əlaqənin xarakterindən: həmrəylik və rəqabətdən asılıdır. M.Şerifin eksperimentləri
qruplararası münasibət psixologiyasının eksperimental tədqiqinin əsasını qoymuşdur.
M.Şerifin tədqiqatlarında situasiyanı dəyişməklə, qruplararası ədavətin aşağı salınmasının
mümkünlüyü nəzəri cəhətdən əsaslandırılmış və eksperimentlərlə sübut olunmuşdur. (Hər bir
qrupun diqqətini cəlb edən ümumi məqsədlərin qoyulması və onlara nail olmaq üçün
əməkdaşlığın aparılması).
Q.Teşfelin tədqiqatları. Qruplararası qarşılıqlı münasibətlər sahəsində əsasən qərbi
Avropa alimlərinin tədqiqatları həm nəzəri keyfiyyətinə, həm də kəmiyyətinə görə daha
irəlidədir. Bu baxımdan Q.Teşfelin tədqiqatları daha diqqətəlayiqdir. Son illər onun
tədqiqatları başqa ölkələrdə keçirilən tədqiqatlara mühüm təsir göstərmişdir. Qərbi Avropada
bu sahədə bir çox samballı işlər meydana çıxmışdır.Teşfelin redaktorluğu ilə “Sosial qrupların
differensasiyası, qruplararası münasibətlərin sosial-psixoloji tədqiqi” M.Billiq (1976),