Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
115
məsələləri diqqəti daha çox cəlb edirdi. Fiziki cisimlərdən fərqli olaraq insanın
qavranılması nəinki elmi, həm də praktik əhəmiyyətə malik olan məsələ kimi meydana
çıxırdı. Əvvəlcə insanın qavranılmasını
sosial obyektin qavranılması adlandırırdılar,
lakin sonralar qavrayışın bu növünü C.Brunerin meyarları ilə
sosial persepsiya kimi
ifadə etməyə başladılar. 70-ci illərdə terminin əhatə etdiyi məsələlər daha da
genişləndi. Hal-hazırda sosial persepsiya termini ilə 3 nisbətən müstəqil prosesi
nəzərdə tuturlur:
1. Şəxsiyyətlərarası qavrayış
2. İnsanın özünüqavraması
3. Qruplararası qavrayışı
Müasir psixologiyada sosial persepsiya prosesi aşağıdakı istiqamətlərdə tədqiq
olunur:
1. qrup üzvlərinin bir-birini qavraması;
2. qrup üzvlərinin başqa qrup üzvlərini qavraması;
3. insanın özünü qavraması;
4. insanın öz qrupunu qavraması;
5. insanın “başqa” qrupu qavraması;
6. qrupun öz üzvünü qavraması;
7. qrupun başqa qrupun üzvünü qavraması;
8. qrupun başqa qrupu (və ya qrupları) qavraması.
Göründüyü kimi, sosial persepsiya prosesləri çoxcəhətlidir, lakin bununla belə
qeyd etmək lazımdır ki,
onun əsas məsələlərindən biri, bəlkə də ən başlıcası
insanın
Dostları ilə paylaş: