Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Sosial normaların funksiyalaır müxtəlifdir. Psixoloji baxımdan onların ikisi
xüsusilə mühümdür.
Sosial normalar, yuxarıda qeyd edildiyi kimi birinci növbədə, insanların
münasibətlərini tənzim edir. Hər bir qrupda böyüklə kiçik, qadınla kişi, briqadirlə
mexanizator, müəllimlə şagird və başqaları arasındakı münasibətlər sosial normalar
vasitəsilə tənzim olunur. Sosial normaların (1) tənzimetmə funksiyası dedikdə, bu
cəhət nəzərə alırlar. Onların əsas funksiyalarından biri də (2) qiymətləndirmə funksiyasıdır, yəni insanlar sosial normalar vasitəsilə nəinki başqa adamların, həm
də özlərinin davranış və rəftarını qiymətləndirir, müxtəlif yollarla özlərinin qarşılıqlı