Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
1. L.Festinqerin koqnitiv dissonans nəzəriyyəsi Bu nəzəriyyəyə görə əgər fərdin şüurunda eyni bir obyektə və hadisəyə dair
məntiqi cəhətdən bir-birinə zidd olan bilik qarşılaşırsa, onda fərd bir növ diskomfortluq
hissi keçirir və o həmin hissdən yaxa qurtarmağa çalışır. Bəzən obyektiv şəraitdən asılı
olaraq bu və ya digər şəkildə hərəkət etməli olur. Bu zaman insanın bilikləri və real
davranışı arasında ziddiyyət meydana gəlir. Yerinə yetirilən iş cansıxıcı olur. Ona görə də
fərd bu vəzifəni yerinə yetirmək, həmin vəziyyətdən çıxmaq üçün müvafiq obyektlər və
ya hadisələr haqqında öz biliyini və sosial ustanovkasını yenidən qurmağa, təşkil etməyə
çalışır ki, onların arasındakı həmin ziddiyyəti aradan götürmüş olsun. L.Festinqerə görə
öz hərəkətinə, davranışına bəraət qazandırmağı gücləndirməyə çalışan insan ya öz