Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
şəxsi konstruktorlar adlanır.
Konstrukt nəzəriyyəsini amerikan psixoloqu C.Kelli 50-ci illərin birinci yarısında
irəli sürmüşdür. Onun 1955-ci ildə nəşr olunmuş məşhur kitabı “Şəxsi konstruktorlar psixologiyası” adlanır. Kitabın nəşr olunduğu ilə diqqət yetirin: 50-ci illərin əvvəlləri
Amerika psixologiyası üçün çətin dövr idi. Ölkədə hökm sürən antimentalist cərəyanlar,
birinci növbədə, biheviorizm və neobiheviorizm aktual psixoloji problemləri öyrənmək
və imkanı vermirdi. Amerika psixologiyasında bu şəraitdə, bir tərəfdən, şəxsiyyət və şüur
probleminə maraq yaranır, digər tərəfdən isə bir çox psixoloqlar “nəzəri uydurmalardan”
imtina edərək xalis tətbiqi tədqiqatlar aparmağa başlayırdılar. C.Kellinin tədqiqatları bu
baxımdan Amerika psixologiyasında yeni istiqamət idi. Onun nəzəriyyəsində əsas anlayış
– şəxsi konstrukt anlayışıdır.
Konstrukt nədir? Konstrukt termini latınca – konstruere (rusca “konstruirovanie”)
sözündən əmələ gəlmişdir. Konstruere çoxmənalı sözdür. Burada konstruere şərhetmə,
yozma, başadüşmə, konstrukt isə reallığı şərhetmə vasitəsi və ya reallığın şəxsiyyət
tərəfindən yozulması mənasında işlənir.
Kellinin fikrincə, hər bir adam öz-özlüyündə alimdir, tədqiqatçıdır, o qıcıqlara
sadəcə olaraq cavab vermir, xarici aləmdən aldığı informasiyaları mənimsəyərkən əsaslı
fərziyyələr irəli sürür, onları təcrübədə yoxlayır, dünya və insan münasibətləri haqqında
özünün “balaca nəzəriyyəsini”, şəxsi konstruktorlar və ya anlayışlar sistemini yaradır. Biz
bu sistemə müvafiq olaraq hadisələri qiymətləndirir, öz davranışımızı müəyyən edir,
özümüzə və başqa adamlara suallar veririk. Bu baxımdan konstrukt - insanın özü