3. Fəaliyyət prinsipi - Şüur fəaliyyət prosesində təşəkkül tapıb, inkişaf edir və öz
növbəsində fəaliyyəti tənzim edir. Psixika fəaliyyət prosesində inkişaf edir, bunu ayrı - ayrı yaş
dövrlərinə xas olan aparıcı fəaliyyətdə daha aydın görmək olar.
4. İnkişaf prinsipi - Psixika insanların məhsuludur. Psixi hadisələr daima inkişafdadır.
Ona görə də onları öz inkişaf prosesində öyrənmək lazımdır. Psixikanın ontogenetik və
filogenetik inkişafı.
III. Metodologiya konkret metodiki priyomların məcmusu kimi.
Hər bir tədqiqatın konkret metodikası mövcuddur. Konkret metodika ümumi və xüsusi
metodologiya əsasında işlənir.
İşlənən bütün konkret metodikalar aşağdakı meyarlara (nəyə əsaslanan) cavab
verməlidir.
1. Validlilik meyarı (metodun əsaslı olması) - Yəni seçilən metodun öyrənilən
parametrə uyğun olması. Diqqət testiylə təfəkkürü öyrənmək olmaz.