Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 91
favoritizm və diskriminasiya tipik hal hesab olunmur. Əlbəttə, nəzərdən qaçırmaq olmaz ki, bu
cəhət univarsal hal hesab edilə bilməz. Bu, bir tərəfdən qrupların sosial-psixoloji, eləcə də
etnik-psixoloji xüsusiyyətlərindən asılıdır. Digər tərəfdən isə, qrupun sosial yönümündən,
sərvət meyli, əxlaqi və mənəvi yetkinlik səviyyəsindən asılıdır. Burada digər amillərin təsiri də
nəzərdən qaçırıla bilməz. Lakin bunun bu cəhətlərlə yanaşı qrupun mütəşəkkillik səviyyəsi,
eləcə də özünütənzim səviyyəsindən asılıdır. Burada qrupdaxili münasibətlər də az rol
oynamır. Lakin əsas məsələ bu proseslərin neqativ istiqamətdən pozitiv istiqamətə
yönəldilməsindədir.