Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 93
qavrayışla ziddiyyət təşkil edir. Beləliklə, Teşfel qruplararası qavrayışın qeyri-adekvatlığının
qaçılmaz olduğu fikrini də irəli sürmüşdür.
4. Qruplararası differensasiya və inteqrasiya prosesləri Sosial psixologiyada differensasiya və inteqrasiya tendensiyaları bir çox alim-lər
tərəfindən tədqiq olunmuşdur. Lakin bu prosesləri qruplararası münasibətlər kontekstində
təhlil etmək, onların bir-birilə əlaqəsini və dinamik xüsusiyyətlərini tədqiq etməyə ehtiyac
vardır.
Qruplararası differensasiya - anlayışı qruplararası qavrayışın sosial-psixoloji
proseslərini ifadə edərək, qrupların müqayisəli qiymətləndirilməsini, həm də onlar arasındakı
fərqi müəyyən edir. V.S.Aqeyev və A.A.Sırodeyeva (1982) qruplararası qavrayış məsələsini
geniş tədqiq etmişlər. Bu alimlərin məsələyə yanaşma tərzləri əvvəlki bölmədə öz əksini
qismən tapmışdır. Qruplararası differensasiya anlayışı Q.Teşfel və J.Ternerin qruplararası
münasibətlər nəzəriyyəsində ən əsas məsələlərdən biri olmuşdur ki, burada onlar sosial
kateqorizasiya, identifikasiya və müqayisə anlayışlarından istifadə etmişlər. Q.Teşfelin
tədqiqatlarında qruplararası differensasiya termini, bir tərəfdən, öz qrupunla digər qrup
arasındakı fərqi müəyyən etmək, digər tərəfdən psixoloji münasibətləri öz qrupuna və digər
qrupa aid cəhətlərinin differensasiyası kimi irəli sürülür. Bu zaman qruplararası differensasiya
birmənalı olaraq qruplararası konflikt, qrup ədavəti, qrupdaxili favoritizm kimi fenomenlərlə
əlaqələndirilir. Lakin bu fenomenlərin dəqiq sərhədlərini də nəzərə almaq vacibdir.
Qruplararası differensasiya prosesini B.F.Porşnev (1979) qrupdaxili bənzətmə və
qruplararası fərqləndirmə prosesi kimi izah etmişdir.
Son illər etnoslararası münasibətlərin tədqiqinə aid maraqlı nəticələr əldə edilmişdir.
N.M.Lebedev (1993) etnoslararası münasibətlərin xüsusiyətlərini tədqiq edərkən belə bir
nəticəyə gəlmişdir ki, pozitiv etnik identiklik (öz etnik qrupuna bağlılıq) pozitivliklə
uyğunlaşdığı kimi başqa etnik qruplara münasibətdə neqativliklə də uyğunlaşa bilər.
Əgər differensasiya qrupları ayırmağa gətirib çıxarırsa, inteqrasiya əksinə, özündə elə
bir ümumiliyi saxlayır ki, qrupun hər hansı bir aspektdə birləşməsini təmin etsin. Qruplararası
inteqrasiya qruplararası elə əlaqə və asılılıqla xarakterizə olunur ki, bu onların birləşməsinə,
qarşılıqlı fəaliyyətinə, öz qrupunda olduğu kimi geniş ictimaiyyətin də funksiyalarını daha
səmərəli yerinə yetirməsinə imkan verir. Qruplararası differensasiya və qrupdaxili inteqrasiya bir-biri ilə sıx əlaqədədir və bir-birini tamamlayır. Qruplararası differensasiya və
qrupdaxili inteqrasiya olmadan səmərəli qruplararası qarşılıqlı əlaqə və münasibətlər də
mövcud ola bilməz.