7.2. Şəxsiyyət haqqında eksperimental nəzəriyyə Şəxsiyyətin eksperimental nəzəriyyəsi də psixologiya tarixində özünəməxsus yer
tutmuşdur. Buraya Q.Olport və Q.Merreyin persionoloji nəzəriyyəsi, R.Kottelin faktor-
analitik nəzəriyyəsi, A.Kellinin “şəxsiyyətin konstruktlar” nəzəriyyəsi aiddir.
1. Q.Ollport və Q.Merrey - Persionoloji nəzəriyyə Amerika psixoloqu Qordon Ollport (1897-1967) şəxsiyyətin öyrənilməsinə sistemli
yanaşmanın ilk təşəbüskarlarından biri olmuşdur. Onun fikrincə insan “açıq sistemdən”
ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima başqa adamlarla qarşılıqlı əlaqədə,
qarşılıqlı münasibətdə baş verir. İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü də
onlardan nə isə alır. Ollport şəxsiyyətə insanlar arasındakı geniş əlaqə sistemindən
törəyən bir hadisə kimi baxır. Ollporta görə şəxsiyyət - münasibətlərin qəti modelidir.
Ollporta görə şəxsiyyətin inkişafı bioloji tələbatların məcburiyyətindən azadlığı, onun
motivlərinin avtonomluq dərəcəsi ilə müəyyən edilir.