206
ümumi seçki üzrə seçilirdi. Yuxarı palata olan senata isə 25
yaşdan sonra seçilmək olardı. Senat üzvləri İtaliyada prefektlər
adlanan vilayətlərdən seçilirdi. Deputatlar palatasında
nisbətən
çox yer alan partiya rəhbərlərindən biri hökumət təşkil edir,
adətən, bu hökumət bir neçə partiyanın nümayənədəlrindən
ibarət olur və parlament tərəfindən müdafiə olunana qədər
hakimiyyətdə qalır. Proporsional seçki sisteminin həyata
keçirilməsi
ən böyük nailiyyət idi ki, onun sayəsində
parlamentdə yerlər hər bir partiyanın real nüfuzuna uyğun
olaraq bölüşdürülürdü. İtaliya prezidenti məhdud səlahiyyətlərə
malik idi. O hər iki palatanın birgə iclasında 7 il müddətinə
seçilirdi. İcraedici hakimiyyət Nazirlər kabinetinə məxsus idi.
Ölkənin daxili və xarici siyasətinə
rəhbərlik baş nazirin
səlahiyyətində idi. Konstitusiyaya görə söz, mətbuat, vicdan
azadlığı verilir, dini, irqi və siyasi cəhətdən ayrı-seçkilik
qadağan edilirdi. Həmçinin Konstitusiyada əmək hüququ və
ədalətli əmək haqqı, aqrar islahatın vacibliyi, müəssisələrin
idarə edilməsində fəhlələrin iştirakı məsələsi də öz əksini tapdı.
Katolisizm prinsiplərinə əsasən
boşanma qadağan edilsə də,
qadınlara kişilərlə bərabər hüquq verilirdi. Konstitusiyaya görə
faşist təşkilatlarının fəaliyyəti qadağan edilirdi. Xüsusi
mülkiyyətin toxunulmazlığı elan edilirdi. Andlı məhkəmə
tətbiq edildi. Məhkəmə hakimiyyəti tamamilə müstəqil elan
edildi. Konstitusiyada göstərilirdi ki, kral ailəsi İtaliyaya
qayıda bilməz.
ABŞ-ın verdiyi kredit və borc hesabına
xalqa iqtisadi
çətinlikləri aradan qaldırmağa söz verən Xristian demokratlar
Dostları ilə paylaş: