Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
49
ictimai
“birlik hisslər” oynayır. Bu hisslər anadangəlmədir, lakin onları sosial mühitdə
inkişaf etməlidirlər. O, Freydin (2) şəxsiyyətinin inkişafında libidit və irticaçı təlabatların
aparıcı rol oynaması fikrini tənqid edir. Eyni zamanda o, Freydin (3) şəxsiyyəti 3
mərhələyə ayırmasına qarşı çıxır və göstərir ki,
şəxsiyyətin strukturu vahiddir.
Adlerə görə
şəxsiyyətin formalaşmasına təsir edən 3 mühüm münasibəti qeyd
edir:
1). Başqa adamlara münasibət,
2). Əməyə münasibət,
3). Başqa cinsə münasibət.
Adlerə görə
şəxsiyyətin strukturunu müəyyən edən əsas motiv və
tendensiyalar aşağıdakılardı:
1). Özünüzün
gücsüzlüyünü hiss etmək;
2). Təkmilləşməyə və üstünlük əldə etməyə cəht;
3). Birgəlik hissi;
4). Sosial hiss.
Bu tendensiyalar anadangəlmə deyil, uşaq doğulanda ona hazır şəkildə verilmir,
sacədə uşaqda bu tendensiyalar üçün də potensial imkan olur.
Adlerə görə
şəxsiyyətin inkişafını şərtləndirən nədir?
Adlerə görə şəxsiyyətin inkişafını şərtləndirən
“üstünlük qazanmağa” can
atmaqdır. Lakin bu heç də həmişə həyata keçə bilmir, yəni şəxsiyyət heç də həmişə
üstünlük əldə etmək təlabatını reallaşdıra bilmir. Məs: Xarici görkəmində,
bəzən
üzvlərində müəyyən qüsuru olan adamlar öz çatışmamazlıq-larına görə böyük narahatlıq
keçirir. Bu hal uşaqlarda da sosial şəraitin əlverişli olmaması nəticəsindədə baş verə
bilər. Bu çatışmamazlıq
- natamamlıq kompleksi yaradır.
İnsan özündə mövcud olan bu
çatışmamazlıq hissini kompensasiya etmək üçün
yol axtarır. Çox utanan yeniyetmələrdə utanaraq onların fikrincə kişi hərəkəti, əslində isə
ağılsız hərəkətlər edirlər ki, bu da bir növ kompensasiya rolunu oynayır. Adler
konpensasiyanı müxtəlif formalarını ayırır:
1.
Adekvat konpensasiya
2.
Qeyri - adekvat konpensasiya
3.
Üst konpensasiya
Dostları ilə paylaş: