Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 119
səbəbin müəyyən edilməsi heç də asan deyildir. Bu yolla fiziki hadisələrin səbəbinin
təhlili nə qədər çətindirsə, psixoloji hadisələrin səbəbini müəyyən etmək iki qat, üç qat
çətindir. İnsanın insan tərəfindən qavranılması prosesində bu cəhət bütün aydınlığı ilə
özünü göstərir.
6.3. Qavrayış effektləri İnsanın insan tərəfindən qavranılması prosesində müxtəlif effektlər müşahidə
olunur, onların içərisində oreol effekti və yenilik effekti mühüm yer tutur.
Oreol effektinin mahiyyəti ondan ibarətdir ki, biz hər hansı bir adamı yaxşı adam
kimi tanıdıqda sonralar onun nöqsanlarını, adətən, görmürük, davranışını, əməllərini,
eləcə də ayrı-ayrı keyfiyyətlərini yaranmış ilk xoş təəssürat əsasında qiymətləndiririk
(müsbət oreol effekti) və əksinə, adam yeni kollektivdə, qonşular arasında özünü pis
adam kimi tanıtdıqda, onun ən yaxşı əməllərinə də inanmırlar (mənfi oreol effekti).
Beləliklə, oreol effekti iki formada özünü göstərir: müsbət oreol effekti və mənfi oreol