Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə179/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   175   176   177   178   179   180   181   182   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
90
Qruplararası diskriminasiyanın bu iki tendensiyasının mahiyyətini açıqlayarkən birinci 
tendensiyanın  qruplararası  münasibətlərdə  ədavət  və  gərginliyin  əmələ  gəlməsi  ilə,  ikinci 
tendensiyanın isə qrupdaxili əlaqələrin, qrup dəyərlərinin aşağı düşməsi, dezinteqrasiyası ilə 
müşayiət olunması nəticəsinə gəlinir. Qeyd etmək lazımdır ki, bir çox müəlliflər qruplararası 
diskriminasiya  faktını  sosial  hadisə  kimi  psixoloji  amillərlə  deyil,  sosial,  siyasi,  iqtisadi 
amillərlə əlaqələndirirlər. Lakin, qeyd etmək lazımdır ki, psixoloji amil olmasa sosial, siyasi, 
iqtisadi amillər də öz-özlüyündə mahiyyətini itirir. Cəmiyyətin inkişafı sosial, siyasi, iqtisadi 
amillərin  dəyişməsi  və  inkişafı  psixoloji  amillərdən  də  asılıdır.  Psixoloji  amillər  isə  öz 
növbəsində  sosial,  siyasi,  iqtisadi  amillər  zəminində  yeni  mahiyyət  kəsb  edərək  daha  da 
zənginləşir. Deməli, onlar qarşılıqlı əlaqədə inkişaf edir və bir-birini şərtləndirirlər. 
Q.Teşfel və J.Ternerin sosial identiklik nəzəriyyəsi qrupdaxili və qruplararası favoritizm 
və  qruplararası  diskriminasiya  fenomenlərini  müxtəlif  sosial  qrupların  nümayəndələrinin 
arasındakı  oxşarlıq  və  fərqin  müəyyən  olunması ilə  bağlı  olan  koqnitiv  proseslərin  nəticəsi 
hesab  edirlər.  Bu  konsepsiyada  qruplararası  diskriminasiya  başqa  koqnitiv  proseslərlə  sıx 
əlaqəli şəkildə tədqiq edilmişdir.  
Bu proseslər əsasən 4 növə ayrılır: 
1.  Sosial  kateqorizasiya  –  insanları  qruplara  (kateqoriyalara)  bölərək  sosial  mühitin 
nizamlanmasının  koqnitiv  prosesi  kimi  başa  düşülür.  Bu,  fərdə  öz  sosial  dairəsini 
strukturlaşdırmağın  səbəbini  dərk  etməsinə  imkan  verir.  Burada  qrup  termini  subyektdə 
koqnitiv reallıq anlamını yaradır. 
2. Sosial identifikasiya – fərdin özünü bu və ya digər sosial kateqoriyaya aid etməsi 
prosesidir. 
3. Sosial müqayisə - isə qruplararası fərqi göstərən müxtəlif sosial qrupların keyfiyyət 
göstəricilərinin  əlaqələndirilməsi  prosesidir.  Qrupdaxili  və  qruplararası  favoritizm  və 
qruplararası  diskriminasiya  koqnitiv  proseslər  seriyasının  son  bəndidir.  Teşfelin  fikrincə, 
göstərilən  koqnitiv  proseslərin  təhlili  qruplararası  münasibətlərin  sosial-psixoloji  aspektdə 
öyrənilməsinin  əsasını  təşkil  edir.  Qruplararası  favoritizm  qrupların  qarşılıqlı  əlaqəsinin 
müxtəlif situasiyalarında olduğu kimi qruplararası qavrayış prosesində də özünü biruzə verir. 
Qruplararası  favoritizm  qruplararası  diskriminasiyanın  nəticəsi  kimi  qiymətləndirilə  bilər. 
Qrupdaxili  və  qruplararası  favoritizmin  dərəcəsi  qruplararası  münasibət  və  qruplararası 
qavrayış səviyyəsindən asılıdır.  
Qruplararası  favoritizm  və  diskriminasiya  proseslərinin  qaçılmaz  olması  fikri  irəli 
sürülsə  də  bir  çox  tədqiqatçılar  göstərir  ki,  bu  proseslər  fəaliyyətin  formasından  və  bir  sıra 
sosial  amillərdən  asılı  olaraq  aradan  qaldırıla  bilər.  Əsasən  də  kollektivlərdə  qruplararası 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin