Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 126
b) doğma və yaxın adamların bir-birini (məsələn, ananın və ya atanın öz
övladlarını) alqışlaması və qarğışlaması;
c) ayrı-ayılıqda adamların özlərini alqışlaması və qarğıması.
Güzəran təcrübəsində alqış və qarğışların birinci tipi geniş yayılıb.
Yaxşılıq edən adamı alqışlayırdılar: Allah səni yaman gözdən saxlasın, Allah səni bizə çox görməsin, Allah sənə bala dağı göstərməsin, oğullu-qızlı olasan, atalı-analı böyüyəsən, balanın toyunu görəsən, süfrən bərəkətli olsun, qada-bala səndən uzaq olsun, evli-eşikli olasan, evin qonaq-qaralı olsun, görüm yüz il yaşayasan... Pislik edən adamı isə qarğıyırdılar: Allah qapılarını bağlı qoysun, balalarının xeyrini görməyəsən, duz-çörək sənin gözlərini tutsun, işığa həsrət qalasan... Əgər alqışlarla qarğışları kəmiyyət baxımında müqayisə etsək güzəran
təcrübəsində alqışların daha önəmli yer tutduğunu görərik.
Qarğışlar psixoloji təsirin ən ağır vasitəsidir. Eldə-obada qarğışı sevmirlər, qarğış
edəni isə rəğbətləndirmirlər. İllah da ki, cavan adamı, eldə-obada ad çıxarmış, yaxşı
əməlləri ilə tanınmış adamı qarğıyasan. Bu məqamlarda ağbirçək qadınlar, müdrik
nənələr qarğış edənə “ağzın yansın”, “dilin qurusun”- deyirlər.
Elin-obanın qarğış barədə öz anlamı var. Qarğışın iki tərəfi olar-deyərlər.
Təcrübədə inanmışdılar ki, qarğış adamın özünü tuta bilər. El bu anlamla da adamları
yerli-yersiz qarğımazdılar.
Doğma və yaxın adamların qarşılıqlı münasibətlərində alqışların tutumlu yeri
vardır. Nənə, ana alqışları psixoloji ölçüləri ilə bənzərsizdir. Ailə münasibətlərində
konfliktli situasiya yarananda isə qarğışlardan çox vaxt təsirli tərbiyə vasitəsi kimi
istifadə olunurdu. Elin-elatın gözündə ananın öz övladını qarğıması əslində qeyri-adi
sosial-psixoloji hadisə sayılırdı.
Xalq inamına görə uşağı ananın qarğışı deyil, atanın qarğışı tutur. Bu atalar
sözünün iki əlavə yozumu var. Bir sirli-sehirli qaydadır: analar öz övladlarını “gözlərinin
işığı” sayırlar, öz xoşbəxtliklərini onların xoşbəxtliklərində axtarırlar və heç vaxt onları
ürək dolusu qarğımırlar. Ən başlıcası isə, el inanclarına görə, “ananın südü söylədiyi
qarğışın qarşısınə alır, onu təsirsizləşdirir”. Elin-elatın anlamında ana südü səmavi
ölçülərlə mənalandırılır. Ananın duası, alqışı isə necə də təsirlidir?! Türk anlamında bir
ana duası yeddi kişi qarğışını heç edir.
Atalar övladlarına bir qayda olaraq dua edirlər, onları qarğımırlar. Ata duasının
eldə-obada əks-sədası böyük olurdu. Ataların duası, anaların ahı-ata duası ilə ana
ahının təsir gücünü eldə-obada belə dəyərləndirirdilər.