Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
sosial yönəlişliyin xüsusi növüdür. İnsanlar bir-birini sadəcə olaraq qavramırlar,
həm də bu prosesdə onlarda bir-birinə qarşı müəyyən münasibət formalaşır. Bir-birini
qiymətləndirmə nəticəsində insanda başqasına qarşı ya müsbət, ya mənfi hisslər
yaranır. Bu zəmində də özünəməxsus münasibət yaranır. Sosial psixologiyada bu
cəlbetmək bахımındаn təhlil olunur.
2. İnsan cəmiyyətdə, başqa insanlarla münasibətdə olmazsa onun bir şəxsiyyət
kimi inkişafı və formalaşması da mümkün deyil. Bu isə öz növbəsində ünsiyyət
prosesində özünü büruzə verir. Ünsiyyətin perseptiv tərəfi insanların bir-birini
anlaması və qavraması prosesi olub, ünsiyyətdə bir insanın başqa insanla dil
tapmasını, həmrəyliyini və s. müəyyən edir.
3. İnsanların bir-birini qavraması prosesində emosional münasibətlərin
dəyişməsi attraksiya adlanır. Məsələyə bu aspektdən yanaşdıqda aydın olur ki, bu
attraksiyanın öyrənilməsi ilə bağlı eksperimental tədqiqatlarda dostluq və bağlılıq
hisslərinin formalaşması mexanizmi, müsbət emosional münasibətlərin yaranma
səbəbləri, xüsusilə qavrama obyekti və subyektində olan oxşar xüsusiyyətlərlə
əlaqələndirilir.
4. Bir sıra tədqiqatçılar (Eynşvart, Durkin, Bolvelbu və başqaları) insаnlаr
arasında olan interpersonal münasibətlərin yaranmasında attraksiyanın mühüm rol
oynadığını xüsusi qeyd etmişlər. Onların fikrincə şəхsiyyətin inkişafında və onda
identiklik hissinin yaranmasında attraksiyanın mühüm rolu vardır. Bu baxımdan
attraksiya - şəхsiyyətin sosial münasibətlərinin formalaşmasında və mühitə
adaptasiyasında mühüm əhəmiyyət kəsb edir.
5. Bir sıra tədqiqatlarda (biheviorist və koqnitiv tədqiqatlarda) attraksiyanın
inkişafında ictimai, tarixi amillərin rolu ön plana çəkilir və problem bu aspektdən təhlil
edilir. Lakin burada daha çox fenomenə birtərəfli şəkildə yanaşılmış və şəxsiyyət
amilinə kifayət qədər diqqət yetirilməmişdir.