Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə234/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   230   231   232   233   234   235   236   237   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
121
Attraksiya  fenomenini  tədqiq  edən  alimlər  anlayışın  psixoloji  mahiyyətinə 
aydınlıq gətirmək üçün onun daxili və xarici amillərinə xüsusi diqqət yetirirlər. 
I. Attraksiyanın xarici faktorları  
1. Afilyasiya. Attraksiyanın xarici amillərindən biri kimi afilyasiyaya təlabat 
hesab olunur. Hər bir insanda başqaları ilə qarşılıqlı münasibət qurmaq və onu 
saxlamağa tələbat vardır. Belə ki, insanlarda xoşa gəlmək arzusu, başqalarının 
diqqətini cəlb etmək istəyi, müsahibini maraqlandırmağa meyl var (3, s.198). 
Görünür bu təlabatın ifadə dərəcəsi hər bir insanda şəxsiyyətlərarası davranışının 
tipini özündə əks etdirir. Əgər insanda afilyasiyaya tələbat zəifdirsə onda bu insan 
ünsiyytə girməyə meyilli deyil və tədricən insanlardan uzaqlaşır. Bu təlabatı üstün 
olan insanlar digər insanlarla ünsiyyətdə olmağa daha çox çalışırlar. 
2. Emosional əhval. Ünsiyyətin konkret situasiyasında emosional əhvala 
attraksiyanın xarici faktoru kimi o vaxt baxılır ki, sənin əhvalın ətrafdakı insanlara 
yaxşı təsir göstərsin. Bu istiqamətdə aparılan tədqiqatlar təsdiq edir ki, o insanlar ki, 
müsbət emosianal əhvalda olurlar, onlar ətrafdakı insanlarda da da müsbət 
emosianal hal yaradırlar. İnsanlarda olan neqativ enerji ya başqa adamlara təsir 
etmir, ya da həmin neqativ əhvali – ruhiyyə o adamlara keçir. Belə olan halda biz 
başqalarına da o cür münasibət bəsləyirik və bizə elə gəlir ki, onlar da bizə elə 
münasibət bəsləyirlər. Bu bizim emosional vəziyyətimizin bir hissəsidir və müxtəlif 
faktorlarla o cümlədən xarici mühitdə baş verən amillərlə bir başa əlaqədardır 
3. Məkan yaxınlığı. Attraksiyanın xarici faktorlarından biri də məkan yaxınlığı 
sayılır. Təbidir ki, insanlar bir-birilərinə məkanca nə qədər çox yaxın olsalar, qarşılıqlı 
cəzb etmə bir o qədər çox olur. Məkan yaxınlığı şəxsiyyətlərarası kontaktın 
yaranmasında mühüm rol oynayır. Hələ uşaqlıq vaxtından onun formalaşmasına hər 
şeydən əvvəl onun yaxın dostları və həmyaşıdları, bir evdə və ya bir binada 
yaşayanlar, həmçinin bir sinifdə oxuyanların təsiri olur. Adətən insanlar özlərinə ailə 
həyatı qurarkən ya bir - birinə yaxın olan ya da bir yerdə oxuduğu və işlədiyi insanları 
seçirlər (4, s.87). 
Məkan yaxınlığı insanların münasibətlərinin davam etməsinə təsir göstərir. 
Insanlar məkanca bir-birindən uzaqlaşdıqca onların bir-birinə qayğı göstərmələri, 
məhəbbətləri və çox böyük olan dostluq münasibətləri ya azalır, ya da sona çatır. 
Atalar sözlərində deyildiyi kimi “İnsanlar bir-birini nə qədər az görsələr, bir o qədər 
bir-birinə yadlaşırlar” (5, s. 195). 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin