onların səni necə başa düşdüklərini görmək və dərk etmək deməkdir. Sosial
persepsiyada refleksiyadan danışarkən biz onun sonuncu mənasını nəzərə alırıq.
Başqa adamı başa düşmək həm də onun sənə münasibətini dərk etmək deməkdir.
Kаuzаl аtribusiyа.
Insаn bаşqаlаrının dаvrаnışının səbəblərini özünəməхsus
tərzdə izаh еdirsə, bu tip prоsеslər «kаuzаl аtribusiyа» аdlаnır. Psiхоlоji tədqiqаtlаr
göstərir ki, qаvrаnılаn аdаmın tаm surətinin yаrаnmаsı dаhа çох qаvrаyаnın fərdi
хüsusiyyətlərindən, оnun еmоsiоnаl hаlındаn, qаvrаdığı аdаmа fərdi münаsibətindən,
həyаt təcrübəsindən, аldığı infоrmаsiyаnın nəinki məzmunundаn, həm də
miqdаrındаn və s. аsılıdır. Müəyyən edilmişdir ki, adamlar bir-birini qavrayarkən, zahiri
əlamətlər haqqındakı məlumatlarla kifayətlənmirlər, zəruri surətdə bir-birlərinin
davranışının səbəblərini aydınlaşdırır, ayrı-ayrı keyfiyyətlərə görə şəxsiyyətlərini
xarakterizə edirlər.
Başqa adamların qavranılması prosesində insanın onların davranış və rəftarının
səbəblərini və motivlərini şərh etməsinə kauzal atribusiya deyilir. (Latınca kausa- səbəb, attriduo-verirəm, bəxş edirəm deməkdir). Bu mənada kauzal atribusiya
terminini Azərbaycan dilində səbəbin şərhi kimi işlətmək olar. Zahiri əlamətlərə görə