effekti. Yenilik effekti isə tanıdığımız və tanımadığımız adamlar haqqındakı
informasiyanın əhəmiyyəti ilə bağlıdır. Müəyyən edilmişdir ki, tanımadığımız adamın davranışını izah edərkən, adətən, onun haqqında bizə məlum olan ilk informasiyaya
əsaslanırıq. Halbuki tanıdığımız adamın davranışını izah edərkən onun haqqında
başqa adamdan aldığımız yeni informasiyanı istər-istəməz nəzərə alırıq.
Şəxsiyyətlərarası attraksiya . Müasir dövrün ən mühüm problemlərindən biri
şəxsiyyətlərarası münasibətlər və bu münasibətlərin formalaşmasında özünü büruzə
verən sosial-psixoloji məsələlərin təhlil edilməsindən, öyrənilməsindən ibarətdir. Belə
maraq doğuran sosial-psixoloji prоblеmlərdən biri də şəxsiyyətlərarası münasibətlərdə
özünü tez-tez büruzə verən attraksiya anlayışı ilə bаğlıdır.
Bizim ünsiyyət əhatəmizdə olan insanlar içərisində həmişə bizim xoşumuz
gələn, az xoşa gələn və ya heç xoşumuza gəlməyən insanlar var, beləcə bizim digər
insanları qavramamızda bir qayda olaraq, onlara qiymətverici münasibətin az və ya
çox dərəcədə təsiri bərabər götürülür. Bunun sayəsində biz olduqca tez kimdən
xoşumuz gəldiyini və ya zəhləmiz getdiyini müəyyənləşdirə bilərik. Bir insanın
digərlərindən üstünlüyü, şəxsiyyətlərarası qarşılıqlı cəzbetmə, qarşılıqlı simpatiya
prosesi şəxsiyyətlərarası attraksiya (ingilis dilindən tərcümədə attract-cəzb etmək,
meftun etmək, valeh etmək, heyran etmək) adlandırılmışdır.
Bəs attraksiya özünü necə büruzə verir? Onun sosial-psixoloji məzmunu nə ilə
bağlıdır? Onun yaranma mехаnizmi hansı amillərdən asılıdır? Bu və ya digər suallara