Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə259/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   255   256   257   258   259   260   261   262   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
136
onun  praktik  tövsiyələrinin  nə  dərəcədə  səmərəli  olmasından  asılıdır.  Məhz  buna  görə  də 
fundamental tədqiqatların inkişafı tətbiqi sosial-psixoloji tədqiqatların mühüm şərtinə çevrilir.  
Tətbiqi  sosial-psixoloji  tədqiqatlaırn  özünəməxsus  çətinlikləri  vardır.  Onlardan  biri 
sosial psixologiyada tətbiq olunan (1) tədqiqat metodikasının xüsusiyyətləri ilə bağlıdır. Sosial-
psixoloji  tədqiqat  metodikalarının  hamısında  informasiya  mənbəyi-psixoloji  parametrləri 
dinamik,  hətta  bir  çox  hallarda  qeyri-müəyyən  olan  insandır.  O,  sosial  psixoloq  tərəfindən 
sadəcə  olaraq  laboratoriya  şəraitində  deyil,  real  sosial  şəraitdə-əmək,  tədris  və  ya  idman 
fəaliyyətində  tədqiq  olunur.  Bu  zaman  elə  “dəyişən  kəmiyyətlər”  meydana  çıxır  ki,  onların 
hamısını eyni dərəcədə nəzərə almaq həmişə mümkün olmur. Hər hansı bir qrupda işçilərin 
bir-birinə  verdikləri  emosional  qiymətlər  (bir-birini  qəsdən  tərifləməsi  və  ya  pisləməsi) 
tədqiqatın  aparıldığı  anda  qrupda  qrşılıqlı  münasibətlərin  səhv  başa  düşülməsi,  hətta  təhrif 
olunması  il  nəticələnə  bilər.  Sosial  psixoloq  “sahədə”  tədqiqat  apararkən  belə  təhriflərin 
əmsallarını tapmağı bacarmalıdır. 
Tətbiqi sosial-psixoloji tədqiqatların (2) dili problemi də mühüm əhəmiyyətə malikdir. 
Bir  çox  müəlliflər  bu  problemin  həllini  düzgün  olaraq  “elmi  terminləri  praktikanın  dilinə 
tərcümə etməkdə” görürlər; tədqiqatların nəticələri “sifarişçiyə” müəssər dildə şərh olunduqda, 
onların tətbiqi üçün əlverişli şərait yaranır. Bundan başqa, müasir tədqiqat metodikaları həmin 
çətinlikləri bu və ya digər dərəcədə nəzərə alır. 
Sosial psixologiya sahəsində ən başlıca çətinlik (3) tədqiqatın nəticələrinin tətbiqi prosesi 
ilə bağlıdır. Bu məsələni nisbətən geniş aydınlaşdıraq. 
Sosial-psixoloji ideyalar ictimai həyatın ayrı-ayrı sahələrinə müxtəlif yollarla nüfuz edir. 
Elmi  müəssisələri,  elmi  tədqiqat  psixologiya  institutları,  psixologiya  kafedraları  və  s. 
tərəfindən  aparılan  fundamental  tədqiqatların  praktikaya  tətbiqi,  ictimai  institutların  və 
müəssisələrin  sifarişi  ilə  dövlət  büdcəsi  və  ya  təsərrüfat  hesabı  qaydası  ilə  aparılan  tətbiqi 
tədqiqatlar bu sahədə diqqəti xüsusilə cəlb edir. Həmin yolların hər ikisi faydalıdır və onların 
əhəmiyyəti  gündən-günə  artır.  Lakin  bu  cəhəti  qeyd  edərkən,  bir  tərəfdən  nəzərə  almaq 
lazımdır ki, sosial psixoloqun işlədiyi tövsiyələri əksər hallarda onun özü deyil, praktik işçilər 
tətbiq edirlər. Sosial-psixoloji tətbiqi tədqiqatın praktik səmərəsi əslində onlaırn səyindən və 
səriştəsindən bailavasitə asılıdır. Digər tərəfdən, bütün ictimai təsisat və müəssisələrin “praktik 
sifarişlərin” yuxarıda göstərilən yollarla eyni vaxtda həyata keçrimək mümkün deyildir. 
Məsələ bundadır ki, hətta eyni bir sahədə fəaliyyət göstərən iki briqada, şagird kollektivi 
və ya idman komandası zahirən bir-birinə oxşasa da, onların psixoloji xarakteristikaları heç 
vaxt eyni olmur. Məhz buna görə də müəyyən bir briqada və idman komandasında aparılmış 
sosial-psixoloji tədqiqatın nəticələrini eynilə o birisinə aid etmək olmaz. Praktik işçilər sosial 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin