Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə255/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   251   252   253   254   255   256   257   258   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
133
edir. Bu iki cəhət həmişə vəhdətdə təzahür etsə də, adi şüur səviyyəsində onun etik-
mənəvi aspektlərinə daha çox diqqət yetirilir. 
Moda  ünsiyyətin  spesifik  formasıdır.  Özünün  bu  xüsusiyyətlərinə  görə  moda 
müxtəlif funksiyalar ifadə edir:  
1.  Moda,  hər  şeydən  əvvəl,  uşaqların  sosializasiyası  prosesinin  təsirli 
vasitələrindən biridir.  
2.  Modanın kommunikativ funksiyası onda ifadə olunur ki, o, insanlar arasında 
özünəməxsus informasiya vasitəsinə çevrilir. 
 Müəyyən edilmişdir ki, modanın inkar olunduğu, kobud surətdə qadağan edildiyi 
ailələrdə  böyümüş  uşaqlarda,  sonralar  əlverişli  şərait  yarandıqda,  modaya  ifrat 
münasibət  asanlıqla  əmələ  gəlir.  Bundan  başqa,  (3)  moda  ayrı-ayrı  hallarda 
şəxsiyyətin kifayət qədər təmin edilməmiş sosiogen tələbatlarını kompensasiya (əvəz) 
edir.  Yetim  uşaqların  bəzək  elementlərindən  daha  çox  istifadə  etməsi  faktını 
xatırlasaq, fikrimiz aydın olar. Bu nöqteyi-nəzərdən (4) moda əlverişli şəraitdə insanın 
özünü  təsdiqetmə,  başqalarının  diqqətini  cəlbetmə,  nüfuzunu  artırma  vasitəsinə 
çevrilir. 
Beləliklə  də,  biz  ünsiyyət  prosesində  psixoloji  təsir  vasitələrini  nəzərdən 
keçirdik. Onlardan hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Lakin canlı ünsiyyət 
prosesində təhlil etdiyimiz psixoloji təsir vasitələri qarşılıqlı əlaqədə meydana çıxırlar. 
Onlardan biri və ya bir neçəsi digərinin formalaşmasında bilavasitə iştirak edir. Təqlid 
və təlqinin rolunu nəzərə almadan psixoloji sirayətin mahiyyətini başa düşmək çətindir. 
Şayiənin  yayılması  bu  və  ya  digər  dərəcədə  psioloji  sirayətlə  əlaqədardır.  Psixoloji 
sirayət,  təqlid  və  təlqin  proseslərindən  hər  biri  modanın  mənimsənilməsində 
özünəməxsus rol oynayır. 
 
 
 
 
 
 
 
 
 
 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin