Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə225/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   221   222   223   224   225   226   227   228   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
116
istinad elementləri
 - əlamətləridir. İnsanın insan tərəfindən qavranılmasında həmin 
elementlərin hamısı iştirak etməsə də, ən azı birinin iştirakı zəruridir. 
İnsanların bir-birini qavramasında sifət mühüm yer tutur. Bu, hər şeydən əvvəl, 
onunla bağlıdır ki, insan sifəti affektiv əhəmiyyətə malikdir. Sifətin ən ifadəli əlamətləri 
ağızla göz sahəsində (arasında) yerləşir. Bu sahəyə 
mimika zonası
 deyilir. İnsanın 
insan tərəfindən qavranılmasında ekspressiv yükü bu zonalar daşıyır. Belə ki, gülüşün 
ifadəsində  ağız,  müxtəlif  emosiyaların  ifadəsində  isə  göz  sahəsi  daha  mühüm  rol 
oynayır.  Bu  baxımdan  sifət  nəinki  qavranılmaq  üçün  münasibdir,  həm  də  sifətin 
ekspressiyası  insanın  halətlərini  əks  etdirir  və  həmişə  ünsiyyət  prosesində  nəzərə 
alınır. 
Müəyyən edilmişdir ki, insanın tam surəti tədricən əmələ gəlir, onun yaranması 
qavrayış  obyektinin  əks  olunduğu  məkan-zaman  şəraiti  ilə  əlaqədardır.  Məsələn, 
normal  adamlar  yaxşı  görmə  şəraitində  onlardan  2  km  aralı  məsafədə  olan  adamı 
ətrafdakılardan  ayıra  bilirlər.  1  km  məsafədən  onlar  insanın  ümumi  konturlarını 
görürlər. 700 m. məsafədən isə başqa adamın əl və qol hərəkətlərini qavrayırlar. Onlar 
400 m. məsafədən adamın baş geyimini, 300 m. məsafədən başını və çiyinlərini, sifət 
dairəsini,  geyiminin  rəngini,  200  m.  məsafədən  sifətini,  əllərini,  60  m.  məsafədən 
gözlərini, burnunu və barmaqlarını, 20 m. məsafədən isə bütün xüsusiyyətlərini əks 
etdirirlər. 
Fiziki simanın qavranılmasında yaş planında müəyyən fərqlər müşahidə olunur. 
A.A.Bodalev bu baxımdan müəyyən edilmiş qanunauyğunluğu təhlil edərək göstərir 
ki,  yaş  artdıqca  insanlar  qavrayış  prosesində  başqa  insanın  fiziki  simasına  aid 
əlamətləri daha çox ayırd edirlər. 7-8 yaşa nisbətən 21-26 yaşlarında fiziki simanın 
qavrayış zamanı təsbit edilən elementlərinin faizi, demək olar ki, 22 dəfə artır.  
 Hər bir adam özünü qavrayış obyekti kimi fərqləndirir: o, bilir ki, küçədə də, işdə 
də,  evdə  də,  teatrda  da,  kafedə  də  ona  baxan  var.  Adamlar  öz  davranış  və 
rəftarlarında  adətən  bu  cəhəti  nəzərə  alır,  başqa  adamlarda  özləri  haqqında  yaxşı 
təsəvvürlər  yaratmağa  çalışırlar.  İnsanların  bu  məqsədlə  istifadə  etdikləri  təsirli 
yollardan biri 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin