Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 131
illərində cəlb etmiş, müasir dövrdə isə psixoloji müharibə problemləri ilə əlaqədar
olaraq nisbətən geniş öyrənilməyə başlanılmışdır.
Müəyyən bir hadisə haqqında hələ heç nə ilə təsdiq olumayan, lakin insan kütləsində bir şəxsdən başqasına şifahi surətdə verilən “məlumata” - şayiə deyilir. Şayiələr şəxsiyyətlərarası kommunikasiyanın spesifik növü sayılır.
Sosial psixologiyada şayiələri müəyyən əlamətlər üzrə təsnif edirlər.
İnformasiya və ekspressiv tipli şayiələri xüsusilə fərqləndirirlər.
İnformasiya tipli şayiələrdə - ön plana şayiənin həqiqətə uyğunluq dərəcəsi
keçir. Bu nöqteyi-nəzərdən: 1) qəti surətdə həqiqətə uyğun olmayan, 2) həqiqət
ünsürlərinə malik, lakin əslində yalan olan, 3) həqiqətə bənzər və nəhayət, 4) həqiqətə
bənzəməyən ünsürləri olan inandırıcı şayiələr ola bilir.
Ekspressiv tipli şayiələr də müxtəlifdir. Onların arasında 1) qorxu ilə bağlı olan,
2) təcavüz səciyyəli şayiələr daha təhlükəlidir. Onlar insanların normal fəaliyyətinə
xələl gətirir və elə bu niyyətlə də yaradılır.
Şayiələr bəzi xüsusiyyətlərlə seçilir:
• Onlar sosiumda şifahi surətdə yayılır;
• Özlərinin mahiyyətcə dəqiq olmaması ilə seçilirlər
• Şayiələr sosial gərginlik şəraitində asanlıqla əmələ gəlir və vüsətlə yayılır:
• Onlar hamını yaxından maraqlandıran, lakin haqlarında qədərincə konkret
və yoxlanılmamış informasiya olmayan hadisələrə və adamlara aid olanda,
sosiumda böyük əks-səda doğurur, ağızdan-ağıza gəzir.