Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
1. Andlar - Qəsəmlər İnsan münasibətlərində andın tutumlu yeri vardır. Müəyyən edilmişdir ki, “Gedər-
gəlməzə üz tutan igidlərimiz, saçının birini ağ, birini qara hörüb yol gözləyən, başı
üstündə hörümçək sallananda, göyərçin pırlayanda sevinən gəlinlərimiz,
nişanlılarımız üz-üzə, göz-gözə dayanaraq and içirlər. “And yeyilməz, and deyilməz !
Dumduru, təmiz su təki, ana südü təki içilərmiş, qana hopar, sümüyə çilərmiş. Ər
igidlər söz verər, and içər, ağsaqqallar, ağbirçəklər el-oba adından söz verər, and
içərlər”.
Ata-babalarımız anda inanırdılar, özlərinin gündəlik təcrübələrində bir-birlərinə
etibar edirdilər. El-obanın gözündə andı pozmaq, əmanətə xəyanət etmək, yalan
danışmaq sadəcə olaraq mənfi keyfiyyət sayılmırdı. Onların yozumu vardı. Düzlüyü
və doğruçuluğu bənzərsiz mənəvi keyfiyyətlər kimi yüksək qiymətləndirirdilər.
Andı pozan, əmanətə xəyanət edən, yalançı adamlara bel bağlamırdılar,
onlardan çox vaxt üz döndərir, onlarla çörək kəsmir, səfərə çıxmırdılar. Güzəran
psixologiyasında andın iki formasına təsadüf olunur: and içmə və and vermə Andın kökləri inanclarla bağlıdır. İnanclar tədricən insan münasibətlərinə nüfuz
edərək onların and yerinə çevrilirdi. İnsanlar inandıqları, etiqad bəslədikləri mənəvi
sərvətləri təkcə öz aləmlərinə qapılıb göz bəbəyi kimi qorumurdular, özlərinin başqa
adamlarla qarşılıqlı münasibətlərində bilavasitə onlara istinad edir, ən çətin məqamda
bu inanclara and içirdilər.
Müşahidələr göstərir ki, başa and içirlər, çörəyə, buğdaya, ana südünə, vuran
qılınca and içirlər. At kəlləsinə də and içərlərmiş. İndi də kənddə-kəsəkdə at başı yerə
atılmaz, barı başına asılar.
Andların təsir gücü böyük idi. Axı, and içənin and yeri içilən üçün də müqəddəs
mənəvi sərvətdir. İnsanların güzəran təcrübəsində and içmə tədricən bu zəmində