Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
118
haqqında adi şüur üçün səciyyəvi olan təsəvvürlər kimi meydana çıxır.
Bu təsəvvürlər
sadə, sxematik, hətta bəzən təhrif olunmuş xarakter daşısa da, stereotipləri təkcə bilik
kimi təhlil etmək olmaz. Stereotiplərdə sosial obyektlər haqqında müəyyən biliklər öz
əksini tapır, lakin onların əsas funksiyası heç də bununla bağlı deyildir. Məsələn,
mühasibat işçiləri haqqında stereotiplərdə onlar xəsis, quru adamlar kimi təqdim
olunurlar. Biz yaxşı tanmadığımız hər hansı bir mühasibi bu baxımdan
qiymətləndirəndə ona “xəsis”, “quru” adam kimi münasibət bəsləyirik.
Identifikasiya.
Gözümüz başqa adamın gözünə sataşanda həyəcanlanırıq,
halına yanırıq, dərdinə şərik oluruq, özümüzün, tutaq ki, tələbəlik illərini yadımıza
salıb, ona haqq qazandırırıq, “mən də onun yerində olsaydım, belə edərdim”, - deyirik.
Bu o deməkdir ki, özümüzü onun yerinə qoyuruq, başqa sözlə, özümüzü onunla
eyniləşdiririk. Psixologiyada buna
identifikasiya (latınca
identifikare-eyniləşdirmək
deməkdir) deyilir.
Refleksiya
. (latınca reflexio-
geriyə müraciət etmək deməkdir) geniş anlayışdır.
Refleksiya dedikdə, birinci növbədə, insanın özünü, öz daxili aləmini dərk etməsi,
özünün fikir və hisslərini təhlil etməsi, özünü, öz əməllərini, adamlarla münasibətlərini
görmək bacarığını, özü haqqında mühakimələrini nəzərdə tuturlar. Bundan başqa,
refleksiya -
başqa adamların sənə necə münasibət bəslədiyini, necə yanaşdığını,
Dostları ilə paylaş: