Microsoft Word s?may?kitab?sas doc


partiyası yaradıldı. Onun rəhbəri keçmiş daxili işlər naziri



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə19/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyası yaradıldı. Onun rəhbəri keçmiş daxili işlər naziri 
Nikola Sarkozi oldu. 2005-ci ilin mayın 29-da Avropa 
konstitusiyası ilə əlaqədar keçirilən referendumda əhalinin 
55%-i «yox» cavabını verdi. Bu fransızların faktiki olaraq 
Raffarenin siyasətini bəyənmədiklərini nümayiş etdirməsi, 
işsizliyin yüksək səviyyəyə qalxmasına və iqitsadi artımın 
zəifləməsinə etirazı demək idi. 2005-ci ilin iyununda J.Şirak 
Raffaren hökumətini buraxdı və Dominika de Vilpenin 
başçılığı altında yeni hökumət təşkil etdi. 
2005-ci ilin oktyabrında Fransa iki həftə ağır sosial-
iqitsadi böhran yaşadı. Ölkənin 40 şəhərində komendant saatı 
elan edildi. Özbaşınalıqla mübarizə üçün 12 min polis və 


160
jandarmdan istifadə edildi. Hökumət problemi yumşaltmaq 
üçün bir sıra proqramlar hazırladı. İlk növbədə yeniyetmələri 
işlə təmin etmək nəzərdə tutuldu. «Birinci iş kontraktı 
haqqında qanun» ölkədə 12 həftə davam edən tətil və 
nümayişlərə səbəb oldu. Baş nazirin nüfuzu düşdü. 
2007-ci ilin fevralında parlament üç yeni konstitusiya 
qanununu bəyəndi. Bunlar prezidentin cinayət statusunda 
dəyişikliklər, ölüm cəzasının qadağan edilməsinin 
konstitusiyada öz əksini tapması və Fransanın dənizarxası 
ərazisi olan Yeni Kaledoniyada seçkilər haqqında idi. 1958-ci 
il Konstitusiyasına 22 dəyişiklik edildi. Birinci qanuna əsasən 
parlament prezidenti 2/3 səslə, vəzifəsindən kənarlaşdıra 
bilərdi. 
F.Mitteranın və J.Şirakın prezidentliyi dövründə 
Fransanın xarici siyasəti. Mitteran hakimiyyətə gəldikdən 
sonra Fransanın vəziyyətini Qərb blokunda və ABŞ-la 
münasibətdə möhkəmləndirməyə çalışdı. NATO ilə əməkdaşlıq 
genişləndi. 1982-1983-cü illərdə «Müasir kompüter 
texnologiyasının mübadiləsi» sahəsində əməkdaşlıq haqqında 
ABŞ-la saziş bağlandı. Fransa Avropada ABŞ-ın orta mənzilli 
raketlərinin yerləşdirilməsini müdafiə etdi. Fransa Baş Ştatının 
rəisi J.Jakaz tərəfindən 1983-cü ildə yeni «hərbi doktrina» 
işlənib hazırlandı ki, bu doktrinaya görə qollist «milli 
təhlükəsizlik» ideyasından imtina edilir, əvəzində «Şimali 
Atlantika ittifaqı və Avropanın müdafiəsi» sistemi ön plana 
çəkilirdi. Bu doktrinada NATO-ya məxsus olan «qlobal 
tənzimləmə» strategiyası öz əksini tapmışdı. Uzun illər 
keçdikdən sonra 1983-cü ildə Parisdə NATO Şurasının növbəti 
sessiyası keçirildi. Fransa SSRİ-yə qarşı sərt mövqe tutaraq 
Əfqanıstandan onun öz qoşunlarını geri çağırmasını, Polşada 
hərbi vəziyyətin təxirə salmasını, Şərqi Avropada yerləşən 
silahlı qüvvələrinin ixtisarını tələb etdi. 


161
NATO istiqamətli siyasət Fransaya xeyir gətirmədi. O 
«yeddilər qrupu»nda ikinci eşalonda yerləşirdi. NATO ilə 
yaxınlıq Fransanın manevr və təşəbbüsdə müstəqilliyinin 
itirilməsinə səbəb oldu. Bu siyasət Fransanın üçüncü dünya 
ölkələrindəki mövqeyinə də mənfi təsir etdi. 
Fransa 1981-ci ildə Afrika dövlət başçılarının iştirakı ilə 
xüsusi konfrans keçirdi. Burada əsas məsələ Afrika 
kontinentinin inkişafında Fransanın rolunu artırmaq idi. 
Fransanın Yaxın Şərqdəki siyasəti də məğlubiyyətə uğradı. 
Fransa İsrailə qarşı dostluq münasibətini nümayiş etdirdi. 
1983-cü ildə ABŞ-ın təkidi ilə Fransanın Livana sülhməramlı 
qoşun kontingentini göndərməsi uğursuz oldu. Fransız 
diplomatiyası Asiya-Sakit okean regionunda da ciddi səhvələrə 
yol verdi. Fransanın Vyetnam və Kampuçiyaya qarşı sərt 
mövqeyi bu ölkələrin SSRİ ilə münasibətlərinin daha da 
möhkəmlənməsinə səbəb oldu. Jiskar D`Esten göstərirdi ki, 
Mitteranın səhvlərinin əsas səbəbi onun «Şarl de Qollun 
Fransanı çatdırdığı böyük dövlət səviyyəsindən uzaqlaşması 
idi». 
1984-cü ildən Mitteran xarici siyasətə özü şəxsən nəzarət 
etməyə başladı. 1984-cü ildə o, Suriya ilə danışıqlara başladı 
və İsraili müdafiə etməkdən əl çəkdi. Fransa öz qoşunlarını 
Çaddan çıxartdı. Livandan da qoşun kontingentini geri çağırdı. 
SSRİ ilə münasibətlər yenidən normallaşdırıldı.
Fransa M.Qorbaçovun «yeni siyasi təfəkkür tərzi» 
konsepsiyasına və Avropa-Amerika dialoquna tərəfdar çıxdı 
Mitteran Avropa inteqrasiyasına xüsusi diqqət yetirdi. 
AİB çərçivəsində Fransanın təşəbbüsü ilə «Evrika», 
«ESPD», «FACT» adlı texnoloji tədqiqatlar proqramı qəbul 
edildi. 1986-cı ildə Fransa və AFR-in yaxından iştirakı ilə 
Avropa ittifaqı yaratmaq konsepsiyasının hazırlanması mühüm 
hadisə oldu. «Vahid Avropa aktı» qəbul edildi. 1986-cı ildə 
RMB-nin lideri R.J.Şirak baş nazir olduqdan sonra da Mitteran 
qətiyyətli, lakin qarşıdurmasız öz xəttini yeritməyə başladı. 


162
1986-1987-ci ildə «Bonn-Paris» oxunu möhkəmləndirməyə 
xüsusi diqqət yetirildi ki, bundan da məqsəd vahid Avropanın 
siyasi müdafiəsini təşkil etmək idi. Ərəb dünyasında 
Mitteranın nüfuzunu artıran əsas amillərdən biri Fransa 
ərazisindən Livanı bombalamaq üçün ABŞ təyyarələrinin 
uçmasının qadağan edilməsi haqqında onun qərarı idi. 
Bununla belə, J.Şirakın baş nazir olması xarici siyasətə 
də öz təsirini göstərdi. Belə ki, Fransa 1986-cı ilin yazında 
Çada qarşı yenidən hərbi aksiyaya başladı. 1987-ci ildə İranla 
münasibətlər pisləşdi. Liviya böhranı zamanı ABŞ-la başlanan 
«ticarət müharibəsini» nizama salmaq üçün Şirak hökuməti 
ABŞ-la danışıqlara başladı. Bütün bunlara cavab olaraq 
Mitteran Anlantika kursuna yenidən baxılması məsələsini açıq 
şəkildə elan etdi.
80-90-cı illərin hüdudunda Fransa diplomatiyası bir sıra 
yeni problemlərlə qarşılaşdı. SSRİ-nin və dünya sosializm 
sisteminin dağılması Fransanın xarici siyasətinə də öz təsirini 
göstərdi. 
Bu hadisələr Parisdə birmənalı qarşılanmadı. Fransa 
demokratiyanı müdafiə etməklə yanaşı, bildirdi ki, o 
separatizm və millətçiliyin istənilən təzahürünün əlehinədir. 
Məhz bu baxımdan Fransa diplomatiyası SSRİ-də Qorbaçovun 
rəhbərliyini müdafiə etməklə yanaşı, Yeltsinin Rusiyada 
hakimiyyətə gəlməsini də sakitliklə qarşıladı. Oxşar mövqeni 
Fransa Yuqoslaviyanın dezinteqrasiyası (tərkibdən hissələrin 
ayrılması) zamanı da göstərdi.
Fransa yenə də Afrika regionunda öz nüfuzunu 
saxlamağa çalışırdı. Fransanın dünya ölkələrinə bütövlükdə 
etdiyi köməyin 60%-i məhz Afrika ölkələrinə gedirdi. 1991-ci 
ildə İraqla ənənəvi dostluq əlaqələri olmasına baxmayaraq 
Fransa İraqa qarşı təşkil edilmiş «Səhrada tufan» əməliyyatında 
anti-İraq alyansının tərkibində iştirak etdi. 
Hakimiyyətinin son illərində Mitteran daha çox müstəqil 
mövqe tutmağa çalışdı. ABŞ-a qarşı münasibətdə bir soyuqluq 


163
duyulurdu. Artıq Fransa prezidenti 1991-ci ildə nümayişkarə 
sürətdə bildirdi ki, ABŞ-ın keçmiş sosialist ölkələri də daxil 
olmaqla, Avropanın problemlərinin həllinə qarışmasının 
əleyhinədir. 
1992-ci ildə Fransa və ABŞ sərt «ticarət müharibəsi» 
vəziyyəti ilə qarşılaşdılar. Antiamerikan əhval-ruhiyyəsində 
olan Fransa hökuməti 1992-ci ildə bildirdi ki, Aİ ilə ABŞ 
arasında bağlanacaq Avropanın iqtisadi maraqları əlehinə olan 
hər hansı bir müqaviləyə «veto» qoyulacaqdır. 1992-ci ildə 
Fransa ilə Kuba arasında münasibətlərin simvolikliyi aradan 
qalxdı, konstruktiv xarakter aldı. Fransa ABŞ-ın «məhvedici 
təsiretmə» doktrinasını və NATO-nun Şərqə doğru 
genişlənməsi xəttini qəti tənqid etdi. Beləliklə, əsas parametrlər 
üzrə Fransanın hərbi-siyasi strategiyası Şarl de Qollun qoyduğu 
ənənələrə yenidən qayıtmış oldu. Avropa istiqaməti Mitteran 
üçün prioritet olaraq qaldı. Məhz Avropanın inteqrasiyası 
prosesində Fransa dünya dövləti statusunu qoruyub saxlamağa 
bacardı. 
Mitteran Avropa İttifaqının formalaşmasında, Avropa 
İttifaqının sazişlərinin imzalanmasında mühüm xidmət 
göstərdi. Çünki Fransanın siyasi elitası və cəmiyyəti 
inteqrasiyanın dərinləşməsi məsələsində maraqlı idi. Rokar 
hökuməti 1990-cı il yanvarında Lüksemburqun Şengen 
şəhərində Şengen sazişlərini imzaladı. Bu sazişlərə görə 1992-
ci ildən başlayaraq «Ümumi bazar ölkələrinin vətəndaşları bir-
birinə vizasız və gömrük nəzarəti olmadan səfər edə bilərdilər. 
Maastrix müqaviləsinə qarşı RMB-dən etatistlər, Şevenman 
qrupundan sol sosialistlər, bir çox kommunistlər və lepençilər 
çıxdılar. Lakin 1992-ci ilin sentyabrında Fransada keçirilən 
ümumxalq referendumunda əhalinin 51%-i Maastrix müqavilə-
sinə tərəfdar olduğunu bildirdi. «Vətənlərimizin Avropası» 
prinsipinin yerini «Avropa vətənimizdir» prinsipi tutdu. 
90-cı illərin ortalarında Fransada siyasi rəhbərliyin 
dəyişməsi xarici siyasət kursunda da müəyyən dəyişikliklərə 


164
səbəb oldu. Şirakın ilk addımlarından biri atom silahının 
sınaqdan keçirilməsi üzərində qoyulan morotoriumu götürməsi 
oldu. Fransa NATO-nun hərbi strukturuna fəal sürətdə 
inteqrasiyanı canlandırdı. Lakin prezident seçkilərində 
qələbədən sonra Şirak Atlantika xəttindən imtina etdi. Fransa 
ABŞ-ın dünya hegemonluğuna çalışmasına qarşı çıxdı və 
Avropanın təhlükəsizliyini ön plana çəkdi. 1997-ci ildə Fransa 
Almaniyanın seperat Avropa hərbi sistemi yaratmaq təklifini 
müdafiə etdi. Fransa-ABŞ ziddiyyətləri 1998-ci il Yuqoslaviya 
münaqişələri zamanı özünü bütün dərinliyi ilə göstərdi. Fransa 
NATO-nun Serbiyadakı hərbi əməliyyatlarına qarşı çıxış etdi. 
Şirak öz sələflərinin Avropanın inteqrasiyası 
məsələsindəki xəttini daha güclü şəkildə davam etdirdi. Bu 
dövrdə Böyük Britaniya ilə əməkdaşlıq xeyli gücləndi, AFR-ə 
münasibətdə bir qədər soyuqluq yarandı. Fransa 90-cı illərin 
ikinci yarısında Şərqi Avropa ölkələrində də öz mövqeyini 
möhkəmləndirdi. İqtisadi diplomatiyada o daha çox fəallıq 
göstərdi. Təkcə 1996-cı ildə o, 15-dən çox rəsmi səfər etdi ki, 
bundan əsas məqsəd iqtisadi əməkdaşlığı gücləndirmək idi. 
Bunların içərisində Yaponiya ilə münasibətlərin yaxşı-
laşdırılması xüsusi əhəmiyyət kəsb edirdi. Mətbuat onu «bir 
nömrəli kommivoyajera» adlandırırdı. 
1997-1998-ci illərdə Fransa ilə ərəb ölkələri arasında da 
əlaqələr xeyli dərəcədə fəallaşdı. Fransanın İsraillə mü-
nasibətləri xeyli pisləşdi. Rusiya və Cənubi Qafqaz ölkələri ilə 
münasibətlərdə bir fəallıq hiss edilməyə başladı. Lakin 
Çeçenistan müharibəsi Fransanın Rusiyaya münasibətində 
kəskin dəyişikliyə səbəb oldu. 1999-cu ilin noyabrında ATƏT-
in İstanbul sammitində məhz Fransa Rusiya haqqında sərt 
qətnamənin qəbul edilməsinin təşəbbüsçüsü kimi çıxış etdi. 
Ancaq Rusiya prezidenti V.Putinin 2000-ci il oktyabrında 
Parisə səfərindən sonra Rusiya-Fransa münasibətlərinin 
yaxşılaşdırması əlamətləri özünü təzahür etdirdi. 


165
Fransa XXI əsrə siyasi sabitliyin və iqtisadi yüksəlişin 
təmin edildiyi bir şəraitdə daxil oldu. XXI əsrin əvvəlində 
Fransa senatı Fransanın xarici siyasətində tarazlıq əsas 
götürülürdü. Bununla belə o, 2001-ci ilin əvvəlində uydurma 
«erməni genosidi»ni tanıdı. Bu isə Türkiyə ilə münasibətlərin 
pisləşməsinə səbəb oldu. Bununla bərabər Fransa 2003-cü ildə 
ABŞ-ın İraqa qarşı müdaxiləsinə qarşı çıxdı və bildirdi ki, bu 
dünyada terrorizm dalğasının daha da güclənməsinə səbəb ola 
bilər. 
Fransa Nikola Sarkazinin prezidentliyi dövründə. 
2007-ci ilin aprelin 22-si və mayın 6-da keçirilən prezident 
seçkilərinin I və II turunda Xalq hərəkatı uğrunda mübarizə 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin