Microsoft Word s?may?kitab?sas doc


partiyaya Ulof Palma başçılıq etdi. Bu vaxta qədər o maarif



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə56/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyaya Ulof Palma başçılıq etdi. Bu vaxta qədər o maarif 
naziri idi. 1969-cu ildə riksdağın iki palatadan bir palataya 
keçməsi haqqında islahat bəyənildi. Lakin Ölkədə yenə də 
«sinfi sülh» yox idi. 1951-ci ilin martında Qteberqlə, 
Stokholmda böyük iqtisadi tətillər oldu. Sahibkarlar əmək 
haqqını orta hesabla 20% artırmağa məcbur oldular.50-60-cı 
illərin iqtisadi inkişafı İsveçin yüksək inkişaf etmiş sənaye 
dövləti olduğunu sübut etdi. 
İsveç yenə də bitərəfilik, Qərb yönümlü siyasəti əsas 
götürürdü. Koreyada ABŞ təcavüzünü bəyəndi. 50-ci illərin 


331
əvvəllərində hərbi xərclər artırıldı. Şimal rayonunda və Baltik 
dənizində hərbi təlimlər keçirildi.
1952-ci İsveç Şimal Şurasına daxil oldu. Atom silahı 
əleyhinə çıxdı, 1956-cı ildə Misirdə təcavüzü pislədi. 1953-cü 
ilin yazından sovet-İsveç münasibətləri yenidən normaya 
düşdü. 1961-ci ilin oktyabrında İsveçin xarici işlər naziri 
E.Unden «atomsuz dövlətlər klubu» («Unden planı») təklifi ilə 
çıxış etdi. İsveç ABŞ-ın Hind-Çində təcavüzünə qarşı çıxdı. 
Vyetnamda sülh uğrunda mübarizəyə həsr edilmiş Stoklholmda 
beynəlxalq konfrans keçirildi. 1969-da o Vyetnamla diplomatik 
münasibətlər yaratdı. İngilisdilli olan ölkələrə 500 milyon kron 
kömək etdi.
İsveç XX əsrin 70-ci illərində. 70-ci illərin əvvəllərində 
İsveç iqtisadiyyatında böhran öz təzahürlərini göstərməyə 
başladı. 1975-1977-ci illərdə sənaye istehsalı 8,5% azaldı. 
Böhran daxili bazar üçün işləyən sənaye sahələrinə daha çox 
toxundu, istehsal aşağı düşdü, xüsusi metallar istehsalı azaldı. 
Ancaq 70-ci illərin sonunda canlanma baş verdi. İqtisadi 
vəziyyəti yaxşılaşdırmaq üçün hökümət bir sıra sosial tədbirlər 
gördü. 1971-ci ildə 40 saatlıq iş həftəsi haqqında, əməyin 
mühafizəsi və məşğulluq təminatı haqqında qanun verildi. 
Sənayenin inkişafı üçün 1962-ci ildə 60 mlrd kron pensiya 
fondundan vəsait ayrıldı. 
İqtisadi çətinliklər siyasi sabitliyə də təsir göstərdi. 
Ölkəyə rəhbərlik üstündə burjua partiyaları ilə sosial-
demokratlar arasında mübarizə kəskinləşdi. 1973-cü il riksdaq 
seçkilərində burjua partiyaları səslərin yarısını aldılar. Sosial-
demokratlar hakimiyyətdə qalsalar da, bu və ya digər islahatın 
fəal həyata keçirilməsini təmin edə bilmədilər. İsveçin sol 
dairələri bu şəraitdə yeni mütərəqqi islahatlar təklifi ilə çıxış 
etdilər.
1975-ci ildə İsveçdə yeni Konstitusiya qəbul edildi. 
Riqsdaqın rolu artırıldı. Riqsdaqa əhali tərəfindən üç ildən bir 
349 deputat seçilirdi. Ölkə əhalisinin 18 yaşdan yuxarı hamısı 


332
seçə və seçilə bilərdi. Siyasi partiyalar riksdağa öz 
nümayəndələrini göndərmək üçün ölkə seçicilərinin 4%-nin, 
seçki dairələrinin isə 12%-nin səsini almalı idlər. Riksdaq baş 
naziri təyin edir və azad edirdi. Dövlətin başçısı olan kral əməli 
olaraq heç bir siyasi hakimiyyətə malik deyil. 1973-cü ildən 
İsveç kralı XVI Karl Qustavdır. Bütövlükdə Konstitusiya 
burjua-demokrat xarakteri daşıyırdı. 
70-ci illərin II yarısında ölkədə şərait dəyişildi. 1976-cı 
ilin sentyabrın 19-da burjua partiyaları riksdaqda əksəriyyət yer 
tutdular (180 yer). Sosial-demokratlar müxalifətə keçdilər. 
1976-cı ilin oktyabrın 8-də Mərkəz partiyasının sədri T.Feldin 
üç burjua partiyadarının nümayəndələrindən ibarət hökumət 
təşkil etdi. 
Sosial-demokratların məğlubiyyətinin səbəbi onların 
vergi siyasətləri və xalqın AES tikintisindən narazılığı idi. 18-
20 yaşlı seçki hüququ olan gənclər də burjua partiyalarının 
təsirinə düşərək sosial-demokratları «xüsusi təşəbbüsü 
sıxışdırmaqda» təqsirləndirdilər. Lakin burjua hökumətinin də 
mövqeyi möhkəm deyildi. 1977-də ildə hökumət antiböhran 
təklifi irəli sürdü, vergilər artdı, kronun 2 dəfə bərpası getdi. 
Sahibkarlardan alınan vergi isə azaldıldı. Bu əslində «kəmərləri 
bərkitmək» siyasəti idi. Bu siyasət sol qüvvələrin narazılığına 
səbəb oldu. 70-ci illərdən ölkədə fikir müxtəlifliyi gücləndi. 
70-ci illərdə İsveç beynəlxalq gərginliyinin zəifləməsini 
müdafiə etdi. 1972-ci ildə o, ADR-lə, 1973-də SSRİ ilə 
diplomatik münasibətlər yaratdı. NATO-ya girmədi, lakin ona 
daxil olan ölkələrlə əməkdaşlıq etdi. 1977-ci ildə İsveç BMT-
nin atom silahlarının bütün sferada sınaqdan keçirilməsinə 
qarşı çıxan müqayilə layihəsini bəyəndi. 1978-ci ildə İsveç 
ABŞ-ın neytron bombasını Avropada yerləşdirmək təklifinin 
qəti əleyhinə çıxdı.
İsveç XX əsrin 80-90-cı illərində. 80-ci illərin 
əvvəllərində ölkədə vəziyyət yenidən pisləşdi. Xarici borclar 
artdı, inflyasiya, məşğulluq problemi kəskinləşdi. Burjua 


333
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin