Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
2. E.Frommun konsepsiyası Şəxsiyyətin klinik nəzəriyyəsi konsepsiyasında Erik Frommun(1900 – 1980) da
xidmətləri az olmamışdır. O, Almaniyada anadan olmuş, fəaliyyətə başlamış, sonra
Amerikaya, oradan da Meksikaya getmişdir. Froma görə ictimai inkişaf şəxsiyyətin daha
çox fərdiləşməsi ilə azadlığına gətirib çıxarır. Onun fikrincə yeni azadlıq - inamsızlıq, öz
gücünü duymamaq, şübhə, tənhalıq və həyəcanın meydana gəlməsi ilə bağlıdır. Buradan
da şəxsiyyətin «azadlıqdan qaçması» meydana gəlir. O, özünün «Azadlıqdan qaçış»
kitabında Amerikanı xəstə ölkə adlandırmışdır. Onun fikrincə kapitalizm cəmiyyətindəki
rəqabət nevrotik şəxsiyyətlər, funksional nevroz yaradır.
E.Fromm adamları bir şəxsiyyət kimi dörd yerə ayırır: