Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
32
Proyektiv testlərə - gəldikdə onlar daxili proyeksiya dinamikası doğuran qeyri-
müəyyən stimulların təqdimi əsasında yoxlananların şəxsiyyətini tamlıqda öyrənməyə imkan
verən metodikadır. Bu cür testlərə
Rorşaxın testini, Tematik appersepsiya testi (
TAT) və s.
TAT-ın tətbiqi zamanı yoxlanan adam ona təqdim olunan şəkildə baş verən hadisələri
təsvir edir və bu zaman həmin hadisələrə öz daxili hiss və məramını ifadə edir. Şəkillər elə
tərtib olunur ki, onları müxtəlif şəkildə şərh etmək mümkün olsun.