Microsoft Word Sosial Psixologiya docx


 Qruplararası favoritizm və diskriminasiya



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə178/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   174   175   176   177   178   179   180   181   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

2. Qruplararası favoritizm və diskriminasiya  
Favoritizm  (latınca  favor  –  xeyir,  meyl)  qruplararası  münasibət  kontekstində  “öz 
xeyrinə” mənası kəsb edir. Qruplararası favoritizm prosesində qrup nümayəndə-ləri qruplar 
arasında maksimal fərq üstünlüyünü öz qruplarına verirlər. Digər qrupun maraqlarının əksinə 
olaraq, öz qrupuna üstünlük vermək tendensiyası (meyli) qrupdaxili favoritizm adlanır. Öz 
qrupunun  və  digər  qrupun  qiymətləndirilməsində  fərqlərin (öz  qrupunun  xeyrinə)  müəyyən 
edilməsi  tendensiyası  qruplararası  diskriminasiya  adlanır.  Qruplararası  diskriminasiya  öz 
qrupu ilə başqa qrup arasında olan fərqin müəyyənləşməsində öz əksini tapır. Müəyyən şəraitdə 
qruplararası fərqlər süni surətdə şişirdilə bilər. Qruplararası diskriminasiyanın (ayrı-seçkiliyin) 
ən  geniş  yayılmış  forması  qruplar  arasındakı  fərqlərin  öz  qrupunun  xeyrinə  pozitiv 
qiymətləndirilməsidir. Lakin, bunun tam əksinə olaraq, qruplararası diskriminasiyanın qruplar 
arasındakı fərqin öz qrupunun deyil, başqa qrupun xeyrinə qiymətləndirilməsi meylinə də çox 
tez-tez rast gəlinir.  
Son  illər  tələbələrlə  aparılan  sorğuların  nəticələrinin  təhlili  göstərir  ki,  tələbələrin  bir 
qismi  müqayisə  zamanı  öz  qruplarını  bir  sıra  cəhətlərinə  görə  digər  qruplardan  aşağı 
qiymətləndirirlər.  Belə  bir  qiymətləndirmə  əsasən  qrupda  bütövlükdə  həmrəyliyin  aşağı 
səviyyədə olması faktı ilə bağlı olur. Nədənsə tələbələr başqa qruplarda qrup həmrəyliyi və 
birliyinin  onların  qrupundan  üstün  olması fikrini irəli  sürür  və  bu  cəhət  aradan  qalxarsa  öz 
qruplarının daha üstün olması faktını irəli sürərək, üzvü olduqları qrupa bağlılıq və sevgini 
gizlətmir,  əksinə  öz  qruplarını  tam  qüsursuz  bir  qrup  kimi  görmək  uğrunda  çalışırlar. 
Tələbələrin bu cür müqayisə və qiymətləndirməsinin səbəbi isə qruplararası diskriminasiyanın 
öz qrupunun deyil, başqa qrupun xeyrinə qiymətləndirilməsi meyli ilə bağlıdır. 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin