Microsoft Word s?may?kitab?sas doc


partiyası olan sosial-demokrat partiyası qismən həm faşistlərlə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə59/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyası olan sosial-demokrat partiyası qismən həm faşistlərlə, 


341
həm də Azadlıq Şurası ilə əməkdaşlıq edirdi. Ölkənin siyasi 
həyatına İngiltərənin təsiri böyük idi. 
Müharibədən sonra təşkil edilmiş birinci koalisiyalı 
hökumətə V.Bulem başçılıq edirdi. Bu hökumət 1945-ci ilin 
mayın 10-dan noyabrın 6-dək fəaliyyət göstərdi. «Xilasetmə 
hökuməti» adlanan bu hökumət işğal dövründə qəbul edilmiş 
bütün qanunları təxirə saldı, bir sıra islahatlar keçirdi. Sosial-
demokratlar xalq içərisində yenidən öz nüfuzlarını bərpa etmək 
üçün işğalçılarla əməkdaşlıq etmiş inhisarları milliləşdirmək 
təklifi ilə çıxış etdilər. Onlar həmçinin kommunistlərlə vahid 
partiyada birləşmək təklifini irəli sürdülər.
Müharibədən sonrakı ilk seçkilərdən sonra folketinq 
1945-ci ilin oktyabrında açıldı. Seçkilərdə burjua-aqrar 
partiyası olan Venstre partiyası çox səs qazandığına görə həmin 
partiyanın lideri K.Kristansenin başçılı altında bir partiyalı 
hökumət təşkil edildi. Bu hökumət 1947-ci ilə qədər 
hakimiyyətdə qaldı. Bu hökumət ölkənin birinci dərəcəli 
iqtisadi problemlərini həll etməkdə bacarıqsız olduğunu 
nümayiş etdirdi. O, sosial islahatlar yolunu da götürmədi. Bu 
hökumət Almaniya-Danimarka cənub sərhədinin 1920-ci ilə 
qədərki kimi olmasını tələb etdi. «Şlezviq məsələsi» 
parlamentdə müxalifətin yaranmasına səbəb oldu. Bu məsələ 
ilə əlaqədar olaraq Kristensen hökuməti 1947-ci ilin 
oktyabrında növbədənkənar seçkilər təyin etdi. Lakin bu 
seçkilərdə DSDP (Danimarka Sosial-Demokrat partiyası) 40% 
səs toplayaraq qələbə qazandı. Xanson Xedtaftın başçılıq etdiyi 
sosial-demokrat hökuməti 1950-ci ilə qədər hakimiyyətdə oldu. 
1948-ci ildə bu hökumət torpaqların xırda kəndlilər arasında 
bölünməsi haqqında qanun verilməsinə nail oldu. Hazır 
malların ölkəyə gətirilməsini məhdudlaşdırdı, balıqçılıq 
müəssisələrinə yardım göstərdi. 1948-1949-cu illərdə ölkənin 
vəziyyəti yaxşılaşdı. 
Xarici siyasətdə bu hökumət Danimarkanın «Marşall 
planı»na qoşulmasını təşkil etdi, ölkəyə ABŞ kapitalının 


342
müdaxiləsi üçün şərait yaratdı. Artıq 1950-ci ildə Danimarkaya 
investisiya qoyuluşuna görə ABŞ birinci yer tuturdu. 1949-cu 
ildə Danimarka NATO-ya daxil oldu. 
Danimarka «soyuq müharibə» illərində. XX əsrin 50-
ci illərində Danimarka iqtisadi inkişafda müəyyən çətinliklərlə 
qarşılaşdı. Bu ilk növbədə Danimarkanın ixrac etdiyi kənd 
təsərrüfatı məhsullarının dünya bazarında ucuzluğu, 
Danimarkanın idxal etdiyi xammal, yanacaq və sənaye 
mallarının isə dünya bazarında bahalığı ilə əlaqədar idi. 
Danimarkanın xarici borcları artdı. 
1950-1952-ci illərdə ölkənin iqtisadiyyatı durğun 
vəziyyətə düşdü. İşsizlik artdı. Ancaq 50-ci illərin sonunda 
Danimarkanın iqtisadi vəziyyəti bir qədər yaxşılaşdı. Kənd 
təsərrüfatı məhsullarının dünya bazarında qiyməti artdı. Kənd 
təsərrüfatı məhsullarının istehsalının həcmi 1,5 dəfə artdı. Artıq 
1960-cı ildə ölkə sənayesində əhalinin 54%-i çalışırdı. 
Danimarka aqrar-sənaye ölkəsindən sənaye-aqrar ölkəyə 
çevrildi. 
Elektronika, gəmiqayırma, dizelqayırma, soyuducu 
avadanlığı istehsalı, yeyinti, müalicə avadanlığı sənayesi 
sürətlə inkişaf etdi. Danimarkanın sənaye mallarının dünya 
bazarında rəqabət qabiliyyəti artdı. 60-cı illərdə sənaye 
məhsulları istehsalı iki dəfə, sənaye məhsullarının ixracı isə 3 
dəfə artdı. Aqrar-sənaye kompleksləri mühüm yer tutdu. Donuz 
əti, kərə yağı və pendir ixracına görə Danimarka dünyada ilk 
yerlərdən birini tutdu. 
Ölkənin siyasi həyatında sosial-demokratlarla burjua 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin