Microsoft Word s?may?kitab?sas doc


Partiyası birləşdi və Polşa Birləşmiş Fəhlə partiyası (PBFP)



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə48/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


Partiyası birləşdi və Polşa Birləşmiş Fəhlə partiyası (PBFP) 
adlandı. 1949-cu ilin noyabrında isə Kəndli Partiyası ilə Polşa 
Kəndli partiyası birləşib Birləşmiş Kəndli partiyasını 
yaratdılar. Demokratik və Əmək partiyaları da birləşib vahid 
Demokratik partiya adlandılar. PBFP-nin Mərkəzi Komitəsinin 
birinci katibi Berut oldu. 1946-cı ildən ölkə Polşa Xalq 
Respublikası adlandı. 1947-1949-cu illəri əhatə edən üçillik 
plan qəbul edildi.
1947-ci ilin fevralında Polşanın birinci konstitusiyası 
qəbul edildi. Konstitusiyanın qəbulundan sonra ilk prezident 
Berut oldu. 1956-cı ilə qədər o bu vəzifədə qaldı. Hökumətə isə 


288
Serankeviç başçılıq edirdi. Polşada torpaq sahəsinin genişliyi 
imkan verdi ki, birbaşa keçirilən aqrar islahat nəticəsisndə hər 
nəfərə 50-100 ha torpaq sahəsi verilsin. 1948-1949-cu illərdə 
Polşada kənd təsərrüfatında 243 istehsal kooperasiyaları təşkil 
edildi ki, bunlar da 6 min kəndli təsərrüfatını birləşdirirdi. 
İşsizlik ləğv edildi, kartoçka sistemi təxirə salındı. Ölkədə 
sosialistcəsinə yenidənqurma proqramı işlənib hazırlandı. 
1950-1955-ci illəri əhatə edən altıillik plan qəbul edildi. 1950-
ci il iyunun 29-da bağlanan Sovet-Polşa sazişinə əsasən SSRİ 
Polşaya 20 mühüm obyektin inşası üçün material və 2,2 mlrd. 
rubl həcmində kredit verdi. 
1952-ci il iyulun 22-də Polşa Xalq Respublikasının yeni 
Konstitusiyası qəbul edildi. Sosialist quruculuğunu inkişaf 
etdirmək xətti götürüldü. 1952-ci il oktyabrın 26-da Seymə 
keçirilən seçkilərdə PBFP, PKP və DP-nin birliyi nəticəsində 
yaranmış Milli cəbhə qələbə qazandı.
1955-ci ildə altıillik plan 1949-cu illə müqayisədə 
sənayedə 70%, kənd təsərrüfatında 26% artımla yerinə 
yetirildi. Ölkədə 160 iri və orta sənaye müəssisəsi tikildi. 
1956-cı il martın 12-də Berutun ölümündən sonra ölkədə 
siyasi böhran başlandı. Polşada hakimiyyətə gələn Vladislav 
Qomulko bildirdi ki, Polşanın spesifik xüsusiyyətlərini nəzərə 
almaq lazımdır və burada kollektivləşmə mümkün deyil. Buna 
görə o, vəzifədən uzaqlaşdırılsa da, 1956-cı ildəki Polşa 
hadisələri göstərdi ki, ölkə əhalisi Qomulkonun tərəfindədir. O 
yenidən vəzifəsinə qaytaraldı. Polşada kollektivləşmə həyata 
keçirilmədi. 1970-ci ildə Qomulkonu Gerek əvəz etdi. 1968-
1970-ci illərdə Polşada iqtisadi böhranın təzahürləri özünü 
göstərməyə başladı. Bu proses 70-ci illərin sonunda daha da 
gücləndi. 1980-ci ildə ölkədə fövqəladə vəziyyət elan edildi və 
1983-cü ilə qədər davam etdi. 1980-ci ildə Lex Valensanın 
başçılığı alltında müstəqil həmkarlar təşkilatı olan «Həmrəyəlik 
təşkilatı» yarandı. 1981-ci ildə Gerek vəzifəsindən azad edildi. 
O zaman Varşava Müqaviləsi Təşkilatının Silahlı Qüvvələrinin 


289
baş komandanı olan V.Yaruzelski Polşa Birləşmiş Fəhlə 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin