II. Sosial simanın qavranılması haqqında. Sosial sima - ilk növbədə, insanın geyim xüsusiyyətləri, bəzək-düzəyi və başqa
aksessuarları vasitəsilə qavranılır. Onun nitq xüsusiyyətlərinin, proksemik və fəaliyyət
xarakteristikalarının,
mənəvi
keyfiyyətlərinin
qavranılması
sosial
simanın
qavranılmasının vektorunu təşkil edir.
Sosial simanın qavranılmasında iki önəmli sosial-psixoloji fenomen:
fizioqnomik reduksiya və qrupdaxili favoritizm fenomenləri müşahidə olunur.
Fizioqnomik reduksiya özünü aşağıdakı kimi göstərir: insanın daxili aləmi,
davranış və rəftarı müəyyən sosial qrup üçün tipik olan xüsusiyyətlərə görə təfsir
olunur və onun davranışı bilavasitə həmin tipik əlamətlər əsasında proqnozlaşdırılır.
Bu mexanizm xüsusilə etnoslararası münasibətlər sahəsində daha aydın təzahür edir.
Qrupdaxili favoritizm meyli də maraqlıdır: insan bir qayda olaraq öz qrupunun
üzvlərini başqa qrup üzvləri ilə müqayisədə daha yüksək qiymətləndirir. Başqa sözlə,
“bizimki” bütövlükdə həmişə “bizimki olmayandan” yaxşıdır. Qürbət eldə adamlar
özlərininkini görəndə necə də sevinirlər-bu qeyri-adi hislərin kökləri məhz qrupdaxili
favoritizm fenomeni kimi şərtlənir (M.R.Bityanova, 149).