Microsoft Word s?may?kitab?sas doc


partiyasının lideri Nikola Sarkozi qələbə çaldı.2007-ci ilin



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə20/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyasının lideri Nikola Sarkozi qələbə çaldı.2007-ci ilin 
iyunun I yarısında keçirilən parlament seçkilərində də onun 
partiyası qalib gəldi. Siyasi arenadan müharibəyə qədərki nəsil 
getdi. Onun yerini 50-ci illərdə siyasətə gələnlər tutdu. Onlar 
tarixə və dünyaya yeni tərzdə baxanlar idi. N.Sarkozi Fransua 
Fiyonu hökumətin başçısı elan etdi. İlk dəfə hökumət kender 
pariteti bazasında təşkil edildi. 15 nazirdən 7-si qadın idi.2007-
ci ildə də büdcə kəsiri və dövlət borcları armtaqda davam 
edirdi. Ancaq 2008-ci ildən iqitsadiyyatda canlanma başladı. 
Əhalinin banklara borcu o qədər də çox olmadığına görə 2008-
ci ilin oktyabrında baş verən ipoteka böhranını Fransa bir sıra 
Qərbi Arvopa ölkələrindən yüngül qarşıladı. Ölkə son 17 ildə 
görmədiyi inflyasiya ilə qarşılaşdı. Hökumət banklara yardım 
göstərəcəyini, 30 min mənzili satın alacağını elan etdi. 
Hökumət işsizliyi aşağı faizə salacağını da vəd etdi. 
Bu dövrdə Arvopanın digər ölkələrində pensiya orta aylıq 
əmək haqqının 57%-ni təşkil etdiyi halda, Fransada 75 %-ni 
təşkil edirdi. 2007-ci ildə nəqliyyat sahəsində keçirilən pensiya 
islahatı nəticəsində işçilər bir sıra imtiyazlardan (əvvəl iş stajı 
25 il olduqda 43 yaşında çıxmaq olardı, həmçinin onların 
özünə və ailələrinə tibbi xidmət pulsuz idi) məhrum edilirdi. 
Bu ölkədə nəqliyyatçıların ikihəftəlik tətilinə səbəb oldu. 


166
Bununla əlaqədar Sarkozi vergiləri azaltmağa və 35 saatlıq iş 
həftəsi rejimini yumşaltmağa məcbur oldu. 2009-cu ildən 
təhsilə ayrılan xərclərin azaldılması nəticəsində təhsil 
sistemində 11,2 min iş yeri ixtisara düşdü. 2008-ci ilin 
feıralından prezident xoşagəlməyən mənzillərin problemini həll 
etmək üçün plan hazırladı ki, onun əsas istiqamətləri 
məşğulluq, təhsil, təcrid olunmuş mənzillərdən çıxmaq, 
təhlükəsizlik üçün assosiasiyalar təşkil edilməsi idi. 
2008-ci ilin martında keçirilən bələdiyyə və kanton 
seçkilərində Nikola Sarkozinin partiyası məğlubiyyətə uğradı. 
Sosialistlər ən çox səs topladılar. Seçkilərin nəticələrinə 
baxmayaraq hökumət islahatları davam etdirirdi. 
2008-ci ilin yayında icitmai televiziyanın islahatı 
haqqında elan verildi. İctimai televiziyanın rəhbərinin 
prezident tərəfindən təyin edilməsi məsələsinə baxıldı. Büdcə 
maliyyələşdirilməsi ilə əlaqədar telereklamların verilməsi 
2009-cu ildən qadağan edildi. Bir sözlə, icitmai kanal 
hökumətin tabeliyinə keçdi. 
2008-ci ilin iyulun 21-də Fransa parlamenti 3/5 səslə 
konstitusiya islahatlarını bəyəndi. İslahatlar nəticəsində 
parlamentin rolu artır, vətəndaşlara yeni hüquqlar təqdim 
edilirdi. Prezident postuna iki dəfədən artıq seçilmək olmazdı. 
Parlamentin razılığı olmadan hökumət nazirləri təyin edə 
bilməzdi. Dövlət başçısı parlamentə məktubla müraciət etmək 
və onun qarşısında çıxış etmək hüququ aldı. Daimi parlament 
komissiyalarının sayı 6-dan 8-ə qaldırıldı. Rəhbər dövlət 
vəzifələrində qadınlarla kişilərin bərabərliyi təmin edilməli idi. 
2008-ci ilin iyunun 17-də N.Sarkozi ölkənin 
təhlükəsizliyi üçün yeni doktrina – «Ağ kitab» doktrinasını 
təqdim etdi. Həmin doktrinaya görə Fransa NATO-nun hərbi 
təşkilatına qayıda bilərdi. Lakin o buna ancaq milli ordusunun 
və nüvə silahının öz sərəncamında olması şərti ilə razı olmalı 
idi. Asiya strateji maraq zonası, Rusiyanın mövqeyinin 
müəyyən edilə bilməməsi isə Arvopa üçün risk hesab edilirdi. 


167
Yeni hərbi doktrinaya görə yaxın 6-7 il ərzində Müdafiə 
nazirliyində işləyən mülki qulluqçuların və qoşunun sayının 
320 mindən 54 minə endirilməsi nəzərdə tutulurdu. Xarici 
siyasətdə baş verən əsas dəyişikliklərdən biri ABŞ-la 
yaxınlaşma idi. Terrorizmə qarşı mübarizəyə tərəfdar olaraq 
Fransa qoşunları Əfqanıstana göndərildi. Fransa ABŞ-ın 
raketdən müdafiə sistemini Şərqi Arvopada yerləşdirməsinə 
razı oldu. NATO-ya qayıtmaq üçün N.Sarkozi Arvopada 
müstəqil operativ ştabın yaradılmasına nail oldu. 
Fransa həmçinin Aralıq dənizi ititfaqı təşkil etmək ideyası 
ilə çıxış etdi. 2008-ci ilin iyununda Bavariyada A.Merkel və 
N.Sarkozinin birgə işitrakı ilə keçirilən sammitdə qərara alındı 
ki, Aralıq dənizindən təkcə onun sahilində olan dövlətlər deyil
həm də Arvopa İtitfaqının üzvü olan bütün dövlətlər də istifadə 
edə bilərlər. 2008-ci ilin iyulunda Aİ-yə daxil olan 27 dövlətin 
və Aralıq dənizi sahilində yerləşən 16 dövlətin iştirakı ilə 
Aralıq dənizi ititfaqının birinci sammiti çağrıldı. Orada aydın 
proqram qəbul edildi. Bu Aralıq dənizindən daha səmərəli 
istifadə etməyi nəzərdə tuturdu. Proqramda həmçinin 
Sloveniyada Avropa-Aralıq dənizi universiteti açmaq da 
nəzərdə tutulurdu. Sammitin bir əhəmiyyəti də onda idi ki, 30 
ildən bəri burada ilk dəfə İsrail, Livan, Suriya və Fələstin 
liderləri iştirak edirdilər. Bu sammitdə Fransa ilə Livan və 
Suriya arasında 30 il bundan qabaq kəsilmiş diplomatik 
münasibətlər bərpa edildi. 
2008-ci ilin mart ayında N.Sarkozi son 12 illik Fransa 
tarixində ilk dəfə Böyük Britaniyaya rəsmi səfər etdi. Bu iki 
ölkə arasında əməkdaşlığın inkişafında mühüm addım oldu. 
Sarkozi xarici siyasətinin uğurlarından biri də Fransa 
parlamentinin 2008-ci ilin fevralın 8-də Aİ-nin islahatı 
haqqında Lissabon müqaviləsini bəyənməsi idi. 
Sarkozi İranın nüvə silahına yiylənməsinin tam əleyhinə 
olduğuna görə İrana qarşı sanksiyaları müdafiə edir. Fransa 
İranın atom silahına yiyələnməsi məsələsi ilə əlaqədar təşkil 


168
edilmiş «Altılar» (Böyük Britaniya, Almaniya, Çin, ABŞ, 
Fransa) qrupunun üzvüdür. 
2008-ci ilin yanvar ayında Sarkozi İran körfəzi rayonunda 
Fransanın birinci daimi hərbi-dəniz bazasının açılması 
haqqında məlumat verdi. 
Fransa Şingen vizasını daha 9 dövlətə (2007, dekabr) 
şamil edilməsini bəyəndi, 2008-ci ilin fevralında Kosovanun 
müstəqililyini tanıdı və onun Beynəlxalq təşkilatın idarə etdiyi 
15 dövlətin tərkibinə daxil olmasını bəyəndi. 
Fransa insan hüquqlarını pozmasına görə Çin, Rusiya, 
Ərəb və Afrika liderləri ilə münasibətləri gərginləşdirmədi. 
Ukrayna və Gürcüstanın NATO-ya daxil olması məsələsinə 
ehtiyatla yanaşdı və Rusiyanın mövqeyini müdafiə etdi. 
Rusiya-Gürcüstan beşgünlük müharibəsi zamanı (2008, avqust) 
6 maddədən ibarət ərazi bütövlüyünü əsas götürən tarixə 
«Sarkozi planı» kimi düşən xüsusi plan tərtib etdi. 
Fransa 2009-cu ilin fevralında NATO-nun hərbi 
təşkilatına girmək haqqında qərar qəbul etdi. 
Sarkozi hökuməti Azərbaycanla da səmərəli əməkdaşlıq 
tərəfdarıdır. Bunu Azərbaycan prezidenti İlham Əliyevin 2007-
ci ilin noyabrında Fransaya işgüzar səfəri zamanı Fransa 
prezidenti bir daha nümayiş etdirildi. Fransa Azərbaycanla 
siyasi, iqtisadi, elm və mədəniyyət sahəsində sıx əməkdaşlıq 
edir. O, uydurma Dağlıq Qarabağ problemini həll etmək üçün 
təşkil edilmiş ATƏT-in Minsk qrupunun həmsədrlərindən 
biridir. 
Fransada işləyən əhalinin 85%-ni muzdlu işçilər təşkil 
edir. Son dövrdə sosialist və kommunist partiyasının nüfuzu 
xeyli aşağı düşmüş, əvəzində isə siyasi həyatda «Yaşıllar 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin