Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçildi.
1982-1987-ci illərdə ABŞ Polşaya qarşı iqtisadi
sanksiyalar tətbiq etdi. ARtıq 80-ci illərdə Polşanın xarici
borcları 20 milyard dolları ötüb keçdi. Qorbaçovun SSRİ-də
hakimiyyətə gəlməsi ilə Avropanın sosialist ölkələrində baş
verən sosial-siyasi proseslər Polşaya da təsir etdi. 1989-cu ildə
Polşa prezidenti vəzifəsi təsis edildi. İlk prezident V.Yaruzelski
oldu. Bir il keçməmiş – 1990-cı ildə onu Lex Valensa əvəz
etdi.
1990-cı ildə Polşanın qəbul edilmiş yeni konstitusiyasına
görə dövlətin adı dəyişilərək Reç-Pospolita-Polska
adlandırıldı. 1990-cı ildə keçirilən parlametn seçkilərindən
sonra ilk dəfə katolik partiyasının nümayəndələrindən olan
Tadueş Mazovetskinin başçılığı altında hökumət təşkil edildi.
Həmin hökumətdə maliyyə naziri vəzfiəsini tutan L.Baltseroviç
tərəfindən Polşanın inkişaf etdirilməsi üçün yeni iqtisadi plan
irəli sürüldü. Bu planda nəzərdə tutulurdu ki, Polşanın sürətli
bazar iqtisadiyyatına keçməsi üçün müsəssisələrə müstəqillik
verilməli və bu müəssisələr özləri-özlərini maliyyələşdirməli-
dirlər. Dövlət mülkiyyəti ilə bərabər qarışıq iqtisadiyyat da
tətbiq edilməlidir. Bu plan «şok terapeyası» adını aldı.
1992-ci ildə növbədənkənar keçirilən parlament
seçkilərində Polşada «milli razılıq hökuməti» yaradıldı ki, bu
hökumətin baş naziri ilk dəfə qadın – Xana Suxotskaya oldu.
Polşa Birləşmiş Fəhlə partiyasının adı dəyişilərək Polşa Sosial-
Demokrat partiyası adlandı. Həmin partiyanın lideri Aleksandr
Kvasnevski 1995-ci ildə Polşanın prezidenti seçildi.
1997-ci ildə Polşanın ikinci konstitusiyası qəbul edildi.
1999-cu ildə Polşa NATO-ya girdi. Lakin Rusiyanın tələbi
nəticəsində ABŞ Polşa ərazisində öz hərbi bazalarını
yaratmadı. Hazırda Polşa bazar iqtisadiyyatı yolu ilə gedir.
Avropa İnkişaf Bankı ona öz iqtisadiyyatını inkişaf etdirməkdə
290
yaxından kömək edir. Polşa Avropa Şurasının, ATƏT-in,
Avropa İttifaqının üzvüdür.
ÇEXOSLOVAKİYA: 1945-ci ilin martında Çexoslova-
kiyada Kommunist, Sosial-Demokrat, Xalq Demokrat və Milli-
Sosialist partiyalarının nümayəndələrindən Milli Cəbhə təşkil
edildi. 1945-ci il aprel ayının 4-də Koşise şəhərində onlar
sosial-demokrat Z.Firlenqerin başçılığı altında Milli Cəbhə
hökuməti təşkil etdilər. Çexoslovakiya 1945-ci ilin mayında
faşistlərdən təmizləndi.
Kütlələrin təzyiqi altında müəssisələrdə fəhlə nəzarəti
orqanları yaradıldı. 1945-ci il mayın 19-da prezident alman və
macar sahibkarlarının, həmçinin faşistlərlə əməkdaşlıq etmiş
yerli burjuaziyanın zavod, şaxta, torpaqlar, banklar, sığorta
cəmiyyəti və digər müəssisələrinin dövlətin idarəsinə keçməsi
haqqında dekret imzaladı. 1945-ci il iyunun 21-də imzalanan
dekret əsasında 2,9 milyon ha torpaq müsadirə edildi. 303 min
kəndli təsərrüfatı bütövlükdə 1,2 milyon ha torpaq aldı.
Ölkənin siyasi həyatında da mühüm dəyişikliklər baş
verdi. Faşist və digər mürtəce təşkilatlar buraxıldı. Demokratik
təşkilatların fəaliyyəti canlandı.
1945-1948-ci illərdə ölkədə Beneş prezident kimi
fəaliyyət göstərdi. 1945-ci il oktyabrın 24-də hökumət əsas
sənaye sahələrinin, iri müəssisələrinin, bütün bankların və
xüsusi sığorta cəmiyyətlərinin milliləşdirilməsi haqqında
dekret verdi. 1946-cı il mayın 26-da keçirilən parlament
seçkilərində kommunistlər 38%, sosial-demokratlar 12% səs
aldılar. Kommunist K.Qotvaldın başçılığı altında koalisiyalı
hökumət təşkil edildi. 1947-ci ildə baş verən quraqlıqla
əlaqədar olaraq həmin ilin iyulunda SSRİ Çexoslovakiyaya
400, həmin ilin noyabr ayında əlavə 200 ton da taxıl göndərdi.
1948-ci il fevral ayının 20-də sağ partiyalardan olan 12
nazir istefa verdi. Bundan məqsəd hökuməti zəiflətmək idi.
Lakin kütlələr xalq hakimiyyətinin müdafiəsinə qalxdılar.
Mühafizəkar qüvvələr təkləndilər. 1948-ci il fevral ayının 25-
291
də prezident Beneş sağ partiyalardan olan digər nazirlərin də
istefasını qəbul etdi. Özü də istefa verərək ölkəni tərk etdi.
Ölkə Çexoslavakiya Xalq Respublikası adlandı. 1948-ci
il mayın 5-də dövlət hakimiyyətinin ali orqanı olan Milli
Məclisə seçkilər keçirildi. Yeniləşmiş Milli Cəbhə 88% səs
aldı. Prezident K.Qotvald seçildi. Hökumətə isə A.Zapotski
başçılıq etməyə başladı. 1948-ci il may ayının 9-da
Çexoslovakiyanın yeni Konstitusiyası qəbul edildi.
Müharibədən sonrakı ilk illərdə Çexoslovakiya SSRİ ilə
dostluq əlaqələrini inkişaf etdirdi. 1946-1949-cu illərdə
Çexoslovakiya Yuqoslaviya, Polşa, Bolqarıstan, Rumıniya,
Macarıstanla dostluq, qarşılıqlı yardım və əməkdaşlıq haqqında
müqavilə bağladı.
1948-ci ilin yayında ölkədə ikillik planın yerinə
yetirilməsi qeyd edildi. Milli Məclis 1948-ci il oktyabrın 27-də
1949-1953-cü illəri əhatə edən beşillik planı bəyəndi.
Topdansatış sənaye məhsulları buraxılışı 93%, maşınqayırma
sənayesi məhsulları istehsalı isə təxminən 3 dəfə artdı. 1953-cü
ildə kartoçka sistemi ləğv edildi. Əmək haqqı artdı, müxtəlif
malların qiyməti aşağı salındı.
1949-cu ildə ölkədə vahid kənd təsərrüfat kooperasiya-
larının təşkili haqqında Qanun verildi. Lakin kənd təsərrüfatı
yenə də geridə qalmış sahə idi.
1956-1960-cı illəri əhatə edən ikinci beşillik plan
müvəffəqiyyətlə yerinə yetirildi. Sənaye məhsulu istehsalının
həcmi 1960-cı ildə 1949-cu illə müqayisədə 3,7 dəfə artdı.
Maşınqayırma sənayesi məhsulları isə 6,6 dəfə artdı. Kənd
təsərrüfatında sosialist bölməsi 87,4% təşkil edirdi.
Slovakiyanın sənayeləşdirilməsi sahəsində mühüm addımlar
atıldı.
1960-cı il iyulun 11-də yeni Konstitusiya qəbul edildi.
Ölkə Çexoslovakiya Sosialist Respublikası adlandı.
60-cı illərdə Çexoslovakiya öz inkişafının yeni
mərhələsinə qədəm qoydu. 1961-1965-ci illəri əhatə edən
292
üçüncü beşillik plan qəbul edildi. Lakin bu plan lazımınca
yerinə yetirilmədi. Belə ki, sənayedə artım 56% əvəzinə 29%,
kənd təsərrüfatında isə 22,8% əvəzinə 7,4% oldu.
Çexoslovakiyada 1953-cü ilə qədər hökumətə K.Qotvald
başçılıq etdi. Ölümündən sonra onu Antonio Novotnı əvəz etdi.
Respublikanın prezidenti isə A.Zapotski oldu. 1957-ci ilin
noyabrında A.Zapotskinin ölümündən sonra ölkənin prezidenti
A.Novotnı oldu.
1968-ci ildə Çexoslovakiyada hakimiyyətə Aleksandr
Dubçek gəldi. O hakimiyyətə gələn kimi partiyanın rəhbər
roluna qarşı çıxdı. Dövlət təhlükəsizlik orqanlarını tənqid etdi.
Çoxpartiyalılıq və əqidə azadlığı tərəfdarı olduğunu bildirdi.
Onun bu ideyaları «Fəaliyyət proqramı» adlı sənəddə öz əksini
tapdı. Lakin SSRİ Dubçekin hərəkətini anti-sosialist hərəkət
kimi qiymətləndirərək onun oğurlanmasını və Moskvaya
gətirilməsini təşkil etdi. Çexoslovakiya hadisələri ilə əlaqədar
1968-ci il avqustun 5-də Bratislavada xüsusi müşavirə
çağırıldı. 1968-ci il avqustun 21-də isə SSRİ və Varşava
müqaviləsinin iştirakçısı olan 5 dövlətin (Rumıniyadan başqa)
qoşunları oraya daxil oldu. Qərb dövlətlərinin hazırladığı
«Zefir» əməliyyatı baş tutmadı. Hadisələrin qarşısı alındı.
Çexoslovakiya hadisələri tarixə «Praqa baharı» kimi daxil oldu.
SSRİ Çexoslovakiyada hakimiyyətə Qustav Qusakı gətirdi.
70-80-ci illərdə Çexoslovakiya sosialist ölkələri arasında
ən inkişaf etmiş, əhalinin həyat səviyyəsi yüksək olan
dövlətlərdən biri idi. 1977-ci ildə «yetmiş yeddilərin xartiyası»
meydana gəldi. 1977-ci ilin sonunda Q.Qusakı Yakeş əvəz etdi.
80-ci illərin ortalarında SSRİ-də baş verən hadisələr
Çexoslovakiyaya da təsir etdi. 1989-cu il noyabrın 17-də
Çexoslovakiyada «məxməri inqilab» baş verdi. Parlament
seçkilərində Vətəndaş forumu qələbə çaldı. 1989-cu ildə həmin
forumun liderlərindən olan Vatslav Havel Çexoslovakiyanın
prezidenti oldu. Dövlətin adı dəyişilərək Çex-o-Slovakiya
adlandı.
293
1992-ci ilin iyununda Slovakiya hökuməti müstəqillik
haqqında məsələ qaldırdı. 1993-cü il yanvarın 1-dən hər iki
milli qurum ayrılaraq müstəqil dövlət kimi fəaliyyət
göstərməyə başladı. Çexiyanın prezidenti yenə Havel,
Slovakiyanın prezidenti isə Klaus oldu. 2008-ci ilin fevralında
keçirilən seçkilərdən sonra yenə də prezident i 66 yaşlı Klaus
oldu. Çexiya 1999-cu ilin martında NATO-nun üzvü oldu. Hər
iki dövlət BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq
təşkilatların üzvüdür.
Slovakiya da 2004-cü ildən NATO-nun üzvüdür.
MACARISTAN: Macarıstan Almaniyanın satilleti idi.
1944-cü ilin sonunda Macarıstan müstəqil milli cəbhəsi
yaradıldı. 1944-cü ilin dekabrında Debretsendə Müvəqqəti
Məclis Müvəqqəti Milli hökumət təşkil etdi. Tərkibinə
kommunist, sosialist və milli-kəndli partiyasının nümayən-
dələri daxil oldular. Bu hökumət Almaniyaya müharibə elan
etdi. 1945-ci il mart ayının 17-də hökumət iri torpaq mülk-
lərinin ləğv edilməsi və torpaqların kəndlilərə verilməsi
haqqında dekret verdi. 600 min kəndli ailəsi torpaq aldı. 1945-
ci ilin aprelində. Macarıstan faşistlərdən tam azad edildi. 1945-
ci ilin noyabrında keçirilən parlament seçkilərində Xırda kəndli
sahibkarlar partiyası 57%, kommunistlər 17% səs aldılar. Yeni
hökumətə Xırda kəndli sahibkarları partiyasının nümayəndəsi
E.Tildi başçılıq etməyə başladı.
1945-ci ilin dekabrında bütün kömür şaxtalarının
milliləşdirilməsi haqqında dekret qəbul edildi. 1946-cı il
fevralın 1-də Macarıstan respublika elan edildi. Onun
prezidenti E.Tildi seçildi. ABŞ və İngiltərə Macarıstanla
diplomatik münasibətlər yaratdı. Macarıstanda əsas diqqət
iqtisadiyyatın normal hala düşməsinə verildi. 1946-cı il
avqustun 1-də ölkədə maliyyə islahatı keçirildi. 1946-cı il
sentyabrın 28-də keçirilən Macarıstan Kommunist Partiyasının
III qurultayında üçillik plan bəyənildi. 1946-cı ilin
dekabrınadək 14 iri müsəssisə milliləşdirildi.
294
Sağ mühafizəkar qüvvələr Macar İcması Təşkilatını
yaratdılar. Onun başçısı F.Nad idi. 1947-ci il iyunun 3-də Xırda
kəndli sahibkarları partiyasının sədri sol cərəyana rəhbərlik
edən Dobi oldu. Hökumətə isə Dinyeş rəhbərlik etməyə
başladı.
1947-ci il avqustun 31-də Dövlət Məclisinə seçkilər
keçirildi. Hökumətin başçısı yenidən Dinyeş oldu. 1947-ci il
noyabrın 21-də bankların milliləşdirilməsi haqqında qanun
verildi. 1947-ci ildə Macarıstan Xalq Respublikası elan edildi.
1948-ci il iyunun 12-si ilə 14-ü arasında MKP və MSDP-nin
birgə qrurultayında hər iki partiya birləşdi və Macarıstan
Zəhmətkeşlər Partiyası adlandı. Sədri Şakaşiç, baş katib isə
M.Rakoşi oldu. 1948-ci ildə Sakaşiç prezident seçildi. Y.Dobi
isə hökumətin başçısı oldu. Macarıstan zəhmətkeşlər
Dostları ilə paylaş: |