Microsoft Word s?may?kitab?sas doc


Partiyasını (SXP) təşkil etdilər. 1960-cı ildə DSDP-nin qəbul



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə61/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


Partiyasını (SXP) təşkil etdilər. 1960-cı ildə DSDP-nin qəbul 
etdiyi yeni proqramda marksizmdən tam imtina edildi.
50-ci illərin ortalarında Danimarkanın SSRİ ilə 
münasibətləri yaxşılaşmağa başladı. Onların arasında ticarət 
genişləndi. 1957-ci ildə Danimarka öz ərazisində NATO-nun 
hərbi bazalarının yerləşdirilməsinə qarşı çıxdı. 
1967-cı ilin sonunda DSXP ilə DSDP arasında olan 
əməkdaşlıq pozuldu. 
Sosial-demokrat O.Kraqın başçılıq etdiyi hökumətin 
dövründə, yəni 60-cı illərdə daxili mənbələr hesabına xəzinəni 
doldurmaq üçün dolayı vergilər artırıldı. 
1968-ci ilin yanvarında keçirilən növbədənkənar 
parlament seçkilərində burjua partiyaları əksəriyyət qazandılar. 
Radikallar partiyasının lideri vəkil Baunsqorun başçılığı altında 
koalisiyalı hökumət təşkil edildi. Budcə xərcləri, xarici valyuta 
ehtiyatı ixtisar edildi. Xarici ticarət defisiti artdı. 
Bu dövrdə Şimali Atlantika bloku sistemində 
Danimarkanın silahlı qüvvələrinin inteqrasiyası prosesi davam 
etdirildi. SSRİ və digər sosialist ölkələri ilə də əlaqələr 
səmərəli şəkildə davam etdirilirdi. 
Danimarka XX əsrin 70-ci illərində. Müharibədən 
sonrakı dövrdə inhisarçı kapital Danimarkada əhəmiyyətli 
dərəcədə öz mövqeyini möhkəmləndirdi. Artıq 70-ci illərin 
əvvəllərində iri səhm cəmiyyətlərinin 25%-i ölkənin sənaye və 
digər müəssisələrinin 53%-nə nəzarət edirdilər. Üç iri bankın 
əlində bütün maliyyə əməliyyatlarının 60%-i cəmlənmişdi. 
Eyni zamanda bu dövrdə ölkədə ABŞ, Qərbi Almaniya, İsveçrə 
kapitalının mövqeyi genişləndi. Danimarka sənaye 
müəssisələrinin 30%-i xarici inhisarların əlində idi. 
70-ci illərin əvvəllərində iqtisadiyyatın inkişaf tempi 
xeyli aşağı düşdü. 1960-cı illə müqayisədə 1970-ci ildə 
qiymətlər 70% qalxdı. Dolayı vergilər artırıldı, idxal üzərində 
yüksək vergi qoyuldu. Ölkənin maliyyə iqtisadi vəziyyətini 
yaxşılaşdırmaq üçün sosial yardımlar, əmək haqlarının artımı 


345
ixtisar edildi, sosial təminata və təhsilə çəkilən xərclər 
azaldıldı. 1970-ci ildə folketinq həmkarlar ittifaqları ilə 
sahibkarlar arasındakı münaisbətlərə hökumətin əmək haqqı 
məsələsində qarışmasına icazə verən qanunu bəyəndi. 
Dövriyyədən, mənzil haqqından alınan vergilər artırıldı, 
qiymətlər donduruldu. 1971-ci ildə hökumət bağçalara və 
yaslilərə ayrılan dövlət vəsaitini azaltdı. 80 yaşdan yuxarı 
qocaların pensiyalarına edilən əlavələri təxirə saldı. Hökumət 
bununla iqtisadi çətinlikləri aradan qaldıra bilmədi. Qərbi 
Avrpa ilə inteqrasiya çox kəskin diskussiyaya səbəb oldu. 
Nəhayət, 1973-cü il yanvarın 1-də Danimarka AİB-in üzvü 
oldu. Lakin bununla da ölkənin iqtisadi vəziyyəti yaxşılaşmadı. 
Əksinə ərzaq mallarının qiyməti qalxdı, zəhmətkeşlərin 
vəziyyəti pisləşdi. Ölkəni tətillər bürüdü. Nəticədə saathesabı 
əmək haqqı 7,5% artdı, qadın və kişilərin əmək haqqı 
bərabərləşdirildi. İş həftəsinin uzadılması ixtisar edildi. Bütün 
bunlar sosial-demokratların nüfuzuna təsir etdi. 
1973-cü ilin parlament seçkilərində yenicə meydana 
gəlmiş Xristian-demokratlar, Mütərəqqi və Demokratik mərkəz 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin