Microsoft Word Sosial Psixologiya docx


II. Sosial simanın qavranılması haqqında



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə227/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   223   224   225   226   227   228   229   230   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

II. Sosial simanın qavranılması haqqında.  
Sosial sima - ilk növbədə, insanın geyim xüsusiyyətləri, bəzək-düzəyi və başqa 
aksessuarları vasitəsilə qavranılır. Onun nitq xüsusiyyətlərinin, proksemik və fəaliyyət 
xarakteristikalarının, 
mənəvi 
keyfiyyətlərinin 
qavranılması 
sosial 
simanın 
qavranılmasının vektorunu təşkil edir.  
Sosial  simanın  qavranılmasında  iki  önəmli  sosial-psixoloji  fenomen:  
fizioqnomik reduksiya və qrupdaxili favoritizm fenomenləri müşahidə olunur. 
Fizioqnomik  reduksiya  özünü  aşağıdakı  kimi  göstərir:  insanın  daxili  aləmi, 
davranış  və  rəftarı  müəyyən  sosial  qrup  üçün  tipik  olan  xüsusiyyətlərə  görə  təfsir 
olunur və onun davranışı bilavasitə həmin tipik əlamətlər əsasında proqnozlaşdırılır. 
Bu mexanizm xüsusilə etnoslararası münasibətlər sahəsində daha aydın təzahür edir. 
Qrupdaxili favoritizm meyli də maraqlıdır: insan bir qayda olaraq öz qrupunun 
üzvlərini başqa qrup üzvləri ilə müqayisədə daha yüksək qiymətləndirir. Başqa sözlə, 
“bizimki”  bütövlükdə  həmişə  “bizimki  olmayandan”  yaxşıdır.  Qürbət  eldə  adamlar 
özlərininkini görəndə necə də sevinirlər-bu qeyri-adi hislərin kökləri məhz qrupdaxili 
favoritizm fenomeni kimi şərtlənir (M.R.Bityanova, 149).  

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin