Microsoft Word Sosial Psixologiya docx


 İnsanların bir-birlərini anlama məsələləri



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə228/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   224   225   226   227   228   229   230   231   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

6.2. İnsanların bir-birlərini anlama məsələləri 
İnsanın insan tərəfindın qavranılması müxtəlif amillərlə şərtlənir: (1) fərdi həyat 
təcrübəsi, (2) yaş, (3) cins, (4) peşə, (5) təhsil, (6) milliyyət və s. sosial persepsiyaya 
mühüm təsir göstərir. Lakin bununla belə, onun ümumi qanunauyğunluqları vardır. 
 İnsanlar  qavrayış  prosesində  bir-birlərini  müxtəlif  sosial  etalon  və  stereotiplər 
baxımından qiymətləndirirlər. Etalon fransız sözü olub ölçü nümunəsi deməkdir. 
Sosial  stereotiplər.
  İnsanların  bir-birini  qavraması  prosesində  sosial 
stereotiplərin  (yunanca  stereos-möhkəm,  turos-ad  deməkdir)  də  öz  rolu  vardır. 
Stereotiplər  müəyyən  bir  irqə,  millətə,  peşəyə  və  s.  mənsub  olan  adamlar,  qruplar 


Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
118
haqqında adi şüur üçün səciyyəvi olan təsəvvürlər kimi meydana çıxır. Bu təsəvvürlər 
sadə, sxematik, hətta bəzən təhrif olunmuş xarakter daşısa da, stereotipləri təkcə bilik 
kimi təhlil etmək olmaz. Stereotiplərdə sosial obyektlər haqqında müəyyən biliklər öz 
əksini  tapır,  lakin  onların  əsas  funksiyası  heç  də  bununla  bağlı  deyildir.  Məsələn, 
mühasibat  işçiləri  haqqında  stereotiplərdə  onlar  xəsis,  quru  adamlar  kimi  təqdim 
olunurlar.  Biz  yaxşı  tanmadığımız  hər  hansı  bir  mühasibi  bu  baxımdan 
qiymətləndirəndə ona “xəsis”, “quru” adam kimi münasibət bəsləyirik. 
Identifikasiya.
  Gözümüz  başqa  adamın  gözünə  sataşanda  həyəcanlanırıq, 
halına  yanırıq,  dərdinə  şərik  oluruq,  özümüzün,  tutaq  ki,  tələbəlik  illərini  yadımıza 
salıb, ona haqq qazandırırıq, “mən də onun yerində olsaydım, belə edərdim”, - deyirik. 
Bu  o  deməkdir  ki,  özümüzü  onun  yerinə  qoyuruq,  başqa  sözlə,  özümüzü  onunla 
eyniləşdiririk.  Psixologiyada  buna  identifikasiya  (latınca  identifikare-eyniləşdirmək 
deməkdir) deyilir. 
Refleksiya
. (latınca reflexio-geriyə müraciət etmək deməkdir) geniş anlayışdır. 
Refleksiya  dedikdə,  birinci  növbədə,  insanın  özünü,  öz  daxili  aləmini  dərk  etməsi, 
özünün fikir və hisslərini təhlil etməsi, özünü, öz əməllərini, adamlarla münasibətlərini 
görmək  bacarığını,  özü  haqqında  mühakimələrini  nəzərdə  tuturlar.  Bundan  başqa, 
refleksiya - başqa adamların sənə necə münasibət bəslədiyini, necə yanaşdığını, 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin