Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 92
konservativliyinə və (3) möhkəmliyinə görə fərqlənir. Qruplararası qarşılıqlı təsir prosesində
formalaşmış qrup təsəvvürləri daha sabit olur və hər hansı təsirə daha müvəffəqiyyətlə
mübarizə aparır. Bu sosial qrupun ölçüsü nə qədər böyükdürsə, onun mövcud olması bir o
qədər uzunmüddətli olur və qruplararası qavrayış prosesi bu zaman daha aşağı elastikliklə
fərqlənir.
Qruplararası qavrayışın məzmunluluq aspekti də maraq doğuran cəhətlərdəndir. Əgər
qruplararası qavrayışın struktur xarakteristikası (tamlıq və unifikasiya) bütöv qruplarda fərdi
təsəvvürlərin nizamlılıq dərəcəsini, yəni, qrup təsəvvürlərinin strukturunu əks etdirirsə, həmin
təsəvvürlərin dəyişməsi qanunauyğunluqları qruplararası qavrayışın məzmunluluğu aspektində
öz əksini tapır.
Qruplararası səviyyədə sosial persepsiya proseslərində başqa qrupa münasibətdə
təsəvvürlərin adekvatlılığı vacib məsələlərdəndir.
Qruplararası qavrayış prosesinə koqnitiv və emosional proseslərin təsiri və rolu da
böyükdür.
Qruplararası persepsiya sahəsində perseptiv fenomenlərin vasitəçilik faktı onların
təbiətini və genezisini anlamaqda başlıca amil kimi qalır. Bu isə tədqiq olunan qrupun
fəaliyyətinin, xüsusən də birgə fəaliyyətinin öyrənilməsinin vacibliyini müəyyən edir.
Beləliklə, qruplararası fəaliyyətin qruplararası persepsiya fenomeni əsasında təhlilinin
vacibliyi həlledici amil kimi özünü göstərir.
Aqeyevin tədqiqatlarında qruplararası qavrayışın qruplararası fəaliyyət amillərindən
asılılığını təsdiq edən bir sıra maraqlı faktlar öz əksini tapmışdır. Eksperimentin nəticələrinə
əsasən qruplararası qavrayışın adekvatlığı birgə qruplararası fəaliyyətin bir sıra konkret
amillərindən asılıdır: (1) birgə qruplararası fəaliyyətin məqsədi və dəyərlərindən, (2)
qruplararası münasibət şəraitindən, (3) qrupun müvəffəqiyyətinin və ya uğursuzluğunun
qiymətləndrilməsi meyarlarından və konkret olaraq, qruplararası münasibətlərdə qrupun
müvəffəqiyyət və uğursuzluğundan və s. asılıdır.
Qruplararası səviyyədə fəaliyyət vasitəsi ilə ifadə olunan qruplararası qavrayış
probleminə diqqət yetirmək çox vacib məsələdir. Əlbəttə, qruplararası təcrübənin, qruplararası
yönəlişliyin qruplararası davranışa təsirini inkar etmək düzgün olmazdı. Bu prosesdə koqnitiv
təhlil, yəni Q.Teşfelin tədqiqatları qruplararası davranışın subyektin koqnitiv
xarakterstikasından asılılığını ön plana çəkərək, qruplararası qarşılıqlı təsirin şəxsiyyətin
koqnitiv aləmindən törəməsi fikrinə gəlir. Teşfelin (1970-1974) qruplararası qavrayışın
adekvatlığına həsr olunan tədqiqatlarında qruplararası diskriminasiya fenomeni qrupdaxili
favoritizm fonunda təhlil edilmişdir. Lakin qrupdaxili favoritizm adekvat qruplararası