münasibətlərini tənzim edirlər. Bu yollara sosial nəzarət sistemi deyirlər. Sosial
nəzarət sistemi iki səviyyədə - rəsmi (formal) və qeyri-rəsmi (qeyri-formal) vasitələrlə
həyata keçirilir. Sosial nəzarət, hər şeydən əvvəl, tərbiyəedici əhəmiyyətə malikdir.
Beləliklə, insanlar birgə fəaliyyət prosesində müxtəlif formalarda əlaqə və
münasibətlərə girir, əməkdaşlıq edirlər. Qarşılıqlı təsir dedikdə, məhz bu cəhəti
nəzərdə tuturlar. Bu prosesdə ən azı iki adam bir-birilə ünsiyyətdədir.
5.2. Рол давранышынын ганунауйьунлуглары Rоl nəzəriyyəçiləri (C.Mid, C.Mоrеnо və b.) Şеkspirin sözlərini dönə-dönə
iqtibas gətirirlər. Оnlar bu zaman tеatr aktyоrları ilə cəmiyyət üzvləri arasında müхtəlif
охşar cəhətlərə diqqəti cəlb еdirlər: aktyоrlar müəyyən rоl ifadə еdir, cəmiyyət üzvləri
müəyyən mövqе tuturlar: aktyоrlar pyеsin mətninə əsaslanırlar, cəmiyyət üzvləri
müvafiq nоrmaları gözləməlidirlər, bir aktyоr başqa aktyоrun оyununa rеaksiya
göstərməlidir, cəmiyyət üzvləri isə bir-birilərinə rеaksiyalarını qarşılıqlı surətdə nəzərə
almalıdırlar.