İtaliya sənaye məhsulu istehsalı 9% aşağı düşdü. 
İşsizlərin sayı 2,5 milyon oldu. İtaliyada vəziyyətin ağır-
laşmasına 1980-cı ildə İtaliyanın cənubunda güclü zəlzələnin 
olması da təsir etdi. Zəlzələ nəticəsində çoxlu dağıntı və insan 
itkisi oldu. İtaliya iqtisadiyyatında canlanma bir də 1984-cü 
ildə nəzərə çarpmağa başladı.
80-ci illərdə İtaliyaya daxili siyasi vəziyyətin qeyri-
sabitliyi xarakterik idi. Hökumətin başçısı Forlani iqtisadi 
vəziyyəti düzəldə, terrorun, alverçiliyin, korrupsiyanın qarşısını 
ala bilmədi. İtaliyada irimiqyaslı siyasi münaqişələr başlandı. 
Gizli yalançı mason təşkilatı olan «Təbliğat - 2»nin irticaçılığı 
ifşa olundu. Bu hərəkatda XDP və digər hakim partiyaların 


216
görkəmli xadimlərinin, yüksək hərbi rütbəli zabitlərin iştirak 
etdiyi aydın oldu. Hökumət istefa verməyə məcbur oldu. 1981-
ci ilin iyun ayında təşkil edilmiş yeni hökumətə respublikaçı 
S.Spadolini rəhbərlik etdi. Özlərinin 35 illik hakimiyyətindən 
sonra ilk dəfə Xristian-demokratlar baş nazir kürsüsünü digər 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin