339
canlanma baş verdi. 1976-1977-ci ildə yenidən durğunluq baş
verdi. Canlanma bir də70-ci illərin sonunda müşahidə edildi.
1970-ci ilin martın 15-16-da parlament seçkilərində
koalisiyon hökumət təşkil edildi. O, əvvəlkilərin siyasətini
davam etdirəcəyinə söz verdi. Burjua partiyaları
prezidenti
dəyişməyə çalışsalar da, xalqın əksəriyyəti Kekkoneni müdafiə
etdi.
Zəhmətkeşlərin vəziyyəti iqtisadi çətinliklərlə əlaqədar
çətinləşdi. Tətilçilər əmək haqqının 10% artırılmasına nail
oldular.
Sol qüvvələr höküməti xarici siyasətdə SSRİ ilə
əməkdaşlığa xüsusi əhəmiyyət verirdilər. 1974-cü ildə SSRİ-
dən Finlandiyaya təbii qaz verilməyə başladı. SSRİ-nin köməyi
ilə orada AES, Faax şəhərində metallurgiya zavodu tikildi.
1974-cü ildən SSRİ Finlandiyanın birinci partnyoru oldu.
1971-ci
ilin aprelində iqtisadi, elmi-texniki əməkdaşlığa,
1974-cü ildə dənizdə əməkdaşlığa aid SSRİ-Finlandiya sazişi
bağlandı. 1975-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə 35
dövlətin iştirakı ilə müşavirə keçirildi. ATƏT yaradıldı.
Finlandiya da onun üzvü oldu.
Finlandiya XX əsrin 80-90-cı illərində.Qərbi Avropa
ölkələrində iqtisadi böhran təzahürləri Finlandiyada da özünü
göstərməyə başladı. 1982-ci ildə sənaye məhsulları istehsalı
5%, kənd təsərrüfat məhsulları istehsalı 8 % azaldı. 1983-cü
ildə yenidən canlanma baş verdi. Yaşının keçməsi ilə əlaqədar
Kekkonen istefaya getdi. 1982-ci ilin yanvarın 20-də FSDP-
nin sədri M.Koyvisto prezident seçildi. 1982-ci ilin fevralında
K.Sorsa yeni hökumət təşkil etdi. Pensiya artırıldı.
Sosial
qanunvericilik aktı qəbul edildi. 1982-ci ilin payızında
qiymətlər donduruldu. 1982-ci ilin dekabrında kommunist
nazirlər büdcə məsələsində fikir ayrılığı ilə əlaqədar
hökumətdən getdilər.
340
1983-cü ilin martında növbəti parlament seçkilərindən
sonra da hökumətə K.Sorsa başçılıq etdi. İnflyasiya və
işsizliklə mübarizə proqramı irəli sürüldü.
80-ci illərin əvvəllərində beynəlxalq gərginliyini artması
ilə əlaqədar olaraq Finlandiya Avropa təhlükəsizliyi məsələsinə
xüsusi diqqət yetirməyə başladı. 1982-ci ildə BMT-nin 20-ci
sessiyasında Finlandiya nüvə silahını ləğv etmək haqqında
müqavilə bağlamaq təklifi ilə çıxış etdi.
SSRİ ilə Finlandiya arasında mehriban münasibətlər bu
dövrdə də davam edirdi.
1994-cü ildən 2000-ci ilədək isə Finlandiyanın prezidenti
M.Axtisaari oldu. Onun dövründə
Avropada inteqrasiya
proseslərində Finlandiya da fəal iştirak etdi.
90-cı illərdə Finlandiya BMT-nin sülhməramlı
tədbirlərində, insan hüquqları və ətraf mühitin qorunması və
tərksilah məsələləri üzrə ümumavropa əməkdaşlığında fəal
iştirak edirdi. 1995-ci ildə Finlandiya Avropa İttifaqına üzv
oldu.
DANİMARKA KRALLIĞI
İkinci dünya müharibəsindən sonrakı ilk illərdə
Danimarkanın iqtisadi və siyasi vəziyyəti. 1945-ci ilin mayın
5-də Danimarkadakı faşist orduları təslim oldular. Müharibə
nəticəsinə Danimarka 5 min insan itirdi. Ona dəyən zərər 8
mlrd.kron idi.
Londonda yerləşən mühacir hökumətinə başçılıq edən
mühafizəkarlar və radikallar partiyası ölkənin siyasi həyatında
möhkəmlənməyə çalışırdılar. İşğal dövründə ölkədə azacıq da
olsa, fəaliyyət göstərən sosial-demokrat hökuməti və kral
hakimiyyətdə qalmağa daha çox iddialı idilər.
Vəziyyətin
mürəkkəbliyi onda idi ki, müharibə illərində ölkənin ən nüfuzlu
Dostları ilə paylaş: