Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə207/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   203   204   205   206   207   208   209   210   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
106
hətta onu bir növ fiziki bədənin davamı sayır. Ünsiyyət prosesində kimisə özümüzə 
yaxın  buraxırıq,  hətta  qolumuza  girməsinə  imkan  veririk.  Kimisə  özümüzə  yaxın 
buraxmırıq  -  şəxsi  məkanın  hüdudları  ünsiyyət  prosesində  subyektiv  olaraq  belə 
müəyyən olunur. Bu yolla insan başqa adamlarla özü arasında ünsiyyət üçün intuitv 
ölçülərlə  əlverişli  və  ya  münasib  olan  özünəməxsus  psixoloji  məsafə  yaradır.  
“Yaxınlıq-uzaqlıq”, “istilik-soyuqluq” psixoloji məkanın emosional parametrləri belədir.  
Allan Piz psixoloji məsafənin aşağıdakı zonalarını müəyyənləşdirmişdir: 
1. İntim zona - (15 sm’dən - 46 sm’ə qədər) xüsusi bufer zonasıdır. Bu zonaya 
ancaq ən yaxın emosional təmasda olan adamlar nüfuz edə bilərlər. Yad adamın bu 
zonaya daxil olması kəskin emosional reaksiyalarla müşaiyət olunur. 
2.  Şəxsi  zona  -  (46  sm’dən  -  1,2  m’ə  qədər)  dostlar  üçün  optimal  ünsiyyət 
sahəsidir. Bu sahədə dostların bir-birinə toxunması mümkündür. 
3. Sosial ünsiyyət zonası - (1,2 m’dən - 3,6 m’ə qədər) işgüzar ünsiyyət üçün 
səmərəli sahədir. 
4.  Kütləvi  zona  -  (3,6  m’dən  daha  çox)  ictimai  yerlərdə  bir-birini  tanımayan 
adamlar arasında ünsiyyət üçün səmərəli sahədir. 
İnformasiya  mübadiləsində  qeyri-verbal  ünsiyyət  vasitələrinin  rolu  əvəzsizdir. 
Gözlərin  təması,  isti  və  soyuq  baxışlar  ünsiyyət  məqamında  nələri  demir?  İnsanın 
şəxsi məkanında da elə bu istilik və soyuqluq çalarları bilavasitə bərq vurur. Əllərin 
rəqsinin ünsiyyət məqamında öz dili, öz əlifbası var. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin